Ana içeriğe atla

Azərbaycanlılar dəlidir, ya onları idarəedənlər?

Bir neçə il qabaq qəzetlərin gündəmini skandal mövzu zəbt etmişdi. Yazırdılar ki, Bakı meri Hacıbala Abutalıbovun başı "o sözdür".  Qəzetlər o zaman merin xəstəliyi barədə həkim arayışlarını da dərc etmişdilər.
Buna inanmaq, inanmamaq hər kəsin öz işdir. Zatən mən bir insanın fiziki qüsuruna görə lağ obyektinə döndərilməsinə qarşıyam. Belə hala nifrət edirəm.
Lakin, bu günlərdə rastaşdığım hadisə məni bizi idarə edənlərin, əlaxüsus meriyada çalışanların ruhi, əqli vəziyyyəti ilə bağlı narahat düşüncələrə qərq etdi.
O hadisəni sizə video kimi təqidim edirəm. Ona baxmaq üçün buranı tıkla. Kiçik videodur, cəmi 2 dəqiqə, sizi yormayacaq.
Hadisənin qısa icmalı belədir: Fəqan adlı bir biznesmeni Zərdabın icra başçısı Lütfəli Babayev aldadaraq pullarını müflis edib. Adam min bir yerə şikayət yazıb, sözünü dinləyən yoxdur.
Axırda Bakı şəhər İcra hakimiyyətinə məktub yazıb ki, ailəm, özüm təhlükədədir, başçı bizi öldürəcək, nolar bizi qorumaq üçün binanızda sığıncaq verin.
Meriya isə cavab verib: Bizdə vətəndaşların mənzil problemi müvafiq qeydiyyat növbəli qayda üzrə aparılır. Təsəvvür edirsinizmi? Bunların başı xarabdır, ya da sadəcə camaatı dolayırlar.
Vətəndaş bundan imdad diləyir deyir ki, məni öldürülər binanda məni qoru. Bu isə deyir ki, sən məndən ev istəyirsən evi isə biz növbə ilə veririk.
Bilmirəm gülüş işarəsi qoyum, ya ağlamaq?

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …