Ana içeriğe atla

Mühacirəti stimullaşdırmalı

Nə gizlədim, yaxın günlərə qədər mən də Azərbaycanı atıb mühacirətə getməyə yaxşı baxmırdım. Ancaq, deyirlər fikirini bir ölülər dəyişmir, bir də dəlilər. Mən də dəyişdim yuxarıdakı fikrimi.
Mənim anladığım budur ki, Qərb dövlətləri İlham Əliyev rejimindən, idarəetməsindən iyrənsələr də, onun feodal üsul-idarə etməsinə ikrah etsələr də,  təbii sərvətlərimizi talan etmək üçün bu şər rejimi il qardaş olmağı da özlərinə rəva bilirlər.
Bəli, çox acıdır. Azərbaycan xalqı öz sərvətlərinin girovuna çevirilib.
Hə, indi biri çıxıb deyəcək ki, xalqın canı çıxsın öz hüquqlarını bilsin, xalq hüquqlarını bilmir deyə, kimsə gəlib onun yerinə demokratiya qurmayacaq filan.
Bu çox sərsəm fikirdir. Əgər Qərbin fikir adamları, demokratiya flaqmanları da belə düşünürsə onda onların ilhaməliyevlərdən, kəmaləddinheydərovlardan, ziyaməmmədovlardan, eldarmahmudovlardan, ramilusubovlardan heç bir fərqi yoxdur.
Niyə? Çünki bu zatlar da xalqın avamlığından istifadə edib onları talayır. Nə qədər yerdə görmüşük ki, məmurlar insanların savadsızlığından istifadə edib onlara müxtəıif sənədlərə qol çəkdirib mülklərindən məhrum edib.
Bu nə deməkdir, Azərbaycan xalqı hüququnu bilmir deyə minilməlidir, təhqir edilib alçaldılmalı, istismar edilməlidir?
Yaxşı xalq hüququn bilməyəcək qədər cahildir, İlham Əliyev ki ali savadlı adamdır, eləcə də onun məmurları. Niyə bu hüququ bilən adamları ona hörmət etməyə vadar etmir o Qərb?!
Doğrudanmı bu təkcə məzlum xalqımızın işidir? Xeyr. Bu həm də Əliyevləri bir bəla kimi yetişdirən, onları sivil, modern rəhbərlər kimi  cəmiyyətə sırıyan Jonların, jeklərin görəvidir.
Bəs imperialist güclər və cılız tayfa rejimi tərəfindən təklənmiş Azərbaycan xalqı nə etməlidir?
Birinci yol şəfərli, qürurlu və çətin yoldur, mən əksəriyyətin bu yolu seçməsini istərdim: canımızı qurban verib vətənmizi
 qurtarmaq. Sağa sola baxmadan, alverçilik etmədən prinsipial və qorxmaz mübarizə aparmaq. Bu yolun sonunda mütləq və mütləq qələbə var. Tarix sübut edib ki, idealizmin qarşısında para, fiziki güc dizini yerə qoymağa məhkumdur. uzağa getmirəm, Hindistanda Qandi hərakatını düşünün

İkinci yol, birinci ilə paralel davam etdirilə bilər və bunu vacib bilirəm. Bu yol asandır. Biz sərvətlərimizi sönürənləri belə cəzalandıra bilərik: Azərbaycanda nə qədər avara-urava, qoyunotaran, eşşəkminən, xoruzdöyüdürən, burununu silə bilməyən var onları təşfiq və səfərbər edib Qərbə mühacirətə yollamalıyıq. Gülməli gəlir, hə Sizə !? Mən real sayıram: qoy cəmiyyətimiz bu avara-uvara yükündən azad olsun, sərvətlərimizi talayanlar da onların əzabına qatlaşsınlar. Bu avara-uvaraların sayını Qərbdə o qədər artırmaq lazımdır ki, nəhayət onlar özləri səhvlərindən əl götürmək məcburiyyətində qalsınlar. Yəni, Azərbaycanda normal, azad və demokratik hakimiyyət qurulmasında real iş görsünlər, mühacir axınının qarşısının almağın bir və əsas yolunun bundan olduğunu dərk etsinlər.
Ürəyim doludur, amma sizi yormaq istəmirəm, burda dayanaq...

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …