28.3.13

3G SÜR@SIZ INTERNET


Bizim ölkədə deyirlər ki, kasıb itinin adını “Gümüş” qoyar.
Ancaq bu məsəl varlılar üçün də keçərlidir. Məsələn, Bakcell şirkətinin 3 G xidmətinə “sürət” adı (3G Sür@) adı verməsi kimi. İş ondadır ki bu xidmət bu şirkətin timsalında sürətə yox, sükunətə, ətalətə daha çox uyğundur.
Niyəsini açıqlayaq.
Siz sadəlövh insansınızsa və günlərin birində sizə internet lazım olsa və Bakcell-in 3G Sür@ ilə bağlı reklamını görsəniz tərəddüdsüz, gözü yumlu onu seçəcəksiniz.
Sizin korkoranə seçminiz üçün hər gün “Bakcell 1 nömrəli yüksək internet xidməti göstərən şirkətdir” reklamı təhrikedici olacaq, bu heç.
Siz bir ciddi adam kimi şirkətin “3G Sür@” ilə bağlı arayışı ilə tanış olaraq görəcəksiniz ki: “Bakcell şəbəkəsi bəzi yerlərlə 28Mb/s dəstəkləsə də, 3G Sür@ modemləri üçün 7.2Mb/s sürəti maksimumdur” yazılıb. Məlumdur ki,
28Mb/s- sürət əslində inqilabdır, lakin 7.2Mb/s də bizim ölkə üçün naşükür bəndə olmayanlar üçün kifayət qədər əlverişli sürətdir.
Böyük bir şirkətin reklamına və rəsmi arayışına inanır və “Bakcell datakartı” alıb istifadəyə başlayanda həyat müəllim özü sizə təsirli dərsini keçir.
Bəlli olur ki, ha çalışıb, vuruşsanız da, data kartı notbukun bütün qəbul edicilərinə salıb yoxlasanız da, şirkətin müştəri xidməti ilə min dildə söhbət aparsanız da xeyri yoxdur, internetin sürəti bəyan edildiyində aşağıdır. Həm şəhər daxilində, həm də Abşeronun ərazisində sürət çox nadir hallarda 1.5 - 2 Mbps-dən yuxarı olur. Ortalama sürət Bakıda 1.5 Mbps, Abşeronda isə (xüsusilə Bilgəh-Nərdəran-Maştağa-Buzovna zonasında) 1 Mbps təşkil edir.
Hələ bu son deyil, gün boyu internet əlaqəsi kəsilir, bəzən saatlarla intenetə çıxmaq mümkünsüz olur. Soruşursan ki, ay qardaş, ay bacı bəs bu nə halətdir: Hər dəfə guya sizin qayğınıza qaldıqları üçün “yenilənmə işi” aparıldığı deyilir. Ancaq nə sirri xudadırsa bu yenilənmə illərdir tamamlanmır.
İraq olsun, birdən siz məsələn, özünüzü mədəni adam kimi göstərmək üçün online hansısa radioya qulaq asmaq üçün “3G Sür@” dən yaralanmaq fikirinə düşsəniz, onda xəyallarınızın da suya düşəcəyi bəri başdan qarantilidir. 7.2Mb/s sürət vəd olunsa da, 128 Kb/s ve 192 Kb/s sürətle yayılan online radionu dinləmə zamanı qırılmalar ve pauzalar yaranır, xüsusen də 192 Kb/s və daha yuxarı sürətlərdə bu qırılmalar daha çox olur.
İndi isə gələk məsələnin daha ciddi tərəfinə.
Bir: Yaxşı olar ki, Bakcell daha aydın və ağlabatan izah versin görək 28Mb/s sürəti verən “bəzi yerlər” haradır? O, Bakıdadırmı? O, adi müştərilər üçün əlçatandırmı?
Niyə bu sürəti başqa yerlər cəhənnəmə, şirkətin ofislərində belə görmək olmur.
İki: Bakcell hər yerdə ən sürətli internet xidməti göstərdiyini bəyan edir. Bu fikir ictimaiyyətə təqdim edilərkən istinadgah nədir?
Axı bu böyük iddianı inandırıcı eləmək üçün nə praktika var, nə də etibarlı mənbə..
Əksi isə var. Məsələn biri bu: “Netindex” təşkilatının hesabatı. Şübhə edənlər bu linklə tanış ola bilər.
http://www.netindex.com/download/2,110/Azerbaijan/
Qeyd edim ki, bu təşkilat hər yerdə anonim qaydada internetin sürətini ölçür.
Və son ölçmələr görə Bakcell nəinki birincidir, heç il iyirimilikdə də yoxdur.
Təkrar edirəm 20 likdə yoxdur.
Bəlkə də “Bakcell” o populyar lətifədə deyildiyi kimi “sürət yığmaq üçün” geridə qalıb, sürəti yığıb gəlib hamını keçmək istəyirlər.

