Ana içeriğe atla

Liderlər niyə meydana çıxmır?


Daha bir etiraz aksiyası keçirdik. Bəzi yeni adamlardan dəstək alsaq da yenə əsas ağırlıq facebook əhlinin də tanıdığı fədakarların üzərinə düşmüşdü.
Akisya alındı. Demirəm rejimin belini qırdıq, qələbənin bir addımındayıq və s. Amma hamı razılaşar ki, aksiyamız xeyli insanda ruh yüksəkliyi yaradıb.
Xüsusi ilə dünya mediasının aksiyamıza marağı Əliyevlər rejimin el-aləmdə bir daha ifşa etdi, xalqımızın bu mandat alverçilərinə nifrətini bir az da artırdı.
Aksiyaya hamı, iştirak etməyənlər də dəstək verir və belə bir vaxtda üzdə (guya) müxalifət düşərgəsinə aid bəzi adamlar müzakirənin, qınağın ünvanını dəyişməyə cəhd edirlər.
Bəs sən demə bu adamaları dərd götürüb ki, aksiyaya müxalifət liderləri şəxsən qatılmayıblar. Guya onlar aksiyaya qatılsaydı xalq meydana axın edəcəkdi...
Əzizlərim, siz bu nağılları tərcrübəsiz, mübarizə təcrübəsi olmayanlara danışıb baş qata bilərsiniz, amma sıra bizə gələndə, bağışlayın keçməyəcək...
Əvvala şəxsən mənə bəzi başqa partiyaların üzvlərindən fərqli olaraq bu barədə danışmaq çox rahatdır. Çünki  mənim üzv olduğum partiyanın sədri 1994-cü ildən (yeri gəlmişkən, hələ də o mitinqdə Əli bəyə qarşı açılmış cinayət işinə xitam verilməyib və ona pasportu bu bəhane ilə vermirlər) 2005-ci ilədək "N"ə qədər razılaşdırılmamış mitinqdə iştirak edib, bizim kimi döyülüb də, həbs də olunub, amma nə millət meydanlara axışmayıb, nə də xalq xilas olmayıb. 
 Indi də əminəm ki, daha həlledici məqamlarda liderimiz mübarizənin önündəolacaq. Mənə çox maraqlı gəlir, necə olur ki,  bu mübarizənin bütün ağırlığını çiynində daşıyan, hər cür fədakarlıq edən insanların öz liderlərinə  etimadı tamdir, onlardan bir nəfərə də rast gəlməmişəm ki, liderləri indi mitinqə çağırsınlar. Əksinə sizə etiraf edim ki, bizlər bunu heç istəmirik.
Niyəsini də deyim.
 Liderlər mitinqə gəlsə hökumət itli-pişikli bütün qüvvələrini ora səfərbər edəcək ki, hamının qarşısında liderlərimizə əl qaldırsınlar. O zaman biz də məcburən liderlərimizi qorumaq üçün

polislə əlbəyaxa olacağıq, biz az olduğumuza görə sonda bu döyüşü uduzacağ, yaxşıca da döyüləcəyik.indi bəzə qaçıb aradan çıxırıq, onda bunu özümüzə yaraşdırmayacağıq.
 Bu bizə lazımdır? Qəti deyirəm ki, yox.
Ümid edirəm, liderlərimiz də qərar qəbul edəndə heç vaxt özü real mübarizə aparmamış, məhrumiyyət, repressiya yaşamamış, hansısa şübhəli məqsədli ekspertəri yox, ömrünü meydanlarda keçirən və gerçək qələbə arzulayan bizləri eşidəcək.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …