30.9.12

Gülər Əhmədovanı tanıyaq, tanıtdıraq


Gülər Əhmədovanı yaxşı tanıyırıqmı?
 Zənnimcə yox...
O deputat olmaqla bərabər, həm də qəzet rəhbəri idi.
Qəzetinin ikinci səhifəsində İngiltərədə tutulan 2 "facebook" istifadəçisinə azadlıq tələb edə-edə...
1 jurnalisti (Əvəz Zeynallı) həbsə atdıran...
1 jurnalisti (Nigar Almanqızı) ölkədən qaçmağa vadar edən...
1 bloqçu (Etibar Salmanlı) və 1 jurnalistin( Efqan Muxtarli) həbs olunması barədə vəsatət verən...
"facebook" və "wordpress"in Azərbaycanda yasaqlanması diləkçəsi ilə Rabitə Nazirliyinə müraciət edən söz adamıdır Gülər Əhmədova...

28.9.12

Gülər Əhmədovanın yanındakı adam


 (Seymur Baycana ithaf olunur)

"Yoldan çıkan kurda yem olmuş"- xüsusən sevdiyim "Duman"ın ifasında bu sözləri çox bəyənirəm, az qala hər gün dinləyirəm. Bu misaralar deputat Gülər Əhmədovanın köməkçisini düşünərkən xatırladım. Onu tanıyırsınızmı, bilmirəm-Əhməd Şahidov. "Facebook"da o özünü gənc alim və şair kimi təqdim edir.
Məndə blokdadır, dostlar deyir ki, işi-gücü indi Güləri müdafiə edən yazılar paylaşmaqdır. Ey dad, həyat insanı nə günlərə qoyarmış?!
Bu Əhmədin dostu Ruslan Bəşirli hakimiyyətin video terroru ilə üzləşəndə o susdu. Ara-bir Ruslanla birgə iştirak etdiyi aksiyaların fotoları internetə düşəndə Əhmədin ürəyi də qarın boşluğuna düşmüşdü...
Əhmədin bir zamanlar çalışdığı qəzet video terrora məruz qalnda Əhməd aradan çıxıb hakimiyyətə sığındı. Gülərin yanında lövbər saldı və dinc də dayanmadı. Keçmiş dostlarına tənə etdi, acı sözlər yazdı, əzabkeş müxalifətçilərə dil uzatdı. Əhməd elə sandı ki daha həyatın zirvəsini fəth edib. Və budur, əlahəzrət KARMA ona dərs keçir.
Ana təbitə onu gör nə işə möhtac edir: əli aşından da, vəli aşından da olan Gülər Əhmədova kimi korrupsionerin, dələduzun buyruğunda durmaq...
Demişdim sizə: dünya son nəticədə ədalətlidir

Güləri bildik, bəs onunkimilərin aqibəti necə olacaq?


Hökumət qəzetləri xəbər verir ki, Gülər Əhmədova ikinci dəfə insult olub
İnşallah, yastığı yüngül olar.
Bu xəbərdə mən gələcəyimiz üçün pozitiv bir şey gördüm. Dostlarımla söhbətdə mən həmişə quracağımız demokratik Azərbaycanda əliyevlərin bu qaniçən məmur sürüsü ilə necə davanacağımız barədə danışıram. Bunların hamısı cinayətkardır, söz yox. Ancaq, öz aramızdır onların hamısını bir gündə türməyə də basmaq olmayacaq! Birincisi, türmə tutmaz, ikincisi də...
Xüsalə, Gülər nümunəsi göstərir ki, gələcək üçün əndişə keçirməyə dəyməz. Demokratik dəyişiklərin elə ilk günündə rüsvay olacaqlarına, artıq heç nədən çəkinməyən xalqın şiddətli qınağına tuş gələn siyavuşnovruzov, mübarizqurbanlı, baharmuradovakimilər anındaca ömürlərini  bizə bağışlayıb gedəcəklər torpağ şöbəsində dincəlməyə.
Çox illuziyaya qapılmadım ki? :)

