Ana içeriğe atla

Kayıtlar

2013 tarihine ait yayınlar gösteriliyor

Ələm İlham Əliyev üçün “uçur”!

Internetdə yayılan bir video Sabirabadın ucqar bir kəndini - Moranlını dillər əzbəri etdi. Həmin videoda Aşura mərasimində kənddə bir nəfər ələm “uçurub”, nəzir yığır.

Ələmin “uçması” hökumət mediasında mühüm post tutan hörmətli Qabil Abbasoğlunu, bir çoxları kimi hiddətləndirib. O, bu gerilikçi hadisə ilə bağlı məqalə yazıb, ölkənin önəmli din adamlarına bunun qarşısını almaq üçün çağırış edib.

Məqaləni oxuyub, “facebook” səhifəmdə bunları yazdım: “Moranlıda ”ələmin uçmasına" məqalə həsr edən hörmətli Qabil Abbasoğlunun məqaləsi tam cəfəngiyyatdır. Tam da olmasa, əsasən.

Bəyəm, Qabil bəygilin çalışdığı agentlik - APA, illərdir “ələm uçuranlıq” eləmir?"

Yazdıqlarımı qarşı tərəfin təəssübkeşləri belə yozdular: Natiq, ələm gəzdirməyə haqq qazandırır.

Haşa!

Açıq-aydın yazmamışammı? Ələm gəzdirmək (sabirabadlılar “uçurmaq” yox, belə deyirlər) insanların etibarından sui-istifadədir, ictimai rəyi çaşdırmaqdır, insanları cəhalətə çəkməkdir. APA və ona bənzər hökumətyönlülər də bu …

Baş (!?) prokururluq və pronoqrafiya

Jurnalist Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə və KİV-də yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib. Bu barədə “Trend”ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
E.Sultanov bildirib ki, qanun pozuntusundan çəkindirmək məqsədi ilə N.Ədilova edilən xəbərdarlıq tam qanun çərçivəsində həyata keçirilib.
“Hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən Natiq Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir”, - deyə o bildirib.
Xatırladaq ki, "Azadlıq" qəzetinin əməkdaşı Natiq Ədilov Bakı şəhər Baş Polis İda…

Milli Şurada nə baş verir?

Milli Şura artıq xalqın qəlbində özünə yer qazanıb. Hamı bilir ki, hökumət bu alternativ qüvvəni dağıtmaq, heç olmasa zəiflətmək üçün hər şeyi etməyə hazırdır. Yəni indi MŞ-ya qarşı açıq-aşkar getmək, hökuməti sevindirmək bir az qeyri-populyar addımdır. Ona görə də bəzi musavatçı dostlar MŞ ilə konfliktlərini yalnız Rüstəm İbrahimbəyovla, ya da AXCP ilə konflikt kimi təqdim etməyə çalışırlar.
Əslində isə söhbət AXCP və Musavatın arasındakı fikir ayrılığından, hətta konfliktdən də getmir. Musavat bütövlükdə Şurayaa qarşı mövqe qoyur. Rüstəm İbrahimbəyovun fəxri sədrliyini təkcə xalq cəbhəsi dəstəkləməyib ki?
 MŞ-ya yeni sədr seçdiyimiz Cəmil Həsənli, orada çıxış edən ziyalıların demək olar ki, hamısı- Gültəkin Hacıbəyli, Vidadi Mirkamal, Hacıbaba Əzimov, Eldəniz Quliyev, Zəfər Quliyev, Fuad Ağayev, Namizəd Səfərov və başqaları da Rüstəm bəyin fəxri sədr olmasına tərəfdar oldular. Çıxış etməyən ziyalıların da mütləq əksəriyyəti səsvermədə bu təklifə tərəfdar çıxdılar.
El hərəkatı, KXCP …

Necə oldu ki Əliyevlərin başına havadan pul yağdı?

