23.5.12

Əli Kərimli İranı yox, əxlaqı müdafiə edib

Xəbəriniz varmı hökümətyanlılar Əli Xamneyini necə təhqir ediblər? Onun kollajını düzəldib, bu 78 yaşlı kişini qoluboy çıxarıblar.
İctimai Palatanın bu günkü mətbuat konfransına AXCP sədri Əli Kərimli məhz o təhqirləri pisləyib. Konfransı diqqətlə dinləyən insan kimi duydum ki İran konusunda Əli Kərimli bir neçə məsələyə diqqəti cəlb etmək istədi.

Bir: İqtidardakılar çox mənəviyyatsızdır. Rəqabət və ya düşmənçilik etdikləri adamlara qarşı vicdan əzabı çəkmədən hər cür böhtan və şər deyə bilirlər.
İki: Demokratik düşərgənin də İranla bir çox məsələlərdə fikir ayrılığı var. Xüsusilə cənubda yaşayan soydaşlarımızın taleyilə bağlı, amma demokratlar mədəni insanlar olduğu üçün narazı qaldığı adamların da belə əxlaqsız şəkildə söyülməsinə qarşıdır

Üç: Demokatiuk düşərgə milli-mənəvi dəyərləri saqqız kimi çeynəmir, sui-istifadə etmir, bu dəyərlərə sadəcə hörmət edir, fərqli əxlaqı təmsil edir.

Dörd: AXCP və İP Azərbaycanın dövlət maraqlarını hər cür ambisiyadan üstün tutur, Avropaya inteqrasiya öz yerində, qonşularla konfliktsiz yaşamaq da milli maraqlarımıza uyğundur.

Beş: Xalqımızın azı 20%-i inanclı insanlardır. Onlar da bizim vətəndaşımızdır. Onların inanc və simpatiyalarına da hörmətlə yanaşılmalıdır. Bu məsajlar xalqa çatdırılmalıdır.

İstənilən fikri konteksdən çıxarıb aləmi qarışdırmaq olar, Əli Kərimlinin də. Kimlər Əli Kərimli İranı müdafiə etdi əndişəsindədir onlara kontekssiz onun İran barədə fikirini təqdim edirəm: (video variant burda 
http://www.youtube.com/watch?v=w_0kBCey11w)
“Bu gərginlik hamımızı narahat edir. İran xarici işlər naziri cənab Salehi belə- ölkəsinin böyük bir hissəsinin, 40 faizdən çoxunun azərbaycanlılardan ibarət olduğunu etiraf edib. Bu soydaşlarımızın problemləri ilə bağlı dövlətlər arasında müəyyən fikir ayrılığı yarana yarana bilər və bu təbiidir. Eyni zamanda Xəzərin dibinin bölünməsi ilə bağlı müəyyən problemlər var. Biz İctimai Palata olaraq Azərbaycanın gələcəyini Avropa ilə bağlı görürük amma qonşularımızla da normal münasibətlərə tərəfdarıq. Son vaxtlar çox təəssüf ki münasibətlərin süni şəkildə gərginləşdirmə cəhdləri var, biz bunu pisləyirik. Hesab edirik, münasibətlərin gərginləşməsi heç kimin xeyrinə deyil. Xüsusi ilə Azərbaycan hakimiyyətinə yaxın bir qrup şəxsin İranda xeyli sayda insanın özünə dini lider hesab etdiyi şəxsi yaraşmayan formada təhqir etməsinin  səhv olduğu etiraf olunmalı və bu kompaniya dayandırılmalıdır.
... Milli maraqları nəzərə almadan, şəxsi ambisiyalara görə iki dövlət arasında münasibətləri gərginləşdirmək, konflikt yaratmaq olmaz”.