Şad xəbər

Dünən mağazadan bir "təbii" şirə aldım.
Evdə şirə qutusunun üstünə baxıram ki adı "Badamlı"dı.
"Badamlı" şirəsi də Naxçıvanda hazırlanır.
Sevindim.
Çünki, bir qədər əvvələdək meyvə şirələri ancaq "fövqəlnazir"K. heydərovun inhisarında idi.
Keçən ildən şirə biznesinə Ziya Məmmədov, Rövnəq Abdullayev girişib. Budur işin içindən Vasif talıbov da çıxdı.
Deməli, ən azı şirə monopoliyası dağılır.
Azad sahibkarlığa gedə yolda ilk addımlar atılır-Ura!