17.3.13

"Emin Milli niyə hər şeyi qara görür"?

Bu gün gmail poçtumun arxivini eşələyirdim, 2 yazışmam məni xeyli mütəəssir etdi.
Qələmindan qan süzülən hər cümləsində Əliyev rejiminə tənə edən, onu rüsvay edən iki adam-Elnur AS və Emin Milli ilə olan yazışmalar idi. 2006-2007-ni əhatə edən müddətdə olub bunlar.
Elnura ALma qəzetində yazdığı məqaləyə görə hirslənmişəm. Çünki o məqaləsində Əli Kərimlini tənqid edib. Niyə tənqid edib? Təxminən yazıb ki, Əli Kərimli yapçılara qarşı çox amansızdır, halbuki mən elə prezident arzusundayam ki, gələcəkdə yapçıların da qucaqlaya bilsin. Yəni Elnur bəy, bu qədər mərhəmətli olubdur.
Emin Milli ilə isə lap qırğın olub. Bu Əli Transmillinin yaratdığı bir "yahooqrup"da olub. Emin məni hər şeyi qara görməkdə ittiham edib 
Bunları niyə yazdım? Əlsa, nə o zaman, nə indi bu adamların hakimiyyətin təəssübkeşi olduğunu düşünməmişəm. Sadəcə göstərmək istədim ki, ölkəmizdə vətəndaş qarşıdrumasının, insanların bir-birinin qanına sussamasının tək bir səbəbkarı var-o da İlham Əliyevdir.
Müxalifət radikal filan deyil.
Ölkədə radikal müxalifət olsaydı Əliyevlərin ömürü 1 aydan çox çəkməzdi. Heydər Əliyev heykəllərinin daşı-daş üstə qalmazdı.
Ölkədə insanları radikalizmə təhrik edən heydərçi bir qüvvə var. Onu tanıyın, onu lənətləyin, onun dəyişməsi üçün fəryan edin!

15.3.13

Səni niyə tutmurlar?



Bir çox suallar var ona cavab verməyə çətinlik çəkirəm. Məsələn, biri bu: bu qədər hökumət əleyhinə aktivlik edirsən, bəs nə əcəb səni həbs etmirlər?
Çalışacam ağlım kəsən qədər cavab yazım. Başa düşürəm ki, bu suallar təbiidir, heç də təkcə xainlər və çuğulların yaydığı şübhə toxumu deyil.

Birincisi: Mənim bu günə qədər fəaliyyətimdə heç bir cinayət əməli yoxdur. Necə deyərlər, suyu da üfürə-üfürə içirəm. Hətta bu qanunsuz və kriminal hakimiyyətlə də davranışda çalışram hüququn sərhədlərini keçməyəm; nə əməldə, nə də yazıda.

İkincisi: "hakimiyyət qarşı fikirlərinə görə səniı niyə tutmurlar" sualı yox, "niyə buna görə insan tutulmalıdır" sualı daha aktual olmalıdır.

Üç: Biləsiniz ki, mən həbs olunmasam da rahat da yaşamıram. Birbaşa hökumətin yaratdığı min dənə problemim var. Onları məqsədyönlü yaymıram. İnləmək, mübarizə aparan insanlarda qorxu, xof yaratmaq istəmədiyim üçün.

Dörd: hökumətin məni tutmaq həvəsində olduğunu dəqiq bilirəm, onları tormozlayan səbəbi isə yox, bəlkə də hay-küydən qorxurlar, bəlkə də hanısasa vicdan adamın canıyananlığı var, bəlkə daha pis şeylər planlaşdırılar... bəlkə bu yolla şübhə yaradırlar, nə bilim.

Beş: Mən cəmiyyətin ən ağır dönəmində, ictimai fəalların müdafiəsiz qaldığı çağda 2003-də cinayət məsuliyyətinə saxtakarcasına cəlb edilib həbsə atılmışam və bu mənim siyasi həyatımda zərrə qədər də geriyə çəkilmə, ehtiyatlanma yaratmayıb. Olsun ki, yenidən həbsə atılmamada bu da rol oynayır.

