18.4.12

Topaz, qumar

"problem onda deyil ki, İlham Əliyev qumar oynayır, problem onun heç vaxt udmamasındadır"
(c) 98-ci ilin atalar sözü
yazının əvvəli burda
Beləliklə, 1998-ci ilin soyuq qışında Heydər Əliyev oğlunun qumarda əli gətirməməsindən qəzəblənərək kazinoları qadağan etdi.
O zaman, elə indi də buna çox sevinir.
Mənsə məyusam.
Kazino qumarxana deyilmi? Kazino zənginlərin əyləncə yeridir.
Mən kazinoların indiki dövrdə fəaliyyətinə tərəfdaram.
Burdan biz iki fayda götürə bilərik.
Bir: Onları vergiyə cəlb etməklə büdcənin gəlirlərini artırmaq.
İki: Daha vacibdir. Bəlli olduğu kimi qumarxanalar daim güclü konfilikt, dava, ölüm, intihar mənbəyidir. Bu baxımdan, Azərbaycan xalqının sərvətini zəli kimi sovuranların azalması, gücdən düşməsi üçün kazinolar bizə çox fayda verə bilərdi. Bir də gördün hansısa nazirin əli orda gətirmədi getdi özünü asdı. Əlbəttəki bu hadisə millətin ovqatına müsbət təsir edərdi.
Varlılar üçün qumar qadağan olunub, ancaq topaz-mopaz səviyyəsində sadə əhali qumara qurşadılıb. Mən hər gün topaz faciəsində beli qırılan onlarla soydaşımızı görürəm. Onlara heyf olsun.