Ana içeriğe atla

Ən təsirli oxucu məktubu

Dünən bir oxucu-şikayətçi eyni smsi iki dəfə mənə göndərməklə başımı xarab etdi. Onsuz da gergin idim.
Mesaj tam olaraq budur.

"Salam Yalançı.
Əgər məqalə çap olunmayacaqdısa bizi sabah çap olunacaq deyə niyə aldadırdın?

Sənin sabahların qurtarmaq bilmir. Bu ay Ramazan aydır. Bu gecə də Qədr gecəsidir. Xatırladım kibu ay yalan danışmaq ən böyük günahdır. Ay yalançı, ay günahkar ayıb olsun sənə!
Sən də pula satıldın"

Mesajın yaranma səbəbi budur: Adamlar Sabirabaddan şikayət yazıb. Bu şikayət bir dəfə qəzetdə işıqlanıb. Yazını bura tıklayıb oxuya bilərsiniz. Hə, ikinci dəfə də yazdılar, dedim verərik gedər. Yazdım da. Amma redaksiya bildirdi ki, qəzetı ardıcıl məhkəməyə verdiklərindən və yazıda da ciddi ittihamlar olduğundan risk var, gərək qarşı tərəfin mövqeyini də alaq. Qarşı tərəfin mövqeyinini neçə gündür almaq mümkün olmadı və bu müddətdə mən vəd verirdim; yazı sabah gedəcək. Axırda da belə acı mesaj aldım.
Görürsüz də vəziyyət necə qəlizdir. Kimə nə subut edim.
Bircə onu yazıram ki, tərtəmizəm, rüşvət hara mən hara. Yoldaşların yazısını isə burdan paylaşıram oxuyun. Qoy, məhkəməyə versələr də məni versinlər, təki "Azadlıq"a nəsə olmasın


Sabirabadda kütləvi intihar gözlənir

Qanusuz işdən çıxarma fəhlələri ölümə əl atmağa vadar edir

 Sabirabad Neft terminalı bazasından işçilərinin işdən çıxarılması gərgin vəziyyət yaranıb. İşdən çıxarılanlar bunun hüquqi əsası olmadığını müəssisə rəhbəri Bayram Bağırovun özbaşınalığı kimi dəyərləndirirlər. Onlar “Azadlıq”a göndərdikləri məktubdan Bağırovun qanunsuz hərəkətlərindən söz açırlar və bildirirlər ki, onların tale ilə bağlı əməli addım atılmasa onların intihardan başqa çarələri qalmır.

İdarə, yoxsa ziyarətgah?

“ Biz bir qrup 27-29 ilin işçiləri bildiririk ki, bu idarədə ixtisar yox, yerdəyişmə gedib. Bu idarədə ixtisar varsa niyə niyə işə yeni işçi  götürülür. Müdirin yeznəsi İslam Quliyev operator kimi işə götürülsə də, həmin şəxs öz işini icra etmir. Qapıdan çıxan maşınlara nəzarət edərək kiçik maşınlardan 3 manat, böyük  maşınlardan 5 manat "haqq" alır. Sanki elə bil ziyarətdə oturub, nəzir yığır. Pulu verməyən sürücülərlə dalaşır. Bəxti gətirən, yarıyan yeznə idərədə qoçuluq edir. Müdir dünənə kimi ortalıqda qalan yeznəyə deyir ki, bizdən qəzetə yazırlar, sürücülərdən pulu elə al ki, heç kim görməsin. Yeznə də salamlaşmaq bəhanəsi ilə sürücülərin əlindən pulu elə sürətlə qapır ki, az qala sürücülərin barmağı yerindən çıxsın. Sürücülər də bundan narazılıq edirlər ki, belə getsə deyəsən sınıqçıya getməli olacağıq”.

“Çoxprofilli” işçı

 Müdür idarədə Vüqar Vəliyevi operator kimi işə gotürsə də o, öz işini icra etmir. İdarədə sürücü ştatı olmadığı halda həmin şəxs Bayram Bağırova sürücülük edir. Müdür Vüqar Vəliyevə də tapşırıb ki, rayonda çox gəzib görsənməsin. Fəhlə paltarını qucağında gəzdirsin. İdarəyə yoxlama gələn kimi fəhlə olsun, yoxlama gedən kimi sürücü.

Gözükölgəlilik

“Bayram Bağırov idarədə keçmiş gözətçi qala-qala Qurban Abbasovu kənardan gözətçi kimi işə götürmüşdür. Görəsən idarə rəhbərinin nə maddi marağı vardir ki, Qurban Abbasov başqa idarədə işçi olduğu halda onu buraya gətirərək işə götürüb.                                                                                                                     Gör idarədə iş nə gunə qalıb ki, Rəşad Mirzəyev gözətçi, Cavid Mayılov yardımçı fəhlə kimi işə götürülsə də onlar da öz işlərini icra etmirlər. Mühasib otağında kompüter qarşısında oturub əyləncələrlə məşğuldurlar. Sürücüləri başlarına toplayaraq kompüterdə lazımsız kadrlara baxaraq otaqda gülüşürlər. Müdürün onlardan gözü kölgəli olduğuna görə onlara heçnə deyə bilmir. Bu idarədə nizam-intizam artıq pozulub”.

Səs salma, müdir yatır

“İdarənin rəhbəri Bayram Bağırov iş vaxtı saat 3-dən sonra daim öz otağında qırmızı rəngli divanında xoruldayaraq məsum körpələr kimi mışıl-mışıl yatır. Müdürün xorultusundan idarəyə yanacaq gətirən teplavozun səsini eşitmək olmur. Əlində sənəd gətirib qol çəkdirmək istəyən işçilər saatlarla qapı arxasında qalaraq, gozləməli olurlar. Katibə onları içəri buraxmır ki, müdürü narahat etmək olmaz. Biz işçilərə maraqlıdır ki, saat 3-dən sonra iş vaxtı niyə müdürə ölüm yuxusu gəlir? Gözlərini aça bilmir”.

