22.4.12

Ayrılarmı könül candan-Seymur Baycan, Seymur Baycan!

Yazarın laçın vaxtları-2009
Bu gün dəyərli Seymur Baycanın ad günüdür, ziyalımızı təbrik edirəm!

Ona ülvi arzularına qovuşmağı diləyirəm.
Mən Seymur bəy qədrbilən və qayğıkeş insan kimi tanıyıram.
Bəziləri onun haqqınında qanı xarab, bəziləri başı xarab və başqa xoşagəlməz sözlər desə də bunlar hamısı iftira və yalandır, qarayaxmadır.

Seymur Baycan yüksək daxili mədəniyyəti insandır. Kənardan müşahidələr sizi yanılda bilər-bəzən o çox özündən razı görünür. Bu belə deyil.

Bir nümunə: Onu 2005-ci ilin sonlarından oxumağa başladım. O zaman kənddə qoyun otarırdım. Hər yazıdan sonra Seymur bəyə məktub yazır, təşəkkür edir,nəsə rəyimi bildirirdim. Münasibətlərimizin heç də yüksək olmadığı bir halda onu kəndimizə qonaq dəvət etdim. Bir az keçdi o bizə gəldi.
Bəlkə də bu indi sizin üçün sadə bir şey sayılır. Amma nəzərə alsaq ki Seymur o zaman şöhrətin zirvəsində idi (indi də oralardadır elə), mənsə adi bir kənd oxucusu, yazarın bu cür jestini fövqəladə qiymətləndirməmək olmur. Bu hadisə unudulmaz bir xatirə kimi yaddaşlarımızdadır. Şirtmirəm, bu həm də bir yazarın böyüklüyü, oxucuya sayqısı idi.
Sayğılı bəy, mübarəksən!