Azərbaycanlılar və ürək

Bu nə məsələdir; Azərbaycanlılar ürəklə niyə belə kobud və yersiz davranırlar?
Bayaq radionun ayrı-ayrı dalgalarından ürək haqda mahnı dinlədim.
Birinci mahnıda müğənni Kürə xitab edir; deyir ki, ey Kür daş və ürəyimdəki qəmi yu apar,
İkinci mahnıda müğənni anasının meytinə müraciət edir; deyir ki, anan qəbrdən çıx gəl ürəyimdə yat.
Ürəyi lap multfilm ediblər. Qardaş ürəyin qəmlə doludursa özünü Kürə at də, niyə sənin bir cındır ürəyindən ötəri bizim kəndlər su altında qalsın.
Və yaxud, niyə qoymursan anan qəbirdə rahat yatsın? Ölü üçün nə fərqi o taxtda yatır, yoxsa torpaqda. Xüsasə çox pis ilişmişik