24.8.12

İlham Əliyev "banka gedir"

Qumarda belə bir anlayış var; "banka getmək" (vabank)
Bu nədir? Ortada çoxlu pul yığılır, oyunçulardan biri ordakı məbləğ qədər gediş edir. Bu çox riskli işdir.  Oyunçunun qabağından başqaları çəkilsə o yerdəki bütün məbləğı aparır. Yox, onun bu riskli addımı qarşısında çəkilən olmadı əlindəki bütün kapitalı batırıb müflis olur.
İndi İlham Əliyevin Əli Kərimliyə qarşı cinayət işi qaldırmağının da adı banka getməkdir. İlham müəllim cavanlıq vərdişlərinə uyaraq siyasətdə də qumar priyomları işlədir.
Əli Kərimliyə qarşı başlanan qondarma cinayət işi Azərbaycanın da taleyini həll edə bilər. Ya İlham Əliyev ölkənin ən cəsarətli, ən şanslı rəqibi qarşıq müxalifəti birdəfəlik siyasi səhnədən siləcək...
Ya da Kərimli faktoru onu birdəfəlik siyasi müflis edəcək. Mən ikinci varianta inanıram

PS. İlham Əliyevin qumarla bağlılığı haqda bilmək istəsən burani tıkla

23.8.12

Dostluq

Mən dostluğa inanmıram, indiki zəmanədə nə dost...
Belə fikirləri tez-tez eşidirəm. Eşidirəm və təəccüblənirəm. Bəs görəsən bu sözləri deyən adamlar özləri layiqincə dost olmağa hazırdılarmı? hazırdılarsa nə əcəb bu geniş səma altında özlərinə həmdərd tapa bilmirlər?
Mən bu yazını Avropa səfərimin yekunu olaraq yazıram. Yazıram ki sizə deyəm ki, mənim çox dəyərli dostlarım var. Onları qazanmaq üçün nə etmişəm?
Fövqəladə bir şeylər etdiyimi düşünmürəm. İnsanlara inanmaq, onlara ağır yük olmamaq lazımdır vəssalam.
Bir neçə sınaq sayılan işlərdən dostlarımın şərəflə çıxdığını görün həyatı gücümü artırıram. Şiddətlə bəyan edirəm ki, nə qədər şablon olsa da xalqımız qədrbiləndir.
Yazın bir yerə: azərbaycanlılar qədrbiləndir. Mən belə tanıdım bu insanları
İnsanlara qarşı dürüst olun, o zaman dostlarınızın çoxluğundan hətta təngə gələcəksiniz

15.8.12

Bu özbaşınalıqdır, yoxsa adi hal?

Azərbaycan insanı dərd sər içindədir? Yoxsa mən hara gedirəm qabağıma onlar  çıxır. İki gün idi çörək yemirdim. badamdarda bir kafede oturub bir sup içdim. Bizə xidmət göstərən xanım elə bir dərdini danışdı ki yediklərin irin qan oldu. Telefona çəkdim onu, baxın siz də düşünün buranı tıkla videonu izlə

13.8.12

Snayperçi

Mən döyüş bölgəsində zabit idim. Müxtəlif əlamətlərinə görə fərqlənən çox əskərim olub. Onlardan biri isə uzun illərdir ki, xatirimdən çıxmırdı.
Bu əskərin qəribə bir fizionomiyası vardı. İri gözləri, qara sifəti və çox qocanamvari hərəkətləri vardı. Əskər Şamaxıdan idi, yanılmıramsa islamçı Nur camiəsinə xidmət edirdi.
Bu sakit əskər ermənilərə qənim kəsilmişdi. Mənim xidmətim başa çatana qədər o təsdiqlənmiş formada 9 erməni öldürmüşdü (cəbhə xəttində olanlar bilir: vurduğun erməni ancaq yuxarı hərbi birləşmə-korpus tərəfindən təsdiqlənəndə vurulmuş sayılır)
Mən ordunu bitirib gəldim. Ara-sıra eşidirdim ki, o əskər hələ də erməni dənləməkdədir.
Şıxəliyev (soyadı beləydi) yadıma hər dəfə düşəndə öz özümə deyirdim. Yəqin o bizim əksərimzi kimi kəndində bir yığın erməni öldürdüyünü danışır və ətrafı onu gopologiya kimi qəbul edir. Bir yol axtarırdım ki onun döyüş rəşadəti barədə necə şəhadət gətirim. Axı əskərin adını da, kəndini də unutmuşdum.
Dünya yaxçı adamlardan xali deyilmiş; dünən köhnə hərbiçi yoldaşlardan birini gördüm, necə oldusa söhbət Şıxaəliyevin üzərinə gəldi. Onunla telefonla tez-tez danışdığını deyəndə sevincim yerə göyə sığmadı.
Şıxəliyevlə danışdım. O indi Sumqayıtda fəhləlik edir. Evlənib, üç uşağı var. Kəndini də dəqiqləşdirdim, Şamaxının Çarhan kəndi.
Mən onun nömrəsini də bura yazıram. 070 916 90 06
Çalışacam
 bu yaxınlarda təmənnasız bu qəhrəmanla görüşüm danışım. Siz də onunla danışın məncə. Qoyun fərəhlənsin. 
Mən Şıxəliyevdən soruşdum: xidmətin boyunca nə qədər erməni vurdum. 30-dan artıq deyir. Bu qədər ermənin 20-i rəsmiyyətə düşüb.
Bu da olsun sizə London olimpiya qəhrəmanlığına bərabər və ondan da üstün bir hadisə. Bəs, bu cür insanlar niyə qiymətləndirilmir, hə?