Gülər Əhmədovanın "fahişə" böhtanı

Gülər Əhmədovanı insult niyə vursun axı?
 Fərz edək ki, lap elə onun dediyi kimidir, böhtana tuş gəlib deyəmi? 
Ərdoğan abi demişkən, "Van minut", Gülər xanım. Bəs bu vaxta qədər camaata niyə böhtan atırdınız?
Böhtançılığın pis şey olduğunu gərək sizə insult başa salaydı?
Bəs indi insult keçirərkən xalqın azadlığı uğurunda meydanlara çıxan xanımlara "fahişə" böhtanı atdığınız anları düşünürsünüzmü?
Yada salıram, İctimai Palatanın 17 aprel mitinqində "Azadlıq" hayqıran balaca qızcığazın anasını Gülər Əhmədova fahişə çıxartmışdı. 
Di get!

27.9.12

Qorxu haqqında

Qorxaq!
Fikri vermisinizmi, avtoritarizm ölkəmizdə necə kök salıbsa bu söz-qorxaq artıq aşağılayıcı mənada işlənilmir; ya da çox az işlənir.
Qorxaqlıq indi ehtiyatlılıq kimi qəbullanır. Ehtiyatlılığı isə bizdə igidlikdən sayırlar (ehtiyat igidin yaraşığıdır-məsələ).
Özümüz kimi dəyərlərimiz də dolaşıq düşüb.
Bu ölkəni formal olaraq İlham Əliyev, faktiki olaraq isə qorxu idarə edir.
İnsanlarımız kütləvi sürətdə qorxuya yoluxdurulub.
Bəs milli bəlayə çevirilən qorxaqlıq nədir?
Nəhayət, Konfutsinin şagirdləri ilə söhbətində bunun mükəmməl və sadə tərifini tapdım. Siz də yazın bir yerə: "Doğru olanı görmək, amma etməmək qorxaqlıqdır".

Gülərin məsumiyyəti


Gülər Əhmədovanın Elşaddan bağırda-bağırda pul almağa çalışdığı videonun "ulu öndər"in Sürətlə hesablaşdığı ANS videosundan nə fərqi var?
Vəhşiler mühitində hesablaşmaların mahiyyəti eynidir, formasında azacıq fərqlər ola bilər.
"Ulu öndər"in ANS videosunu görənlər o ölkədə dövlətin olduğunu dəyə bilirlərmi? Balıq başdan iylənibsə, Gülər kimdir?  