Razılaşın, pul cəzbedici şeydir.
Milyonlarla insan ona səcdə edir.
Milyonlarla insan onu əldə etmək üçün dəridən qabıqdan çıxır.
Amma yer kürrəsində bir zümrə var ki, onların başına pul sadəcə göydən, havadan yağır.
İnanmırsınızsa təqdim etdiyim bu linkin üstündən vurun, izləyin Əliyevlərin hava maxinasiyası

Qurban Məmmədovla tutdurduğum adamlar

Qurban Məmmədovun üç rəngli bayraqla bağlı vacib bir xatirəsini bilirsinizmi?
Sizə bir böyük sirri açmaq istəyirəm. Bu, hardasa bir “cinayət etirafı” da sayıla bilər. Hüqonun “Səfillər”indəki Jan Valjanın onun əvəzinə başqa birini həbs etmək istəyərkən keçirdiyi daxili təbəllüatlarını xatırlayırsınızmı? Həbsxanadan qaçan Jan Valjan bir gün eşidir ki, onun yerinə başqa bir oxşarını tutub mühakimə edirlər. Həyat bu insanın qarşısına ağır sınaq qoyur; nə etməli, bunu yanlış bir həyat uğuru sayıb susmalı, yoxsa, uca mənsəbini atıb gedib hər şeyi danışmalı? Vicdan Jan Valjanı ikinci yolu tutmağa vadar edir və o, ağır cəzalanacağını dərk etsə də, günahsız bir nəfərin həbsə düşməsinə imkan vermir. Məhkəməyə gedib hər şeyi danışır.
***
Başa düşürəm ki, edəcəyim müqayisə mənim xeyrimə çox şişirdilmiş olacaq. Ancaq yazacaqlarım da elə belə məsələ deyil. Bilin: bu gün həbsdə günahsız yerə yatan “NIDA”çıların və tanınmış vəkil Qurban Məmmədovun həbs vəsiləsi mən və Qurban Məmmədovun özüdür. Bəli, oxu…

Heydər Əliyev fondu barədə heç yerdə eşitmədiyiniz söhbətlər

Azərbaycanda danışılması, yazılması həyat bahasına başa gələn bir mövzu var: Heydər Əliyev Fondu!
Dövlət siyasəti nəticəsində az qala sirrlər xəzinəsinə çevrilən bu təşkilat həm də qorxuncdu.
Adamlar fond haqqında pis fikirləşməyi belə həyatları üçün risk bilirlər.
Belə bir şəraitdə xalq fondun əsl mahiyyətindən təbii olaraq xəbərsiz qalır.
Qənimət Zahid hazırladığı qısa bir video ilə isə H.Ə. Fondu üzərindəki qara pərdəni qaldırıb.
Gəlin, baxaq o nəmənədir.
Bu video üçün hörmətli Qənimət bəyə ayrıca təşəkkür düşür.
Fransa hökumətinin yerinə olsam elə tək bu reporaja görə Qənimət Zahidə cəngavərlik ordenin verərdim :)
VİDEONU İZLƏMƏK ÜÇÜN BU YAZININ ÜZƏRİNƏ VUR

Dəmirsizlik

Dəyərli xanımlar və bəylər, əziz yoldaşlar! Uca səslə etiraf etməsək də, ürəyimiz ağıryaraq müşahidə edirik ki bu dilbər yurdumuzda günü-gündən özünü apara bilməyən, birgəyaşayış qaydalarını mənimsəməyən adamlarımız günü gündən artır. Bunun bir səbəbi bizə aydındır: hakim ictimai-siyasi əclafdır, təbliğ olunan və ya üzdə olan siyasət adamlarımızı formalaşdırmır, əksinə olub qalanın da əlindən alır. Bu isə sonda axmaqlığın və bu kimi hərəkətlərin sayın artırır. Lakin, mən BMT-nin Əhali Fondunun Azərbaycanda qidalanma ilə bağlı bir hesabatın oxuyanda daha bir səbəb tapdım və barmağımı dişlədim.
Ana və uşaqların qidalanması UNICEF tərəfindən ölkə əhalisinin rifahını daha da yaxşılaşdırmaqla önəmli dəyişikliklərin həyata keçirildiyi digər önəmli sahədır. Uzun dövr ərzində anemiya bir çox qadınların və onların yeni doğulmuş körpələrinin məruz qaldığı xəstəlik olmuşdur.
"Mütəxəssislər müəyyən edilmişdir ki, hər üç reproduktiv yaşda olan Azərbaycan qadınından ikisi anemiyadan əziyyət çəkir. …

