25.5.12

Onu 33 ildir axtarırdım

İnsan həyatı boyunca nəsə axtarır. Bəzi şeyləri niyə axtardığını heç özü də bilmir. Məndə belədir, sizi bilmirəm.
Mən bu yaxınlarda axtardıqlarımdan birini tapmışam. O, musiqidir. Elə bir musiqidir ki, elə bilirəm anadan olma səbəbim məhz buna qulaq asmağa görədir. Deyrəm adamın vəsiyyətinə hörmət edən ola dəfnində bu musiqinin səslənməsini istəyəsən.
Uzunçuluq etməyək, tapdığım musiq Şah İsmayıl operasındadır. Operanın  bu hissəni siz də dinləyin. Bilmək olmaz bəlkə sizi də təsirləndirdi.

24.5.12

Polissən? Bir şıllaq at tanıyım


Mülki geyimli Azərbaycan polisi dinc xanım aksiyaçıya qarşı

Türkiyənin bir daxili işlər naziri var- Nədim Şahin. Bildiyim qədər qaba və savadsızın biridir.Bu günlərdə Türk qəzetlərində ona aid bir karikatur gördüm. 
N.Şahin başı üstə bir kəndlinin qarşısında dayanıb.
Kəndili ondan soruşur: Kimsən?
N.Şahin: Mən polis naziriyəm
Kəndili: Aha, o zaman bir şıllaq at sənə inanım, səni tanıyım.
Çox qiymətli tapıntıdır. 
Mən hər dəfə dinc aksiyaçılarımıza polislərin zorakılığı görəndən sonra öz-özümə deyirəm: Yəqin bunlar da ictimaiyyətə özlərini təqdim edəndə şıllaq atıb özlərini təsdiq edirlər. Təpik yox, məhz şıllaq

23.5.12

Əli Kərimli İranı yox, əxlaqı müdafiə edib

Xəbəriniz varmı hökümətyanlılar Əli Xamneyini necə təhqir ediblər? Onun kollajını düzəldib, bu 78 yaşlı kişini qoluboy çıxarıblar.
İctimai Palatanın bu günkü mətbuat konfransına AXCP sədri Əli Kərimli məhz o təhqirləri pisləyib. Konfransı diqqətlə dinləyən insan kimi duydum ki İran konusunda Əli Kərimli bir neçə məsələyə diqqəti cəlb etmək istədi.

Bir: İqtidardakılar çox mənəviyyatsızdır. Rəqabət və ya düşmənçilik etdikləri adamlara qarşı vicdan əzabı çəkmədən hər cür böhtan və şər deyə bilirlər.
İki: Demokratik düşərgənin də İranla bir çox məsələlərdə fikir ayrılığı var. Xüsusilə cənubda yaşayan soydaşlarımızın taleyilə bağlı, amma demokratlar mədəni insanlar olduğu üçün narazı qaldığı adamların da belə əxlaqsız şəkildə söyülməsinə qarşıdır

Üç: Demokatiuk düşərgə milli-mənəvi dəyərləri saqqız kimi çeynəmir, sui-istifadə etmir, bu dəyərlərə sadəcə hörmət edir, fərqli əxlaqı təmsil edir.

Dörd: AXCP və İP Azərbaycanın dövlət maraqlarını hər cür ambisiyadan üstün tutur, Avropaya inteqrasiya öz yerində, qonşularla konfliktsiz yaşamaq da milli maraqlarımıza uyğundur.

Beş: Xalqımızın azı 20%-i inanclı insanlardır. Onlar da bizim vətəndaşımızdır. Onların inanc və simpatiyalarına da hörmətlə yanaşılmalıdır. Bu məsajlar xalqa çatdırılmalıdır.