10.8.12

Ən təsirli oxucu məktubu

Dünən bir oxucu-şikayətçi eyni smsi iki dəfə mənə göndərməklə başımı xarab etdi. Onsuz da gergin idim.
Mesaj tam olaraq budur.

"Salam Yalançı.
Əgər məqalə çap olunmayacaqdısa bizi sabah çap olunacaq deyə niyə aldadırdın?

Sənin sabahların qurtarmaq bilmir. Bu ay Ramazan aydır. Bu gecə də Qədr gecəsidir. Xatırladım kibu ay yalan danışmaq ən böyük günahdır. Ay yalançı, ay günahkar ayıb olsun sənə!
Sən də pula satıldın"

Mesajın yaranma səbəbi budur: Adamlar Sabirabaddan şikayət yazıb. Bu şikayət bir dəfə qəzetdə işıqlanıb. Yazını bura tıklayıb oxuya bilərsiniz. Hə, ikinci dəfə də yazdılar, dedim verərik gedər. Yazdım da. Amma redaksiya bildirdi ki, qəzetı ardıcıl məhkəməyə verdiklərindən və yazıda da ciddi ittihamlar olduğundan risk var, gərək qarşı tərəfin mövqeyini də alaq. Qarşı tərəfin mövqeyinini neçə gündür almaq mümkün olmadı və bu müddətdə mən vəd verirdim; yazı sabah gedəcək. Axırda da belə acı mesaj aldım.
Görürsüz də vəziyyət necə qəlizdir. Kimə nə subut edim.
Bircə onu yazıram ki, tərtəmizəm, rüşvət hara mən hara. Yoldaşların yazısını isə burdan paylaşıram oxuyun. Qoy, məhkəməyə versələr də məni versinlər, təki "Azadlıq"a nəsə olmasın


Sabirabadda kütləvi intihar gözlənir

Qanusuz işdən çıxarma fəhlələri ölümə əl atmağa vadar edir

 Sabirabad Neft terminalı bazasından işçilərinin işdən çıxarılması gərgin vəziyyət yaranıb. İşdən çıxarılanlar bunun hüquqi əsası olmadığını müəssisə rəhbəri Bayram Bağırovun özbaşınalığı kimi dəyərləndirirlər. Onlar “Azadlıq”a göndərdikləri məktubdan Bağırovun qanunsuz hərəkətlərindən söz açırlar və bildirirlər ki, onların tale ilə bağlı əməli addım atılmasa onların intihardan başqa çarələri qalmır.

İdarə, yoxsa ziyarətgah?

“ Biz bir qrup 27-29 ilin işçiləri bildiririk ki, bu idarədə ixtisar yox, yerdəyişmə gedib. Bu idarədə ixtisar varsa niyə niyə işə yeni işçi  götürülür. Müdirin yeznəsi İslam Quliyev operator kimi işə götürülsə də, həmin şəxs öz işini icra etmir. Qapıdan çıxan maşınlara nəzarət edərək kiçik maşınlardan 3 manat, böyük  maşınlardan 5 manat "haqq" alır. Sanki elə bil ziyarətdə oturub, nəzir yığır. Pulu verməyən sürücülərlə dalaşır. Bəxti gətirən, yarıyan yeznə idərədə qoçuluq edir. Müdir dünənə kimi ortalıqda qalan yeznəyə deyir ki, bizdən qəzetə yazırlar, sürücülərdən pulu elə al ki, heç kim görməsin. Yeznə də salamlaşmaq bəhanəsi ilə sürücülərin əlindən pulu elə sürətlə qapır ki, az qala sürücülərin barmağı yerindən çıxsın. Sürücülər də bundan narazılıq edirlər ki, belə getsə deyəsən sınıqçıya getməli olacağıq”.

