17.4.12

Azərbaycanda kazinolar və çılpaq arvadlar

(birinci yazı)
1998-ci ilin qışı idi. Hazırkı padşahmızın İlham  Əliyevin adı qumarda bərk hallanmağa başladı. Əlbəttə ki, bunu da həmişəki kimi xarici qüvvələr, düşmən dəyirmanına su tökən, ermənipərəstlər edirdi.
Bu elə bir vaxt idi ki, Bakıda kazinolar günü- gündən rövnəqlənirdi.
Adətən pis şeylrdən həmişə gec xəbər tutan o zamankı padişahımız (ona nə şikayət edirdin belə deyərdi: mənim bundan xəbərim yox idi, indi siz dediniz mən araşdıraram görüm nə məsələdir) bir müşavirə keçirdi.

Müşavirədə o zamankı xarici işlər naziri Həsən Həsənov vəzifədən çıxarıldı, ona olmazın tənələri edildi. Guya belə çıxdı ki, ölkəmizdə kazinoları inkişaf etdirən bu adam imiş.
Həsən Həsənov
Adətən, hökumdarın bütün müşavirələri səhəri gün qəzetlərdə olduğu kimi çıxsa da həmin günkü istisna oldu. Xırda bir yazı ilə onu yola verdilər. Kaş ki, çap olaydı, oxuyub kef edərdiniz.
Həmin müşavirədən bircə süjet yadımda tam qalıb.
Heydər müəllim üzünü o vaxtkı mer Rəfail Allaheverdiyevə tutub dedi: "Rəfail, mən eşitdim ki, o kazinolarda çılpaq arvadlar oynayır. Ə, bəs sizin qıryətiniz harda qalıb?"

Bitmədi...(ardı olacaq)