İnsanın çəyirtkəyə dönməsi

Bizim avtobusda elə oturacaqlar var ki, orda əylaşmək üçün gərək çəyirtkə olasan. 
***
Orda oturanda adamın qıçı çənəsinə qədər qalxır.

(13 dekabr 2010, facebook qeydlərimdən)

Bakıda poltorqeys hadisəsi

Zəng eləmişdim Nərimanov rayon icra hakimiyyətinə. 
Bir xanım götürdü, guya soruşmalıydı ki, sizdə tüstü bacaların təmizlənməsi işinə kim baxır, belə soruşdum: Xanım, icra hakimiyyətində damdabacalarla kim məşğul olur :)

 Xanım, çaşdı, təəccüblə dedi ki biz elə işlərlə məşul olmuruq, bu şayiəni kimdən eşidibsiniz?


PS. Dambabaca- polterqeyst, səs-küy salan ruh-filan


(14 dekabr 2011, facebook qeydlərimdən)

Qurban Məmmədov İsa Məsih rolunda

Gurban Mammadovun mehkemesinden qovlandım. Mence hakim edaletsizlik etdi, bunu özüne de dedim.
Hadise bele oldu.
Qurban beye qarşı iddia qaldıran şexs zala esa ile gelmişdi.
Mehkemede onun sehvlerini Qurban bey o qeder tutdu ki, adam bir anda çıldırdı, qabaqda vekiller üçün nezerde tutulan stola teref cumdu ( esasız ve tam normal addımlamaqla) ellerini stola çırpıb dedi: men azerbaycan dilinde bu p.xu elli defe izah etdim :)
Buna nede gülmemek olardı. Güldüm. Hakim dedi, çıx çöle.
Dedim, ağsaqqal, özünü gülünc aparma, məhkəməni p.xa dönderene dinmirsen, amma gülüşü cezalandırırsan.

Bizə kömək et

Bu gün mən çox qəzəbliyəm. Qəzəbim fərdi problemlərimlə bağlıdır.
Bu gün yenə maaşımı ala bilmədim, belə getsə onu alacağıma ümidlər də çox azdır. Onsuz da bir dərdə dərman olmayan bu az maaş hansısa bazar arvadına ( qəsdən belə acı yazıram) görə verilmir. Bəli, vəziyyəti az-çox siz də bilirsiniz, “Azadlıq” qəzetinin hesabına həbs qoyulub. “Binə” bazarının bazarkomu Kəbirə qəzeti 32 min manat cərmələdib deyə. Gələn pullar ona gedir. Dərd tək bu deyil ki... “Azadlıq” qəzeti bir o qədər pulu da dişi-dırnağı ilə qazanıb hər ay metro Tağıya ödəyir. Amma o zəhləmgetmiş reklamda deyildiyi kimi, bu da son deyil: qəzeti satan dövlət şirkəti bizə borcu olan 50 min manatı da ödəmir. Bu azmış kimi “Metroyayım” şirkəti hər gün satdığı 1500 nüxsədən imtia edib. Vəziyyət belə faciəlidir. Qasim bəy Zakir nə gözəl demişdi “Vilayəti viran eylədi yaxşi,
Bir qafili-piyan, bir mayili-kart”. Biz qumarbaz və əyyaşların kaprizlərinə qurban olmuşuq.
Bir bazar arvadına ölkədə “Azadlıq” qurban verilir, lənət olsun! Yaxşı…