“Çoxprofilli” işçı

 Müdür idarədə Vüqar Vəliyevi operator kimi işə gotürsə də o, öz işini icra etmir. İdarədə sürücü ştatı olmadığı halda həmin şəxs Bayram Bağırova sürücülük edir. Müdür Vüqar Vəliyevə də tapşırıb ki, rayonda çox gəzib görsənməsin. Fəhlə paltarını qucağında gəzdirsin. İdarəyə yoxlama gələn kimi fəhlə olsun, yoxlama gedən kimi sürücü.

Gözükölgəlilik

“Bayram Bağırov idarədə keçmiş gözətçi qala-qala Qurban Abbasovu kənardan gözətçi kimi işə götürmüşdür. Görəsən idarə rəhbərinin nə maddi marağı vardir ki, Qurban Abbasov başqa idarədə işçi olduğu halda onu buraya gətirərək işə götürüb.                                                                                                                     Gör idarədə iş nə gunə qalıb ki, Rəşad Mirzəyev gözətçi, Cavid Mayılov yardımçı fəhlə kimi işə götürülsə də onlar da öz işlərini icra etmirlər. Mühasib otağında kompüter qarşısında oturub əyləncələrlə məşğuldurlar. Sürücüləri başlarına toplayaraq kompüterdə lazımsız kadrlara baxaraq otaqda gülüşürlər. Müdürün onlardan gözü kölgəli olduğuna görə onlara heçnə deyə bilmir. Bu idarədə nizam-intizam artıq pozulub”.

Səs salma, müdir yatır

“İdarənin rəhbəri Bayram Bağırov iş vaxtı saat 3-dən sonra daim öz otağında qırmızı rəngli divanında xoruldayaraq məsum körpələr kimi mışıl-mışıl yatır. Müdürün xorultusundan idarəyə yanacaq gətirən teplavozun səsini eşitmək olmur. Əlində sənəd gətirib qol çəkdirmək istəyən işçilər saatlarla qapı arxasında qalaraq, gozləməli olurlar. Katibə onları içəri buraxmır ki, müdürü narahat etmək olmaz. Biz işçilərə maraqlıdır ki, saat 3-dən sonra iş vaxtı niyə müdürə ölüm yuxusu gəlir? Gözlərini aça bilmir”.

Yerdəyişmə alüdəçiliyi

“İdarənin operatoru İsmayılov Güloğlan müəssəyə daxil olan yanacağı müdirin göstərişi ilə keyfiyyətsiz hala salaraq qatib qarişdırır. Bu isə çənlərdə artıqlıq yaradır. Artıq olan yanacağı isə müdirün təzə aldığı yanacaq doldurma məntəqəsinə göndərilərək, satdırır. İdarənin rəhbəri Bayram Bağırov bu yaxınlarda təmirdən çıxmış məntəqəsinə baxaraq fəxr edir. O bu məntəqədə köhnə işçiləri işdən çıxararaq yenisi ilə əvəz edib”.

Qiyabi işçi

“Əvvəllər işsiz kimi ömrünün çox hissəsini çayxanalarda keçirən Bayram Bağırov idarəçiliyi bilmir, savadsızdır. İş təcrubəsi olmadığından hazırda vaxtı ilə Bizim müəssədə çalışmış pensiyaçı Abbasov Atifi hər gun idarəyə dəvət edərək, necə deyərlər qiyabi işçi kimi əmri olmadan işlədir. Bunun müqavilində isə Atifin oğlu Elşən Abbasovu işə götürmüşdür”.

SOS! Intihar var!

 “Biz isə öz uşaqlarımızı axşam olmamış,erkən yatızdırırq ki, bizdən çörək istəməsinlər. Sonra isə ac-susuz yatan balalarımıza baxaraq kövrəlirik. Özümüzü günahkar sayırıq. Sosial ədalətsizlik, dolanışıq dərdi, övladlarımızın minumum tələblərini odəməmək əzabı hər an bizi narahat edir. Sabaha inamımız, ümüdümüz olmadığından bu olkənin vətəndaşı kimi, cıxış yolunu intihar etməkdə görürük. Bunun səbəbi kimdən soruşulmalıdır.  Görəsən Bayram Bağırovun bizə qarşı etdiyi haqsızlıqa nə vaxt son qoyulacaq. Belə getsə heç vaxt. Çunki onun qardaşı Vəfadar Bağırov Prezident Administrasiyasının məsul işçisi kimi arxasında durmub”.