24.9.12

Gülməli tiranlar


“Qanun” nəşriyyatı bu yaxınlarda ünlü yapon yazarı Murakaminin “Norveç meşəsi” romanını ana dilimizə çevirərək, yayımlayıb. Azərbaycan gəncliyi üçün maraq doğuracaq bu romanı daha çox insanın oxumasını gözləyirəm. Ondan sonra roman haqqında ayrıca yazım olacaq.
Bu gün sadəcə, romandakı bir qəhrəmanın işlətdiyi fikri yazıma vasitə edəcəyəm. Varlı balaları ilə bir məktəbdə oxuyan kasıb uşaq sonra öz dostuna iztirabını belə izah edir. Varlıların bəzən özlərinin də bilmədiyi bir xoşbəxtliyi olur. Onlar ciblərində pul olmayanda bunu rahatlıqla deyə bilirlər. Kasıbın isə, özəlliklə imkanlılar arasında yaşayan, çalışan, oxuyan kasıbın belə rahatlığı olmur. O, cibində pulunun olmadığını dilə gətirə bilmir, gizlədir, bu haqda susur.
Qəhrəman bu vəziyyəti gözəl və yaraşığı olmayan xanımın bəzənməyilə müqayisə edir: “Gözəl qız bəzənməyəndə rahatca deyir ki, bu gün makiyaj etməmişəm, pis görünürəm. Çirkin isə bunu deyə bilmir, desə belə, bu, gülməli çıxar”.
Sizə qəribə gəlməsin, Murakamının bu qeydlərini mən demokratik dəyərlər baxımından çox ciddi qiymətləndirirəm. Səbr edin, anladıram.
Demokratik cəmiyyət olmanın, demokrat olmanın bir vacib göstəricisi də insanların onları idarə edənlərə gülməsinə imkan verməkdir. Özü də açıq gülüş, ictimailəşmiş gülüş...
Konkretləşdirək: özünü regionun analoqsuz lideri və super demokratı sayan Ilham Əliyevin bir karikaturasını görmüsünüzmü?
Hə, mən görmüşəm, çox az da olsa, belə şeylər var. Lakin bunlar nəşrlərdən kənarda qalan, gizli yaradıcılıq nümunələridir. Qəzetlərin, jurnalların üzü bu iş üçün bağlıdır.
“Bizdə bu işi bacaran adamlar yoxdur” deməyə cəhd etməyin, çünki hökumət nəşrlərində müxalif insanların xeyli karikaturaları çıxır. Üstəlik, biz indi lənətlənən “92-93"-cü il qəzetlərini vərəqləsək, o səhifələrdə həmin dövrün rəhbərlərinin bol-bol karikaturalarını görə bilərik.
Əbülfəz Elçibəyin karikaturasını o vaxtlar AXC-nin sağ əli sayılan ”Azadlıq" qəzeti də yayımlayıb.
“Bu nədir?” sualını bizim üçün Murakami cavablayıb.
Despotlar gülüş obyekti kimi qəzetlərə düşməkdən qorxurlar. Çünki onlar zatən gülməlidirlər. Onların nitqləri, davranışları, analoqsuz layihələri əvvəl heyrət, sonra isə xalqda gülüş yaradır. Bu gülüşün isə açıq forma alması, ictimailəşməsi diktatorları “çirkin qız” kimi sıxır, kompleksin altında əzir.
Demokratlar isə karikaturalarından da həzz alırlar. Yanlış etdikləri bir işin karikaturaya çevrilməsi onları əsəbiləşdirmir. Əksinə, bu onların öz fəaliyyətlərinə düzən verməsi üçün bir səbəb olur.
 Yaxınlarda Türkiyənin eks-prezidenti Turqut Özal haqqında bir yazı oxudum. Mərhum Özalın prezident olarkən bir özəlliyi də öz ofisində karikaturalarından sərgi düzəltməsi imiş. T.Özal hər gün işə gəlib-gedəndə karikaturalarına baxarmış. Əziz qonaqları gəldikdə ilk göstərdiyi yerlərdən biri karikaturları olarmış. Məmləkətin hansısa guşəsində sanballı karikaturasının çıxdığını eşitdikdə, köməkçisini işə qoşar, karikaturasının orijinalına yaxşı pul ödəyib alarmış Özal...
Ilham Əliyevin ofisinin içində belə bir sərgini təsəvvür edə bilirsinizmi? Bizim dövlət aparatındakı bütün sərgilər birmənalı olaraq Heydər Əliyevin həyat və yaradıcılığını tərənnüm edir. Bizim saraylarda sərgilənən əsərlər zəlimxanyaqubların məhdiyyələri üçündür. Və biz artıq bunun sirrini bildik. Diktator “bax, bu işi görərkən çox gülməli idim” deyə, bunu özünə belə, etiraf edə bilmir. Axı onlar nə zaman gülməli olmadılar ki...
Bir iş var ki, onların xalqa bəxş etdikləri gülüş də acı olur...

Niyə sevə bilmirik?