Altı, yeddi sizlikdir :)


11.3.13

Səfər Əbiyevin ürəyindən keçənlər

Bizim imkanımız olsa Səfər Əbiyevin ürəyini oxumağa, görərik ki o deyir:
 "Oqtay Şirəliyevin kolxozunda nə qədər adamınız ölür. Özü də mənim kolxozumda adamlar pulsuz öldürürlür, Oqtayınkında isə pulla. 
Nə qədər iynə dərmanı sizə satdırıb adamlarınızı öldürürlər. Bəs niyə ancaq mən? Oqtayın gözü aladırmı?"

8.3.13

Qurban

Sənin İsmayılın kimdir?

Və ya nədir?

Məqamınmı? Qürurunmu?

Mövqeyinmi? Statsunmu? Peşənmi?

Pulunmu? Evinmi? Bağınmı? Avtomobilinmi?

Sevgilinmi? Ailənmi?

Elminmi? Rütbənmi? Sənət və məharətinmi?

Ruhaniyyətinmi? Alimliyinmi? Geyiminmi?

Adınmı? Sanınmı? Şöhrətinmi?

Canınmı? Ruhunmu?

Gəncliyinmi? Gözəlliyinmi?

Mən hardan  bilim?

Bunu sən özün bilirsən.

Hər nə və kimdirsə onu sən özün Minaya gətirməli və Qurban üçün seçməlisən.

Mən sadəcə onun əlamətlərini sənə söyləyə bilərəm.

Səni iman yolunda zəiflədən, "getmək"dəykən səni "qalmağa" çağıran,

Səni  yolunda şübhəyə salan,  səni özünə bağlayan və həqiqəti etiraf etməyinə izn verməyən, eşqi səni kor edən hər şey…

İbrahimsən! Və İsmail- sənin zəif yerin səni İblisin oyuncağı halina gətirə bilir.

...Hәmin bu mаnеәni аrаdаn götürmәyin vахtı çаtıb.

Bil ki, bu mаnеә sәni yеrә buхоvlаmış, sәmа sәfәrindәn sахlаmışdır. 

Bu mаnеә sәnin gözünü, qulаğını, dilini bаğlаmış, hәqiqәti görmәkdәn, еşitmәkdәn, dеmәkdәn mәhrum еtmişdir.

Sәn bu mаnеәni еlә indicә Minаdа qurbаn kәsmәlisәn. Sоnrа isә bir qоyun kәs.

Bu qоyun qurbаnlıq оlаrаq qәbul оlаr. 
Bu qоyunu hәmin mаnеә niyyәti ilә kәssәn, әsil qurbаndır, qоyunu qоyun kimi kәsmәk isә qәssаblıqdаn bаşqа bir şеy dеyil.

Bu qeydləri səsli BURDAN DİNLƏ
(c) Dr. Əli Şəriətinin "Hacc" əsərindən

2.3.13

Elmar Hüseynovu məhkəməyə verənlər

Aşağıda adını çəkəcəklərimin heç biri ilə düşmənçiliyim, qərəzim yoxdur, onlar da insandır, əzizləri, doğlamaları, bu dünyadan istəkləri var.
Amma içimi didən bir sual var: necə olur ki, Elmar Hüseynov kimi igid, cəsur istedadın nəşi 8 məzarda çürüyür, amma onu məhkəməyə çəkən Nizami Cəfərovun yanağı günü gündən allanır, onu ədalətsizcəsinə məhkəməyə verən, bu məhkəmələrlə onu yoran, demoralizasiya etmək, gözdən salmaq istəyənlərdən saxta alim Yaqub Mahmudovun gözləri işıq saçır...
Hələ Zəlimxan Yaqubu demirəm, o orqanı qalmayıb ki, ona lanset, ülgüz dəyməsin, amma kişinin oğlu həyatdadır, şeir zad da yazır. 
Necə olur hə?
"Allah sevdiklərini yanına tez aparır"dan savayı arqument və fikriiniz varsa, yazın xahiş edirəm.

Bu gün- 2 mart Elmarın qətlə yetirildiyi gündür.
Elmar Hüseynov barədə 
 burdan OXU

1.3.13

Keçi dərisi və dərisi soyulan insanlar

Bayaq  dəri işi ilə məşğul olan bir dostumla görüşdüm.
Deyir ki, Natiq, bir də görürsən ki yaşlı-başlı biri sumkaya qoyub keçi dərisi gətirib. Keçi dərisi də neçəyə olsa yaxşıdır!?
- 30 qəpik.
İnsanlarımızın bərbad halını bu hadisədəki keçi dərisindən yaxşı heç bir şərhçi, politoloq izah edə bilməz.
30 qəpiyə dəri satan bu insanlara siz "kopeşnik" deyə bilməzsiniz. Sadəcə ehtiyac onları boğur, amma gəlir üçün yer də yoxdur.
Belə halda 30 qəpik də təsəlli yeri olur