Siyavuş Novruzov dəli olub

İstənilən adamla mübahisəyə hazıram: Siyavuş Novruzov dəli olub, o idrakdan məhrumdu.
Müsahibəsinin hələ bir abzasın oxumuşam, adam kəllə- mayallaqdı.
Birinci cümlədə deyir ki, ATƏT-nin İlhama oğru, saxtakar deyən təsisatı DTİHB ABŞ-ın sözü ilə oturub durur.
İki cümlədən sonra isə deyir ki, DTİHB qyeri-ciddi təşkilatdı, onların hörməti, mötəbərliyi yoxdur, heç ABŞ öz seçkilərinə onları buraxmayıb.
Birincisi: DTİHB qeyri ciddi təşkilat olsaydı Mehdiyev daxil olmaqla hakimiyyətdəkilər bu cürə isterikaya düşməzdi.
İkincisi: DTİHB -i ABŞ-a bağlamaqla Siyavuş özlərini lap pis duruma salır. Azərbaycab camaatı ayıqdı, bir az da yıxılana balta çalandı.
Xalqımız siyavuşun sözlərini Allah edə ciddiyə ala. Onda hamı biləcək ki, biz heç bunların üstünə ABŞ gəlir, bu isə oğruların sonudur.

Heydər Əliyevin ayaqları altında ölmək istəyən adam

Bu gün Qurban bayramıdır.
Düşündüm, dostlarımı, oxucularımı bu gün necə şad edə bilərəm. Əlbəttə, könül istərdi, bir cöngə kəsil dostlara paylasın, ancaq bilirsiz, buna gücüm çatmaz.
Qələm adamınınkı yazıdır, mən onu sizə hədiyyə edirəm. Bu yazı Heydər Əliyevlə Çoban Xanışın dialoqudur. Keçən əsrdə yetkinlik yaşına çatanlar bu çıxışı dinləyib, təbrizlilər demiş, betər keyf aparıblar. İndi siz də oxuyun kefinin kökəlsin. Yazıda ən diqqət ediləcək yer, qırmızı ilə işarə etdiyim yerdən aşağıda baş verənlərdi. Heydər Əliyevə "Sizin kimi kişinin ayağı altında ölüm", sizi görməklə elə bil ki, gedib Kərbəlanı ziyarət edirəm" mədhiyyəsin söyləyən Xanış bircə kəlmə deyir ki, camaatın dolanışıqda bəzi çətinliyi var!
NƏƏƏƏ! Çətilik! 
Heydər Əliyev onun üzərində hücum çəkir. Və Xanışı çox incə yerindən vurur. Bilir ki, Xanış qanunsuz olaraq rayon islahat komissiyasına sədrlik edir və başlayır ordan onu vurmağa. Oxuyaq :) Heydər Əliyevin Qurban Bayramı günü Lerikli fermer Xanış Şahıyevlə g…

Zəhərlənməmisiz ki?

Katalizator. Bu söz zənnimcə, çoxlarına aydındı.
Katalizator, kimyada reaksiyanın sürətini artıran, ancaq özləri reaksiyada istifadə olunmayan maddələrə deyilir. 
Katalizator reaksiyanın başlanğıcında necədirsə, sonunda da elə olur: çəkisi, rəngi, xasssəsi dəyişmir.  İngibitor. Bu söz isə yəqin, çoxlarına  aydın deyil. İngibitor, kimyada reaksiyanın sürətini azaldan, ancaq özləri reaksiyada istifadə olunmayan maddələrə deyilir.
 İngibitorun reaksiyanın başlanğıcında necədirsə, sonunda da elə olur: çəkisi, rəngi, xasssəsi dəyişmir. İngibitorlar həm də katalitik zəhər adlanır. İngibitor katalizatorun əksidir. Bizim aramıza xeyli ingibitor soxulub.
Onları guya “mübariz”dilər. Ancaq əsas missiyaları mübarizə aparan insanları zəhərləmək, ümidsizlik qığılcımı olmaqdı. Belələrinin ən böyük silahlarından bir neçəsi “onsuz da xeyri yoxdur”, “əşşi gördük də”dir. "Tövrat"da Süleyman peyğəmbər sərkərdələrinə tövsiyyə edirdi:" Döyüşə gedəndə ürəksizləri qoyun qalsın evlərində. Çünki cəsurluq…