İstənilən fikri konteksdən çıxarıb aləmi qarışdırmaq olar, Əli Kərimlinin də. Kimlər Əli Kərimli İranı müdafiə etdi əndişəsindədir onlara kontekssiz onun İran barədə fikirini təqdim edirəm: (video variant burda 
http://www.youtube.com/watch?v=w_0kBCey11w)
“Bu gərginlik hamımızı narahat edir. İran xarici işlər naziri cənab Salehi belə- ölkəsinin böyük bir hissəsinin, 40 faizdən çoxunun azərbaycanlılardan ibarət olduğunu etiraf edib. Bu soydaşlarımızın problemləri ilə bağlı dövlətlər arasında müəyyən fikir ayrılığı yarana yarana bilər və bu təbiidir. Eyni zamanda Xəzərin dibinin bölünməsi ilə bağlı müəyyən problemlər var. Biz İctimai Palata olaraq Azərbaycanın gələcəyini Avropa ilə bağlı görürük amma qonşularımızla da normal münasibətlərə tərəfdarıq. Son vaxtlar çox təəssüf ki münasibətlərin süni şəkildə gərginləşdirmə cəhdləri var, biz bunu pisləyirik. Hesab edirik, münasibətlərin gərginləşməsi heç kimin xeyrinə deyil. Xüsusi ilə Azərbaycan hakimiyyətinə yaxın bir qrup şəxsin İranda xeyli sayda insanın özünə dini lider hesab etdiyi şəxsi yaraşmayan formada təhqir etməsinin  səhv olduğu etiraf olunmalı və bu kompaniya dayandırılmalıdır.
... Milli maraqları nəzərə almadan, şəxsi ambisiyalara görə iki dövlət arasında münasibətləri gərginləşdirmək, konflikt yaratmaq olmaz”.



19.5.12

Ruslanın ruhunun məhv edilməsi



Giderek kanımız zehir dolmuş, 
Yoldan çıkan kurda yem olmuş, 
Dost dediğin kalbini soymuş, 
Halimiz duman amaaan 
Halimiz duman amaaan


Ruslan Bəşirli və mən (həbsdən sonra)
Ruslan da bura qədər gələ bildi. O da bizim sülalə ilə apardığımız döyüşdə verdiyimiz itkilərdən biridir.
Döyüşən orduda şəhid olan da, xəyanət edən də, əsir düşən də, şikəst olan da olur. 
Ordunun uğur indeksi verilən itkilərin az və ya çox olması ilə deyil, döyüş MÖVQEYİNİ qoruyb saxlamaq, itkilərin yerini tez doldurub-yenidən komplektləşmək bacarığı və sonda əldə olunan nəticə ilə müəyyənləşir. Son döyüş hələ olmadığı üçün nəticə tam rəsmiləşməyib(amma bilinir). 
Bizim"ordunun" qalan 2 faktor, yəni döyüş mövqeyini qoruyub saxlamaq və yenidən komplektləşmək bacarığına söz ola bilməz. Arxa cəbhədəki "zəhmətkeşlərin" isə döyüşən ordunun verdiyi itkilərə dodaq büzməyə heç bir haqqı yoxdur! 
Başınızı dik tutun, Ruslanın açıqlamasını özünüzə dərd etməyin, zatən belə də olacağı gözlənilirdi. 
16 illik dostuma sadəcə acımaq lazımdır. Rejim bizi yox, onu məhv etdi, heyf o gəncə. Rejimə qarşı irəli sürdüyümüz ittihamnamənin 1 bəndi də "Ruslanın ruhunun məhv edilməsi"-nə görə məsuliyyət olacaq.

1.5.12

Heydər Əliyev və mistika

Başlıqla bağlı 3 faktı sadalayacam

Bir: 1998-ci il, keçmiş baş nazir Sürət Hüseynovun məhkəməsi. Sürət and içərək dedi: "Bir gün Heydər Əliyevin otağına girdim, gördüm kefsizdi. Soruşdum, ağsaqqal nə məsələdir. Dedi ki, mənim bir falçım var, qadındır, o deyib ki, sən mənim başımı əkəcəksən. Mən güldüm dedim, belə şeyə inanmaq olar? O gündən başlayaraq Heydər Əliyev mənlə duruşdu"

İki: 1999-cu il. Heydər Əliyev haqqında ilk dəfə onun xəstəxanaya düşməsi barədə xəbər yayıldı. Onun öldüyü belə söylənildi. O geri döndü və mediaya dediyi ilk fikirlərdən biri bu oldu: " Kimin ölməsi haqda xəbər çıxır onun ömürü uzanır"

Üç: 2003 aprel. Heydər Əliyev kursantlar qarşısında çıxış edərkən ürəyi tutur və onun ilk reaksiyası: Mənə göz dəydi