Ana içeriğe atla

Kayıtlar

Nisan, 2012 tarihine ait yayınlar gösteriliyor

Bu qızı tanıyın

Sadə şeylər var,  insanların yüzə-yüz xeyrinədir. Ancaq onlara əməl edilmir. Deyək ki, siqaret çəkməmək, yağlı yeməkdən qaçmaq və s.
Daha bir sadə həqiqət var: yəqin, hamı bilir, insanın "MƏN, MƏN, ƏŞİ yenə də MƏN" tipli söhbətləri də ətraf aləm üçün ziyanvericidir. Bu cür adamın üzünə vurmasalar da, dinləyicilər belə söhbətlərdən sonra ürəkbulanması keçirir.
Nədənsə hamı bilsə də ki, öz-özünü tərifləməklə insanların gözündə tərifli adam olmaq mümkünsüzdür, amma yenə də buna gedənlər çoxdur. Sirr nədir, psixoloqlar yazar...
Baron Münhauzenin bir lətifəsi var; guya göydən yıxılır, yerdə quyu yaradaraq dərinliyə gedir. Ordan çıxmaq üçün haa əlləşsədə çarə tapa bilməyən Baron birdən ...beynini işə salır və saçından yapışıb özünü yuxarı dartır və xilas olur. Bircə bu lətifəni diqqətlə oxumaq bəs edir ki, öz-özünü tərifləməyin gülməli olduğunu qəbul edəsən.

Bunları Şölə Səfərəliyeva adlı bir gənc istedadı sizə təqdim etmək üçün yazdım. Onun haqqında ətraflı facebook səhifəsindən,…

Saat sənin nəyinə lazımdır, a zalım?

Ölkə bir-birinə dəyib. Bloqqer Vəfa bacı "İlham Əliyevin 800 min dollarlıq saat taxır" yazdı, "Azadlıq" qəzeti onu yayıb.
İndi İlham müəllim "Azadlıq"a 3 gün vaxt verib. O deyir ki, 3 günə bu xəbəri təkzib edin, əks halda yeni porno video kaset efirə gedəcək, yaxud da növcavan müxbirlərin cibindən nəşə, güllə çıxacaq.
Vəziyyət belədir. Mən sülhə inanıram, optimistəm, iannıram ki qan tökülməyəcək.

Ancaq məni düşündürəm başqa şeydir.
Bahalı və ya ucuz...saat axı İlham Əliyevin nəyinə lazımdır?
O ki bu ölkədə zamanı dondurub. Bu gün gördüyümüz şeylər 40 il əvvəlkilər deyilmi?
Əliyevin kəraməti ucbatından zaman bu ölkənin sərhədlərindən içəri irə bilmir
Saat öz ömürünü bu ölkədə başa vurub.
Saat bizim ölkədə rudimentdir.
Onu qolunda daşımaq belində tabut daşımaq kimidir.

vaxtı ilə Xaqani Hass"ın yazdığı bir şeiri bu mövzunu oxuduğunuz üçün sizə hədiyyə edirəm


Hər şey dünənki kimidir
Dünən də srağagünkü kimiydi,
Srağagün də əvvəlki günkü kimi - Sabitlik!

Ayrılarmı könül candan-Seymur Baycan, Seymur Baycan!

Bu gün dəyərli Seymur Baycanın ad günüdür, ziyalımızı təbrik edirəm!

Ona ülvi arzularına qovuşmağı diləyirəm.
Mən Seymur bəy qədrbilən və qayğıkeş insan kimi tanıyıram.
Bəziləri onun haqqınında qanı xarab, bəziləri başı xarab və başqa xoşagəlməz sözlər desə də bunlar hamısı iftira və yalandır, qarayaxmadır.

Seymur Baycan yüksək daxili mədəniyyəti insandır. Kənardan müşahidələr sizi yanılda bilər-bəzən o çox özündən razı görünür. Bu belə deyil.

Bir nümunə: Onu 2005-ci ilin sonlarından oxumağa başladım. O zaman kənddə qoyun otarırdım. Hər yazıdan sonra Seymur bəyə məktub yazır, təşəkkür edir,nəsə rəyimi bildirirdim. Münasibətlərimizin heç də yüksək olmadığı bir halda onu kəndimizə qonaq dəvət etdim. Bir az keçdi o bizə gəldi.
Bəlkə də bu indi sizin üçün sadə bir şey sayılır. Amma nəzərə alsaq ki Seymur o zaman şöhrətin zirvəsində idi (indi də oralardadır elə), mənsə adi bir kənd oxucusu, yazarın bu cür jestini fövqəladə qiymətləndirməmək olmur. Bu hadisə unudulmaz bir xatirə kimi yadda…

Özü yaxşıdır ətrafı pis söhbəti

Qızıl (Au) ən qiymətli metal sayılır. O elektirik keçiriciliyinə görə də bütün metalları önləyir. İcazənizlə bir balaca kimyaya (fizka da ola bilər) dalım və fikirimi bu elm vasitəsi ilə uzlaşdırım.
Bizdə tez-tez işlənən belə bir fikir var, ən çox İlham Əliyev barədə deyilir: özü yaxşıdır ətrafı pis.

