20.4.12

Özü yaxşıdır ətrafı pis söhbəti

atomun sadə quruluşu-mərkəzdə nüvə, ətrafda elektronlar
Qızıl (Au) ən qiymətli metal sayılır. O elektirik keçiriciliyinə görə də bütün metalları önləyir. İcazənizlə bir balaca kimyaya (fizka da ola bilər) dalım və fikirimi bu elm vasitəsi ilə uzlaşdırım.
Bizdə tez-tez işlənən belə bir fikir var, ən çox İlham Əliyev barədə deyilir: özü yaxşıdır ətrafı pis.

Siz sadə formada atomun quruluşuna bələdsinizsə söhbət mürəkkəb olmayacaq. Atom bir kompleksdir, nüvə və onun ətrafı (yəni elektronlar).
 Düşünün ki siz bir nüvə, elektornlar isə ətrafınızdır. Elektron atomun təbiətinə təsir göstərən ən ciddi faktorlardandır.
Məsələn, qızılın 79 elektronu var, o bir elektron itirsə qara qəpik qədər dəyərsiz bir şeyə çeviriləcək. Eləcə də 56 elektronlu dəmir atomu. Cəmi bir elektorunu almaq və ya vermək atomun mahiyyətini tamami ilə dəyişir. Lap sadə desək, cəmi bir elektorun metalı, metallıqdan çıxarır. Ondan nə əvvəlki bərklik qalır, nə elektrik keçiriciliyi, nə də manqitə cəlb olunma.

Bu baxımından, elimin şahidliyinə söykənərək iddia edirəm; özün necəsənsə ətrafın da o cürdür.
Hər kəsin ətrafı özü mahiyyətinə uyğundur.
Özün yaxşısansa, ətrafın pis olmaz