25.2.12

Üzeyir Hacıbəyli Leylinin günahını necə yuyub?

(Mövzu ilə bağlı başqa yazılarım burda)
“Leyli və Məcnun” da Leylinin iki yalanına rast gəlirik. Bunların hər ikisini o ay üzlü xanım, düşdüyü ağır psixoloji durumdan qurtulmaqçün istifadə edir. Necə deyərlər, “müqəddəs yalan” danışıb. Lakin, yalan, yalandı-adı üstündə.
 Dərhal yazaq ki, əsərdə dərdli Məcununun para yalana da şahidlik etmirik.

Leylinin birinci yalanı

Onun məktəbdəki məcarasından xəbər tutan anası qızı evin bir küncünə çəkir və abrını ətəyinə bükərək deyir:    

                              
                               Derlər səni eşqə mübtəlasan,
                               Biganələr ilə aşinasən.
                               Oğlan əcəb olmaz olsa aşiq,
                               Aşiqlik işi qıza nə layiq!?
Zənnimcə, anlamağa çətinlik çəkmədiniz? Anası deyir ki, a bala, oğlan aşiq olsa təəccüblü deyil,  qıza heç aşiqlık yaraşarmı?
Anasının tənələri qarşısında Leyli çevik beynini işə salaraq bir fəndgirlik edir ki, fələk də çaş-baş qalır. Məsələn, o özünü bilməzliyə vuraraq anasına deyir ki, ilk dəfədir, aşina, eşq, aşiq sözlərini eşidir, onların mənasını bilmədiyindən anasının sözlərinə məəttəl qalıbdır.
 Leyli aktyorluğunun dozasını qaldıraraq anasından hətta xahiş edir ki, ona müəllimlik edərək səsləndirdiyi yeni anlayışları başa salsın.

Leylinin ikinci yalanı
Bu hadisə Leylinin İbn Salamla zifaf gecəsində baş verir. İnb Səlam muradına çatmaq istəyəndə Leyli ona ikinci yalanını söyləyir. Deyir ki, bəy, məsələ belədir ki, mən məktəbə gedəndən gözümə bir pəri görünür, o həmişə yanımda durub deyir ki insan övladına ərə getmə; işdir getsən səni də onu da öldürəcəyəm. “Budur indi də o sənlə mənim aramda əlində qılınc durub və bizim ikimizi də məhv etməyə hazırdır, gəl bu vəsldən bir müddətə əl çəkib səbr edək bəlkə Allah özü bizə kömək etdi”-deyir Leyli və İnb Səlamı bədbəxti aldadır.
***
Yeri gəlmişkən, bir vacib xatırlatma da edim ki, böyük Üzeyir bəy “Leyli və Məcnun “operasında Leylinin günahlarınan ikincisi “yuyub”. Üzeyir bəy poemaya düzəliş edib, guya Leyli İbn Səlama əsl həqiqəti –Məcnuna sevdalı olduğunu deyir, başa salır ki, İbn qardaş, ruslar demiş üçüncü şəxs həmişə artıqdır.