Bir ara mən də çox düşünürdüm
Düşünürdüm ki, axı insafən İlham Əliyevin yaxşı sayılacaq işlər də görür. Məsələn, körpü tikir, əhali o dəqiqə sevinmək yerinə bu işə mız qoyur, bayraq ucaldır nəsə yenə də narazılıq. Məktəblərin açılışını edir, xəstəxananın təməlini atır, lakin adamlarımız fərəhlənmir
Səbəb nədir, səbəb?!
Nəhayət mən belə qərara gəldim.
İıham Əliyev bizim xalqın şüuruna işğalçı, qəsbkar kimi düşüb. O üzdən onun müsbətləri də insanlarda qıcıq yaradır.
 Bu təxminən ona bənzəyir ki, bir quldur sizin evinizə soxulub, evin ağsaqqalın tutub həbsə atıb və ya öldürüb, evin sərvətini kefi istəyən kimi dağıdır və arada bir evi "euroremont" edir, həyətinizə palma ağacı əkir, arada bozbaş bişirib sizə təklif edir. Bundan xoşnud olarsızmı? Yox!
O zaman xalq  da haqlı deyilmi?

19.9.12

Çinlə Azərbaycan arasında müharibə

Həsən Həsənov-o, indi səfirdir
1994-cü il. Çin səfirliyi "Azərbaycan" mehmanxanasında yerləşir.
Səfirliyin otaqları o qədər bərbad olur ki, onlar Azərbaycan hökumətinə nota verirlər.
 Notada  ya normal şərait, ya da torpaq ayırılması tələb edilir. O da yazılır ki, otaqlarda tarakanların əlindən işləmək olmur
O zamanın xarici işlər naziri Həsən Həsənov mətbuat konfransı keçirəndə jurnalistlər Çin səfirliyini basan tarakanlar barədə ona sual verirlər.
Həsən Həsənovun cavabı: Tarakan?! Çinlilər onsuz da tarakan -zad yeyir də. Tutub onları bişirsinlər.
Nazir nə boyda qəlıt etdiyini konfransdan sonra bilir. bütün redaksiyalara zəng vurub, yalvarılır və bu skandal hadisə mediada yer almır.

Önəmli not: konfransda "Azadlıq qəzeti" olmayıb.

15.9.12

Azərbaycanlılar dəlidir, ya onları idarəedənlər?

Bir neçə il qabaq qəzetlərin gündəmini skandal mövzu zəbt etmişdi. Yazırdılar ki, Bakı meri Hacıbala Abutalıbovun başı "o sözdür".  Qəzetlər o zaman merin xəstəliyi barədə həkim arayışlarını da dərc etmişdilər.
Buna inanmaq, inanmamaq hər kəsin öz işdir. Zatən mən bir insanın fiziki qüsuruna görə lağ obyektinə döndərilməsinə qarşıyam. Belə hala nifrət edirəm.
Lakin, bu günlərdə rastaşdığım hadisə məni bizi idarə edənlərin, əlaxüsus meriyada çalışanların ruhi, əqli vəziyyyəti ilə bağlı narahat düşüncələrə qərq etdi.
O hadisəni sizə video kimi təqidim edirəm. Ona baxmaq üçün buranı tıkla. Kiçik videodur, cəmi 2 dəqiqə, sizi yormayacaq.
Hadisənin qısa icmalı belədir: Fəqan adlı bir biznesmeni Zərdabın icra başçısı Lütfəli Babayev aldadaraq pullarını müflis edib. Adam min bir yerə şikayət yazıb, sözünü dinləyən yoxdur.
Axırda Bakı şəhər İcra hakimiyyətinə məktub yazıb ki, ailəm, özüm təhlükədədir, başçı bizi öldürəcək, nolar bizi qorumaq üçün binanızda sığıncaq verin.
Meriya isə cavab verib: Bizdə vətəndaşların mənzil problemi müvafiq qeydiyyat növbəli qayda üzrə aparılır. Təsəvvür edirsinizmi? Bunların başı xarabdır, ya da sadəcə camaatı dolayırlar.
Vətəndaş bundan imdad diləyir deyir ki, məni öldürülər binanda məni qoru. Bu isə deyir ki, sən məndən ev istəyirsən evi isə biz növbə ilə veririk.
Bilmirəm gülüş işarəsi qoyum, ya ağlamaq?

