10.4.12

Komplekslərim

Qəflətən kimsə başıma tapança dirəyib "komplekslərini say" desə, 2-ni dəqiq sayaram.
Onlardan biri bahalı dükanlara girməkdir. Çalışıram ki, belə dükanların ümumiyyətlə qarşısından keçməyim.

İkinci ciddi kompleksim avtomobil sürən qadınlarla bağlıdır. Qadınların avtomobil və başqa elmi texniki nailiyyətlərdən yararlanması mənim həyat amalıma daxil olan məsələlərdəndir. Ancaq nə gizlədim, avtomobili idarə edən qadın görəndə qəribə hisslər keçirirəm.
Məsələni çətinləşdirən məqam ondan ibarətdir ki, mənim avtomobilə heç bir marağım yoxdur. Avtomobil almaq arzusu olmayan tək-tük bəşər ölvadıyam. Anadan olduğum gündən evimizdə maşın olsa da bir dəfə də olsun onun sükanı arxasına keçməyə cəhd etməyən bir tipəm.
Yəqin ki, qadının idarəetdiyi avtomobildə yolçulu etmək mənim üçün qır qazanında piti kimi bişirilməyimə bərabər olar.

Belə yerdə adamın bir psixoloq dostu ola və beynini çözə, deyə ki problemin kökü filandır, besmekandır. hardadır o dost?