Mirşahin və Cəlal Əliyev+ Vüsal Qasımlı

Hamımız Mirşahinə əsəbləşmişik, yenə. Haqsız da deyilik. Mirşahin müəllim hər dəfə ANS-də iftira deyəndə akademik Cəlal Əliyevin onun haqqında fikirləri yada düşür. Mənə elə gəlir ki, hər dəfə o məşhur çıxış yayılanda, ictimailəşəndə ən çox od tutub yanan Mirşahin müəllim yox, akademik Əliyev olur. Niyə? Əlsa ona görə yox ki, ağsaqqal yaşında latayır söyləyib. Yox, yox, bu deyil. Sizə bir sirr açım: Sizin yadınızdadı Cəlal müəllim onda niyə sinirlənmişdi? 
ANS-in "Hesabat" jurnalinda gedən "ən varlı azərbaycanlılar" məqaləsinə (Məqalə barəqə qısa qeydi burdan oxu)görə. O yazının müəllifi isə iqtisadçı və bir zamanların alovlu müsavatçısı Vüsal Qasımlıydı. Vüsal Qasımlı indi İlham Əliyevin yanında yaradılan Strateji Araşdırmalar Mərkəzində yüksək post tutur. Təsəvvür edirsiz? Deyilənə görə Cəlal müəllimi Prezident Aparatına buraxmırlar, Vüsal Qasımlı isə orda strateji işlər görür. Özünüzü qoyun Cəlal müəllimin yerinə, siz hafizhacıyev demişkən, od tutub yanmazsız? "7 oğ…

Oğru işin gördü, növbə doğrunundu!

Hamınız gördük: 9 oktyabrda İlham bizim haqqımızı oğurladı, əslində ölkədə dövlət çevirilişi baş verdi. Şükürlər olsun, bu dəfə deyəsən, beynəlxalq təşkilatlar qara kürüyə uymayıb. ATƏT , ABŞ Dövlət Departamenti, İngiltərə hökuməti seçkilərin saxta olduğun deyir.  Bəs sonra nə olacaq? Proqnoz vermək indi asandır:  12 oktyabrda keçirilən saxtaklarlığa etiraz mitinqi və ümumiyyətlə oğruluğa qarşı kütləvi qəzəb sistemli xarakter alsa və yüksəlsə şər rejimi rahatlıqla cəhənnəmə vasil olur. Günün bir nömrəli iş psixoloji üstünlüyü qoruyub saxlamaq, təşkilatlanmaq və dinc etirazları davamlı etməkdir. Bunları edə bilməsək küsməyə, talemizdən üz döndərməyə, beynəlxalq təşkilatlardan inciməyə dəyməz. Niyəsin başıma gələn hadisə ilə izah edəcəm. Türməyə təzə düşdüyüm günlər idi. Hələ polisdə saxlanırdım. Yanıma bir cavan yeniyetmə gətirdiler. O tutularkən polisin başına getirdiklərin danışırdı, saçların biz-biz dururdu. Məsələn, deyirdi onu it kimi döyüblər, bu öz yerində, sonra ise ana-bacısın ağır s…

İlham Əliyevin qələbədən çox istədiyi şey haqda

Fotodakı çiçəyi görürsünüz? Şübhəsiz həyatda belə hadisəyə rastlaşmısınız. Zərif bir bitki qalın bir örtüyü deşib boya ata bilir. Burda hikmət odur ki, bütün bitkilərdə günəşə tərəf can atma var.Yalımıransa botanikada müsbət polyarlıq deyirdilər. Azərbaycanda da hazırda belədir; hesab edin, ölkədə "günəşə axın-axın yürüş edən" bir  zümrənin üstündən İlham Əliyev asfalt çəkdi. Bu müvəqqəti haldır.
Heç kim bizim ürəyimizdəki o günəşə canatmanı ləğv edə bilməz. Bu insan fitrətidir, heç kimin poza bilməyəcəyi bir fitrət! Odur ki, əmin olun. Əliyevlərin simasında urcah olduğumuz bu zülm, zillət tezliklə ölkəmizdən rədd olub gedəcək. Asfaltları körpə amma günəşə qovuşmaqda israrlı olan fidanlar dağıdacaq. O günə az qalıb. Düşmənin ən böyük istəyi, bizə qalib gəlməkdən daha çox bizi mənəvi olaraq sındırmaq, asfaltı çiçəklərin deşmək gücündə olmamasına inandırmaqdı. İnanmayaq.

