Ana içeriğe atla

"Qanuni" olaraq mən necə həbs oldum?


15 oktyabr 2003-də Azərbaycanda prezident seçkisi keçirilirdi.
Həmin seçkidə AXCP-nin müşahidəçi idim.
Seçki  saat 7-də qurtaracaqdı.
Böyük çətinliklə saat 5-dək xırda istisnalara olmaqla saxtakarlığa imkan vermədim.
5-də rayondan əyyanlar gəldi. Onlar yerli məmurlarla məni danışığa çəkdilər. Yan otaqda nələr təklif olundu, bu haqda geniş danışmayaq. Hamısına "yox" cavabları verib, seçki otağına qaytdım.
Otağın qapısını açanda gördüklərim dəhşət idi. Komissiya üzvü olan müəllim yoldaşlarım (mən məktəbdə tərbiyəvi işlər üzrə müavin idim) qarğa-quzğun kimi ağ bülletenlərə daraşmışdı. Bülletenlərdə İlham Heydər oğlunun adı nişanlanırdı.
Bu həyasız saxtakarlığa necə hiddətləndimsə bağırdım: belə etməyin.
Müəllimlər biri sakit tövrlə: niyə qışqırırsan, belə gəlib belə də gedəcək-dedi.
Ani qərarı necə verdim, xatırlamıram: stolun üzərindəki ağ bülletenləri götürüb qaçdım.(İstintaqın rəyinə görə onların sayı 501 ədəd idi) Sürətim nə qədər idi, onu da yaza bilməyəcəm:). Görünür babat qaçmışam, komissiya üzvləri özlərinə gələndə mən heç kimin ağlına gəlmədiyi bir həmkəndlimin evində beçə soyutması yeyə-yeyə hakimiyyəti söyürdüm.
Telefonumu söndürmüşdüm ki, əmilərimin aramsız zəngləri qarşısında duruş gətirə bilim.
Ailəmiz üçün çox ağır anlar idi. Atam qəflətən vəfat etmiş, hələ qırxı çıxmamışdı. Mənim bu hərəkətim yerli qaydalara görə "əbləh övlad" statusuna da uyğun gəlirdi. Mənsə prinsipimin müdafiəsini hər şeydən başda tutmuşdum.
Rayon hüquq-mühafizə orqanları bütünlüklə kəndimizə səfərbər olmuşdular. Fövqəladə vəziyyət idi. Seçkinin bitmə saatına az qalmış telefonumu açdım.
Şərtlər yağış kimi yağmağa başladı..."Bülletenləri qaytar, filan şey sənin, hansı namizədə istəyirsən səs yazaq, razılaşaq, həbs olunacaqsan, mən ölüm, ölmüşəm yerdən götür..."
Kinolarda əsirləri geri qaytarma səhnələri kimi idi hər şey. Bülletenlər əsirim idi. Bircə şərt dedim: Qutunu açın, protokolu yazın verin filankəsə. Rəqəmləri mənə deyəcəksiniz, bülletnlər sizdədir.
Belə də oldu...
Və gecə özüm gedib prokurorluğa təslim oldum.
17 oktyabrda məhkəmə barəmdə 2 aylıq həbs qətimkan tədbiri seçdi. Onunla da həbsxanaya "xoşgördük" dedim...
 Bundan sonrası ictimaiyyət üçün maraqlı olsa yazacağam :)

"Azadlıq" qəzeti həbsim barədə (tarix 28 oktyabr 2003)

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …