26.7.12

Kimdir meşşan


Meşşan bir dostum "meşşanlıq nədir" soruşdu.

Mən Asif Atanın sözləri ilə ona cavab verdim.

"Meşşanlıq harada peyda olursa, orada nasiranəlik, bəsitlik, qanadsızlıq hökm sürür.

Əgər Meşşan işçidirsə, onu işin Gözəlliyi yox, Qazançı maraqlandırır.

Əgər Meşşan elm adamıdırsa, onu İdrakın verdiyi Səadət yox, İmtiyazlar cəlb edir.

Əgər Meşşan musiqiçidirsə, onu ifa etdiyi sənətin Mahiyyəti yox, tamaşaçıların alqışı düşündürür.

Əgər Meşşan vəzifə sahibidirsə, onu Xalqın mənafeyi yox, mənsəb pillələri cəlb edir. Meşşan Həyat tərzini görəndə elə bilirsən ki, müqəddəs kitablar yazılmayıb, Qəhrəmanlar ömürlərini İdeallarına qurban verməyiblər, dahi sənətkarlar Ülvi Duyğuları vəsf etməyiblər.

Meşşan üçün Dünya – böyük masadır. Meşşan həmişə özünü böyük masa arxasında hiss edir.

Meşşan üçün yaşamaq – yemək, geymək, var-dövlət yığmaq, gün görməkdir.Vətən haqqında düşünmək, Bəşərin dərdinə qalmaq, Ali Duyğularla yaşamaq – meşşan Həyat tərzinə yaddır.
Meşşan yaşamır, dolanır".