Balıq hafiz gülməlidir, ya biz?

Bir neçə il əvvəl idi.  AXCP-də  hesabat xarakteli iclas keçirirdik. Əli Kərimli (partiya sədri) hamını dinlədi, vəziyyət yaxşı deyildi, hesabatların məzmunundan görünürdükü mən daxil çoxu öz vəzifəsinə etinasız yanaşıb, vəzifə borcunu gərəyincə yerinə yeriməyib.
O zaman Əli Kərimli ömrü boyu unutmaycağım və hər kəs üçün ibrətlik fikir dedi. Təxminən belə: “mən heyrət edirəm, siz o sıravi JEK işçilərin görmüsünüz,  onlar 5-10 manat maaş alırlar, ancaq seçki saxtakarlığı üçün qarışqa kimi çalışırlar. Bütün qüvvələrini bu işə qoyurlar.
Mən soruşuram: niyə bizdə o JEK işçısındə olan qədər öz işinə bağlılıq, can yandırma yoxdur?
Niyə o JEK işçısı nahaq işin qalib gəlməsi üçün can qoyur, amma biz haqq işimiz üçün iki addım atıb yoruluruq, bir həftə yatırıq? Bu suallar indi, seçki kampaniyasının bu gərgin anlarında xüsusən aktualdır. Siz hafiz hacıyevin mitinqini gördünüz. Pis demək olmaz. Babat idi. Əlbəttə, ora yığışanlar hafizlik deyil, İlham Əliyevlikdir. 
Ağa deyib, davay dərəyə, onlar da s…

Seymur Baycan və KQB agentləri

Keçən il "Eurovison" vaxtı müxalifət pis-yaxşı meydana çıxıb, ard-arda aksiyalarla hakimiyyəti dalana dirəmişdi. (Əli Həsənovun fikirlərini yada sal:" müxalifət yüz ildə edilməyən pisliyi Azərbaycan dövlətinə (əslində hakimiyyətinə) etdi").
Belə bir pərt vəziyyətdə hakimiyyət növbəti əxlaqsızlığa əl atdı, Əli Kərimli polisdə "qarışıqlıq yaradır" bəhanəsi ilə istintaqa cəlb edildi;
 onun evinin qarşısında elə hakimiyyətdəkilərin ailə tərbiyəsinə uyğun mənəvi şikəstlər mitinq keçirməyə başladı.
Belə bir anda bizim sevimli yazarımız Seymur Baycan beqafıl artileriyyasını bizə bəli, bəli daha konkret desək, Əli Kərimliyə yönəldib, onun barəsində düz 8 mənfi qeyd yazdı.
Əsas fikir də bu idi ki, karma özünü göstərir, Əli Kərimli Elçibəyə etdiyi xəyanətin cəzasın alır...
***
İndi yenidən etirazçı xalq rejimə qarşı səfərbər olub. Gənclər, yaşlı nəsil müqavimət hərakatı formalaşdırır; hamımızın təmannası var ki özünə ziyalı deyən hər kəs bu prosesin altına çiyin versin, …

İlham Əliyev və Yezid (ikinci yazı)

Bakı Dövlət Universiteti...
Bu təhsil ocağından M. Ə. Rəsulzadənin adını Əliyevlər götürüb.
BDU-nun yaranmasında Rəsulzadənin danılmaz rolu olduğunu bilə-bilə.
Bu hakimiyyət BDU-da illərdir Rəsulzadəyə abidə qoymağa da "pul tapmır".
Bu hakimiyyət illərdir dərsliklərdən Rəsulzadə ilə birgə nə qədər şərəfli insanın mövzu olaraq çıxarır, onların yerini Əliyevlərlə, Paşayevlərlə doldurur.
Bunlar demək hələ şükürlük imiş.
Xəbəriniz olsun, BDU-də Müaviyyə oğlu Yezidin şeirləri tədris olunur.
Bəli, bəli yanılmadınız imam Hüseynin başını kəsən Yezidin!