Yerdəyişmə alüdəçiliyi

“İdarənin operatoru İsmayılov Güloğlan müəssəyə daxil olan yanacağı müdirin göstərişi ilə keyfiyyətsiz hala salaraq qatib qarişdırır. Bu isə çənlərdə artıqlıq yaradır. Artıq olan yanacağı isə müdirün təzə aldığı yanacaq doldurma məntəqəsinə göndərilərək, satdırır. İdarənin rəhbəri Bayram Bağırov bu yaxınlarda təmirdən çıxmış məntəqəsinə baxaraq fəxr edir. O bu məntəqədə köhnə işçiləri işdən çıxararaq yenisi ilə əvəz edib”.

Qiyabi işçi

“Əvvəllər işsiz kimi ömrünün çox hissəsini çayxanalarda keçirən Bayram Bağırov idarəçiliyi bilmir, savadsızdır. İş təcrubəsi olmadığından hazırda vaxtı ilə Bizim müəssədə çalışmış pensiyaçı Abbasov Atifi hər gun idarəyə dəvət edərək, necə deyərlər qiyabi işçi kimi əmri olmadan işlədir. Bunun müqavilində isə Atifin oğlu Elşən Abbasovu işə götürmüşdür”.

SOS! Intihar var!

 “Biz isə öz uşaqlarımızı axşam olmamış,erkən yatızdırırq ki, bizdən çörək istəməsinlər. Sonra isə ac-susuz yatan balalarımıza baxaraq kövrəlirik. Özümüzü günahkar sayırıq. Sosial ədalətsizlik, dolanışıq dərdi, övladlarımızın minumum tələblərini odəməmək əzabı hər an bizi narahat edir. Sabaha inamımız, ümüdümüz olmadığından bu olkənin vətəndaşı kimi, cıxış yolunu intihar etməkdə görürük. Bunun səbəbi kimdən soruşulmalıdır.  Görəsən Bayram Bağırovun bizə qarşı etdiyi haqsızlıqa nə vaxt son qoyulacaq. Belə getsə heç vaxt. Çunki onun qardaşı Vəfadar Bağırov Prezident Administrasiyasının məsul işçisi kimi arxasında durmub”.

Bu blogdaki popüler yayınlar

Kimin imkanı yoxdu, işıq, qaz pulu verməsin!

Şamaxı sakini ilə İlham Əliyevin arasında olan bu söhbəti neçə ildi axtarırdım. Şükür, tapdım. Bu çox maraqlı və qanunsuz söhbətdi. Oxuyun. Tarix, 26 aprel 2005-ci il " Azərbaycan prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində rayonun mərkəzi bazarına da baş çəkmiş, yerli sakinlərlə görüşüb söhbət etmiş, onların problemləri, qayğıları ilə maraqlanmışdır. Sakin: Cənab Prezident, mən xəstə adamam, 100 manat pensiya alıram. Amma işıq, qaz pulunu ödəyə bilmirəm.
Xahiş edirəm, mənə kömək edin. İlham Əliyev: Sizə qaz verilir? Sakin: Verilir. Allah ömrünüzü həmişə uzun eləsin. Mən ayaqüstə əsirəm, dura bilmirəm. Mənim bu halımda
gəlib başımın üstünü kəsdirirlər ki, 100 min manat pul verməlisən. Sənin dərdin alım, mən o pulu haradan alım?
100 min manat (10 şirvan) pensiya alıram. Onu da işığa, qaza verim, bəs nə ilə dolanım? İlham Əliyev:  Mən dəfələrlə «Azəriqaz»a da, işıqla məşğul olanlara da demişəm ki, kasıb şəraitində yaşayanlardan pul alınmamalıdır. İmkanın olanda verərsən. Sakin: Mə…

Tənzilə Rüstəmxanlının "qəhrəmanlığı" haqda bir kaç kəlimə

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir ... Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.
Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub ; Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün ay müstəqillik !) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.
Tənzilə xanım da, lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətini…

Əli Insanovun məhkəməsindən zəruri qeydlər...

«Qolum quruyaydı İlham Əliyevə «bəli» dediyim yerdə...»

«Təəssüf edirəm ki, Heydər Əliyevə inandım...»

Keçmiş səhiyyə naziri Əli Insanovun dünənki məhkəməsində iştirak etdim. Bu həm də vədə sadiq olmaq idi. Noyabrda Insanov mətbuat vasitəsilə ictimai-siyasi fəallara müraciət etmişdi. Bildirmişdi ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı əsasında keçiriləcək məhkəmə iclaslarında mühüm fikirlər açıqlayacaq. Ona görə də xahiş edirdi ki, müraciət ünvanladığı şəxslər onu diqqətdə saxlasınlar.

***

Həmin vaxt “Azadlıq”da “Əli Insanov barədə bir xatirəm və gözləntim” (18 noyabr 2013, məqaləni internetdə oxu- http://bit.ly/1b7SKVK) adlı məqalə yazdım və bu fikirlərlə bitirdim: “Əli Insanovla bağlı məsələni diqqətdə saxlayacağam. Ümid edirəm ki, 2007-ci ildə məhkəmədə olduğu kimi, göstərdiyi parlaq çıxışlarla yenidən xalqımızın atəşli qəlbinə su səpəcək”.

Sözümü tutdum, Əli Insanov da sağ olsun, ümidimizi doğrultdu. Dünənki məhkəmə performansı, çıxışları, replikaları, sovet ədəbiyyatında …