24.4.12

Saat sənin nəyinə lazımdır, a zalım?

Ölkə bir-birinə dəyib. Bloqqer Vəfa bacı "İlham Əliyevin 800 min dollarlıq saat taxır" yazdı, "Azadlıq" qəzeti onu yayıb.
İndi İlham müəllim "Azadlıq"a 3 gün vaxt verib. O deyir ki, 3 günə bu xəbəri təkzib edin, əks halda yeni porno video kaset efirə gedəcək, yaxud da növcavan müxbirlərin cibindən nəşə, güllə çıxacaq.
Vəziyyət belədir. Mən sülhə inanıram, optimistəm, iannıram ki qan tökülməyəcək.

Ancaq məni düşündürəm başqa şeydir.
Bahalı və ya ucuz...saat axı İlham Əliyevin nəyinə lazımdır?
O ki bu ölkədə zamanı dondurub. Bu gün gördüyümüz şeylər 40 il əvvəlkilər deyilmi?
Əliyevin kəraməti ucbatından zaman bu ölkənin sərhədlərindən içəri irə bilmir
Saat öz ömürünü bu ölkədə başa vurub.
Saat bizim ölkədə rudimentdir.
Onu qolunda daşımaq belində tabut daşımaq kimidir.

vaxtı ilə Xaqani Hass"ın yazdığı bir şeiri bu mövzunu oxuduğunuz üçün sizə hədiyyə edirəm


Hər şey dünənki kimidir
Dünən də srağagünkü kimiydi,
Srağagün də əvvəlki günkü kimi - Sabitlik!
Bu gün cəbhə bölgəsində
Vəziyyət sabit ağır olaraq qalır
Dünən də beləydi, srağa gün də
Ondan əvvəlki gün də - Sabitlik!
Bu gündə dünənin üfunəti var
Qonşuda Ismayıl kişi
On dörd ildir, ölmür - Sabitlik!
Bu gün külək əsir,
Dünən də əsirdi, srağagün də
Bakı qədimdən bəri küləklər şəhəridir
Neçə əsrdi ki, əsir - Sabitlik!
Ölkənin prezidenti Əliyevdir
Dünən də Əliyev idi, srağa gün də
Ondan əvvəlki gün də - Sabitlik!
Sabahımız dünəndən gəlib
Cırın bütün təqvimləri!