Dostlar, mən dindar deyiləm, ölkə əhalisinin çoxu da bəlkə də mənim kimidir. Ancaq kim inkar edə bilər ki, bu ölkədə "Ya Əli" deyəndə yüzminlər riqqətə gəlir, "Yezid" deyəndə ondan da çox insan nifrətlə dolur?
Odur ki, bu fakt dilə gətirilməlidir, dəyişiklik etmək istəyən şəxslər İlham Əliyev hakimiyyətinin yezidilik simasını ifşa etməlidir.
Bu torpaqlarda imam başı kəsən adamın şeirlərini tərənnüm edən zehniyyət səs ala bil…

REAL vəziyyət belədir

REAL-çılarla aramızda baş verən söz davasına bu gün bir sıra KİV yer ayırıb.
Bir: Ən pisi odur ki, bu mövzuda daha çox düşmənlərin yazdığı məqalə tirajlanıb və paylaşılıb.
Bu mövzunu işləyən saytın sahibi Lider TV-də əxlaqsız və mənəviyyatsız sujetləri ərsə gətirən məxluqdur, onun adını və saytını bura yazıb şərəf vermək istəmirəm.
Mən REAL-la aramızda olan söz davasın inkar etmirəm, narazılığım narahatlığım bu "davanı" düşmən mətbuatının təqdim ediyi formada hörmətli "Yeni Müsavat" və mia.az kimi mətbu nəşrlərdə yer almasıdır. 
Lütfən, o yaramaz adamın məhsullarına bir də sahib durmayın, ona həyat verməyin. İmkan verin, kanalizasiya təfəkkürü ilə o öz həyatın yaşasın.
İki: Bu yazıda mənə istinadən yayılan "REAL-çılar İlqar Məmmədovun məzlum durumundan sui-istifadə edib, onun imicini xərcləyirlər" fikirindəki "məzlum" sözü birmənalı qarşılanmayıb.
Burda işlədilən məzlum sözü, izahlı lüğətdə də ək olunduğu kimi “Zülm çəkmiş, zülm olunmuş, zülmə məruz q…

Atalar və oğullar

Etibarlı şahidləri var, deyirlər Heydər Əliyev oğlu İlham Əliyevi məzəmmət edərkən tez-tez ona örnək Əli Kərimlini göstərərmiş. Təxminən, bu formada: o kolxozçu Əmirhüseynin oğlu, bu da sən-prezident oğlu.
Bu müqayisə İlham Əliyevə əzab verən və bu gün də Əli Kərimliyə qarşı düşmən münasibətinin formalaşdıran ən ciddi kompleksə səbəb oldu.
Bu gün İlham Əliyevin Əli Kərimlidən həm də atasının ona yaşatdığı aşağılıq kompleksinin qisasını almaq istəyir.
Bir kompelksdən qurtarmamış daha biri ona urcah oldu.
Bilirisiniz, Əli Kərimlinin bu gün ədalətsizcəsinə, sırf böhtan ucbatından həbsə atılan oğlu Türkel Kərimli İngiltərənin ən nüfuzlu 5 universitetlərindən birində təhsil alır.
Onun təhsil nailiyyətləri isə son dərəcə parlaqdır. Qısası, əlaçıdır və universitetdə göstəriciləri ilə fərqlənən 15 tələbədən biridir.
Bəs İlham müəllimin övladlarının təhsil uğurları barədə nə bilirik?
Şəxsən mən heç nə.
Bildiyim odur ki, onun övladlarının İspaniyadakı hansısa kursu bitirmələri barədə sertifikatları var…