9.9.12

Mühacirəti stimullaşdırmalı

Nə gizlədim, yaxın günlərə qədər mən də Azərbaycanı atıb mühacirətə getməyə yaxşı baxmırdım. Ancaq, deyirlər fikirini bir ölülər dəyişmir, bir də dəlilər. Mən də dəyişdim yuxarıdakı fikrimi.
Mənim anladığım budur ki, Qərb dövlətləri İlham Əliyev rejimindən, idarəetməsindən iyrənsələr də, onun feodal üsul-idarə etməsinə ikrah etsələr də,  təbii sərvətlərimizi talan etmək üçün bu şər rejimi il qardaş olmağı da özlərinə rəva bilirlər.
Bəli, çox acıdır. Azərbaycan xalqı öz sərvətlərinin girovuna çevirilib.
Hə, indi biri çıxıb deyəcək ki, xalqın canı çıxsın öz hüquqlarını bilsin, xalq hüquqlarını bilmir deyə, kimsə gəlib onun yerinə demokratiya qurmayacaq filan.
Bu çox sərsəm fikirdir. Əgər Qərbin fikir adamları, demokratiya flaqmanları da belə düşünürsə onda onların ilhaməliyevlərdən, kəmaləddinheydərovlardan, ziyaməmmədovlardan, eldarmahmudovlardan, ramilusubovlardan heç bir fərqi yoxdur.
Niyə? Çünki bu zatlar da xalqın avamlığından istifadə edib onları talayır. Nə qədər yerdə görmüşük ki, məmurlar insanların savadsızlığından istifadə edib onlara müxtəıif sənədlərə qol çəkdirib mülklərindən məhrum edib.
Bu nə deməkdir, Azərbaycan xalqı hüququnu bilmir deyə minilməlidir, təhqir edilib alçaldılmalı, istismar edilməlidir?
Yaxşı xalq hüququn bilməyəcək qədər cahildir, İlham Əliyev ki ali savadlı adamdır, eləcə də onun məmurları. Niyə bu hüququ bilən adamları ona hörmət etməyə vadar etmir o Qərb?!
Doğrudanmı bu təkcə məzlum xalqımızın işidir? Xeyr. Bu həm də Əliyevləri bir bəla kimi yetişdirən, onları sivil, modern rəhbərlər kimi  cəmiyyətə sırıyan Jonların, jeklərin görəvidir.
Bəs imperialist güclər və cılız tayfa rejimi tərəfindən təklənmiş Azərbaycan xalqı nə etməlidir?
Birinci yol şəfərli, qürurlu və çətin yoldur, mən əksəriyyətin bu yolu seçməsini istərdim: canımızı qurban verib vətənmizi
 qurtarmaq. Sağa sola baxmadan, alverçilik etmədən prinsipial və qorxmaz mübarizə aparmaq. Bu yolun sonunda mütləq və mütləq qələbə var. Tarix sübut edib ki, idealizmin qarşısında para, fiziki güc dizini yerə qoymağa məhkumdur. uzağa getmirəm, Hindistanda Qandi hərakatını düşünün

İkinci yol, birinci ilə paralel davam etdirilə bilər və bunu vacib bilirəm. Bu yol asandır. Biz sərvətlərimizi sönürənləri belə cəzalandıra bilərik: Azərbaycanda nə qədər avara-urava, qoyunotaran, eşşəkminən, xoruzdöyüdürən, burununu silə bilməyən var onları təşfiq və səfərbər edib Qərbə mühacirətə yollamalıyıq. Gülməli gəlir, hə Sizə !? Mən real sayıram: qoy cəmiyyətimiz bu avara-uvara yükündən azad olsun, sərvətlərimizi talayanlar da onların əzabına qatlaşsınlar. Bu avara-uvaraların sayını Qərbdə o qədər artırmaq lazımdır ki, nəhayət onlar özləri səhvlərindən əl götürmək məcburiyyətində qalsınlar. Yəni, Azərbaycanda normal, azad və demokratik hakimiyyət qurulmasında real iş görsünlər, mühacir axınının qarşısının almağın bir və əsas yolunun bundan olduğunu dərk etsinlər.
Ürəyim doludur, amma sizi yormaq istəmirəm, burda dayanaq...