Siz sadə formada atomun quruluşuna bələdsinizsə söhbət mürəkkəb olmayacaq. Atom bir kompleksdir, nüvə və onun ətrafı (yəni elektronlar).
 Düşünün ki siz bir nüvə, elektornlar isə ətrafınızdır. Elektron atomun təbiətinə təsir göstərən ən ciddi faktorlardandır.
Məsələn, qızılın 79 elektronu var, o bir elektron itirsə qara qəpik qədər dəyərsiz bir şeyə çeviriləcək. Eləcə də 56 elektronlu dəmir atomu. Cəmi bir elektorunu almaq və ya vermək atomun mahiyyətini tamami ilə dəyişir. Lap sadə desək, cəmi bir elektorun metalı, metallıqdan çıxarır. Ondan nə əvvəlki bərklik qalır, nə elektrik keçiriciliyi, nə də manqitə cəlb olunma.

Bu baxımından, elimin şahidliyinə söykənərək iddia edirəm; özün necəs…

Gücüm çatmır

İlham Əliyevdən soruşublar.

Əlahəzrət, bu icra başçıların yerini dəyişirsiz, burda nə məna var?

Yaxşı olmaz ki, onlar yeni insanlarla əvəzləyəsiniz?

İlham Əliyev demiş: 9 milyon xalqsınız bir məni  əvəzləyə bilmirsiz, bəs mən tək canıma 85 başçını necə dəyişim ?

Dünyanın maliyyələşdirdiyi adam- Əli Kərimli

Mən Əli Kərimliyə qibtə edirəm.

"Yeni Azərbaycan" qəzetinin yazmasına görə Almaniyada sağlı sollu bütün təşkilatlar, eləcə də İngiltərənin təşkilatları onu maliyyələşdirir.

Keçən il də bu vaxt yazmışdılar ki Əli Kərimlini ekstirmist islamçılardan tutmuş, ən liberal islamçı sektalar onu maliyyələşdirir.

Əli Kərimlinin siyasi bacarığına bax... Bu dünyanın da. o dünyanın adamları da Əli Kərimliyə simpatiya bəsləyir.

Hökumət dairələrinin izahına görə bu pulları Əli Kərimliyə İlham Əliyevin analoqsuz siyasətini sarsıtmaq üçün verirlər.
Bəs, deyirdiniz Əli Kərimlini qohumlarından başqa tanıyan yoxdur. Noooldu?
Sən demə, onu uzaq, qərib ellərdə də tanıyırmışlar. Özü də güclü şəxs kimi. Razılaşın ki, heç kim pulunu zəif adama verib iş tapşırmaz :)

Topaz, qumar

"problem onda deyil ki, İlham Əliyev qumar oynayır, problem onun heç vaxt udmamasındadır" (c) 98-ci ilin atalar sözü yazının əvvəliburdaBeləliklə, 1998-ci ilin soyuq qışında Heydər Əliyev oğlunun qumarda əli gətirməməsindən qəzəblənərək kazinoları qadağan etdi. O zaman, elə indi də buna çox sevinir.
Mənsə məyusam. Kazino qumarxana deyilmi? Kazino zənginlərin əyləncə yeridir. Mən kazinoların indiki dövrdə fəaliyyətinə tərəfdaram.
Burdan biz iki fayda götürə bilərik.
Bir: Onları vergiyə cəlb etməklə büdcənin gəlirlərini artırmaq.
İki: Daha vacibdir. Bəlli olduğu kimi qumarxanalar daim güclü konfilikt, dava, ölüm, intihar mənbəyidir. Bu baxımdan, Azərbaycan xalqının sərvətini zəli kimi sovuranların azalması, gücdən düşməsi üçün kazinolar bizə çox fayda verə bilərdi. Bir də gördün hansısa nazirin əli orda gətirmədi getdi özünü asdı. Əlbəttəki bu hadisə millətin ovqatına müsbət təsir edərdi. Varlılar üçün qumar qadağan olunub, ancaq topaz-mopaz səviyyəsində sadə əhali qumara qurşadılıb.…

Azərbaycanda kazinolar və çılpaq arvadlar

(birinci yazı)
1998-ci ilin qışı idi. Hazırkı padşahmızın İlham  Əliyevin adı qumarda bərk hallanmağa başladı. Əlbəttə ki, bunu da həmişəki kimi xarici qüvvələr, düşmən dəyirmanına su tökən, ermənipərəstlər edirdi.
Bu elə bir vaxt idi ki, Bakıda kazinolar günü- gündən rövnəqlənirdi.
Adətən pis şeylrdən həmişə gec xəbər tutan o zamankı padişahımız (ona nə şikayət edirdin belə deyərdi: mənim bundan xəbərim yox idi, indi siz dediniz mən araşdıraram görüm nə məsələdir) bir müşavirə keçirdi.