9.8.12

Qızıl

Şəkidə bir cəbhəçi seçki təbliğatı aparır.
Yaşlı bir kişi ona deyir: Bəy, bəsdir də bizi tövladınız. O vaxt da dediniz ki müstəqil olsaq yolların üstündə 4 sm qızılla örtüləcək.
Cəbhəçi: qardaş, yalan deməmişik ki. Qızıl var. ancaq namərdlər onu topa-topa yığdılar, yollara yaymadılar)

Bu qadın...

Bu qadını keçən ay Cəlilabad şəhərində gördüm. Cəlilabad milli demokratik qüvvələrinin avanqardı Təzəxan Mirələmli onla məni tanış etdi. Düzü artıq adını da unutmuşam.
Milliyətcə rusdur. O, təmtəkdir. Atası vəfat edib. Anası, bacı-qardaşı 4-5 il əvvəl köçüb gediblər. Gedərkən evi də satdıqlarından bu xanım küçələrdə qalıb. İndi ona Cəlilabad xəstəxanasıdna bir künc veriblər, orda gecələyir.
Bu qadın qəzet köşkündə işləyir. Deyilənlərə görə heç bu işinə görə maaş da almır, sadəcə başı qatışsın deyə işini könüllü görür.
Vəziyyəti təbii ki yaxşı deyil. Maaş yox, təqayüd çox az, yaşamağa ev də yox. Ancaq, siz bu qadında həyat eşqini bir görəydiniz...
Bizim insanlara xas zəmanədən giley, dövranın kəcrəftar olması ilə bağlı ah-ufları onun nə danışığında gördüm, nə də davranışında. Ola bilsin bu da rus xalqının sirrlərindən biri..
Mən bu xanımdan israrla bu Cəlilabadda niyə ilişib qaldığını soruşdum. Niyə Rusiyaya getmədiyini xəbər aldım. Hətta Rusiya dövlətinin keçmiş SSRİ vətəndaşları üçün əlverişli vətəndaşlıq təklifi barədə proqramı internetdə tapıb  ona oxutdum (telefonla). Dedim bütün gücümü səfərbər etməyə hazıram, kömək edim köç get bu yerlərdən. Bu xanımdan isə “yox”, “yox” eşitdim.
Mən zarafatla soruşdum ki, bəlkə səni bura bağlayan bir eşq məsələsi var, sevgilin-filan yoxdur buralarda. Güldü və mənə hələ də qəribə gələn cavabı verdi: “Bura mənim üçün vətəndir. Buranı atıb gedə bilmərəm. Burda hamı məni tanıyır. Hə, mənə yaşamaq üçün bir ev versələr yaxşı olardı. Ancaq verməsələr də buranı qoyub heç yerə gedə bilmərəm. Mən hər bayramda atanım qəbrini ziyarətə gedirəm. Onu burda tək qoyub necə gedim axı. Yox, yox, bura mənə doğmadır”.
Əminəm ki, bu xanım riyakarlıq etmirdi. Doğrudan da onu Cəlilabadın qaramat güzaranına bağlayıb saxlayan qüvvə vətən sevgisi deyilən şey və atasının ruhuna duyduğu etiram idi.
Yanılmıram ki?


8.8.12

Bu adam özünü öldürür, qoymayaq

Keçən həftə Şəkidə "Azərbaycan saatı " üçün çəkiliş edirdim.
Rəmzi adlı bir vətəndaş qulaq asılası mümkün olmayan dərdlərini bizlə bölüşdü. Onun çıxışının az bir hissəsi burda.
Rəmzinin 2 azyaşlı uşağı var. Dəfələrlə müraciət etsə də yerli hakimiyyət ona sosial yardım göstərmir, rüşvət umur.
Bu gün səhər Rəmzi mənə zəng etdi (onun nömrəsi  055 652 07 66). O, həyacanla bildirdi ki artıq dözə bilmir, bu gün balaları ilə birgə intihara qərar verib. Onu sakitləşdirmək istədim. Dedim bir gün də döz, sabah Azadlıq qəzetində də sənin haqqında yazacam, bəlkə vicdanları oyandı.
Razılaşmadı.
Əlimizdən nə gəlir?
Kimin Şəki icra hakimiyyəti ilə əlaqəsi varsa b u adam haqda ora həyacanı yetirsin.
Kimin bu adama əl tutmaq imkanı varsa onu da əsirgəməsin.
Kimin əlindən təskinlik vermək gəlirsə, onu da etsin.
Adamı qoruyaq!