Müşavirədə o zamankı xarici işlər naziri Həsən Həsənov vəzifədən çıxarıldı, ona olmazın tənələri edildi. Guya belə çıxdı ki, ölkəmizdə kazinoları inkişaf etdirən bu adam imiş.
Adətən, hökumdarın bütün müşavirələri səhəri gün qəzetlərdə olduğu kimi çıxsa da həmin günkü istisna oldu. Xırda bir yazı ilə onu yola verdilər. Kaş ki, çap olaydı, oxuyub kef edərdiniz.
Həmin müşavirədən bircə süjet yadımda tam qalıb.
Heydər müəllim üzünü o vaxtkı mer Rəfail Allaheverdiyevə tutub dedi: "Rəfail, mən eşitdim …

İlham Əliyevin 3-cü cəhdi

İlham Əliyevə sormuşlar: "qibleyi aləm, niyə bir şəxsin 2 dəfədən çox prezidentlik ola bilməməsi haqqında qadağanı aradan qaldırdınız?"
O: "bizdə məsəl var, deyirlər atalar 3 dəfədən deyib. Mən iki dəfə prezident oldum, amma nə xalq, nə də mən özümü prezident kimi qəbul etmədim. 3-cünü sınayacam, bu alınmalıdır"

"Sen de benim hatalarımdan birisin"

Gənc nəsilin məlumatlanması üçün. Bu foto 1998-ci ildə çəkilib. O zaman bu fotonu ilk olaraq "İmpuls" qəzetində Məmməd Süleymanov dərc edib. Buna görə deyəsən onu işdən də çıxarıblar.
Fotodakı məşhur müğənni Ebru Gündəşdir

Indi görəsən rəsimdəkilərdən hansısa deyirmi, sen de benim hatalarımdan birisin!

Əfv ərizəm

Zati-aliləri, qibleyi aləm!

Ərizəmin mahiyyətinə keçməmişdən əvvəl bir üzrxahlığım olacaq. Güman edirəm ki, onu nəzərə alsanız, əfv olunmağım barədə qərar vermək sizə çətin gəlməyəcək.
Siyasi çeviklik başqa şeydir - bu, məndə yoxdur. Olsa, bu ərizəni mən azı, keçən ilin sentyabrında yazmalıydım. Çünki həmin vaxt mən “WikiLeaks” sənədlərindən öyrənmişdim ki, sizin “təbəələrinizdən əfv ərizəsi ummaq” kimi bir təmənnanız, istəyiniz var. Bəli, çox sağ olsun məhbus yoldaşlar, sizin bu ehtiyacınızı az-çox ödəyirlər. Lakin analoqsuz iqtisadiyyatı, çiçəklənən Azərbaycanı bizlərə əta etmiş bir şəxsiyyətin ancaq məhkumların ümidinə qalması yolverilməzdir. Buna görə də qərara gəldim ki, sizə bir əfv ərizəsi yazım və sözümü eşidəcək bütün soydaşlarımı da bu addımı təkrarlamağa çağırım.

Bir var həbsdə olarkən əfv ərizəsi yazırsan, bir də var azadlıqdaykən. Məncə, azadlıqda yazdığımız ərizənin mötəbərliyi daha güclüdür, zati-alilərinin bu amili layiqincə qiymətləndirəcəyi təmənnasındayam.

Beləlikl…

Komplekslərim

Qəflətən kimsə başıma tapança dirəyib "komplekslərini say" desə, 2-ni dəqiq sayaram.
Onlardan biri bahalı dükanlara girməkdir. Çalışıram ki, belə dükanların ümumiyyətlə qarşısından keçməyim.

İkinci ciddi kompleksim avtomobil sürən qadınlarla bağlıdır. Qadınların avtomobil və başqa elmi texniki nailiyyətlərdən yararlanması mənim həyat amalıma daxil olan məsələlərdəndir. Ancaq nə gizlədim, avtomobili idarə edən qadın görəndə qəribə hisslər keçirirəm.
Məsələni çətinləşdirən məqam ondan ibarətdir ki, mənim avtomobilə heç bir marağım yoxdur. Avtomobil almaq arzusu olmayan tək-tük bəşər ölvadıyam. Anadan olduğum gündən evimizdə maşın olsa da bir dəfə də olsun onun sükanı arxasına keçməyə cəhd etməyən bir tipəm.
Yəqin ki, qadının idarəetdiyi avtomobildə yolçulu etmək mənim üçün qır qazanında piti kimi bişirilməyimə bərabər olar.

Belə yerdə adamın bir psixoloq dostu ola və beynini çözə, deyə ki problemin kökü filandır, besmekandır. hardadır o dost?