29.2.12

Kolxoz öldü, yeni "kolxozlar" yarandı


Şəhəri bilmirəm, kənd yerlərində ən avara, əlindən qolundan bir iş gəlməyən gənclərə Sovet zamanı kolxozda "ALTAY" traktorları verirdilər. Bu traktor o avaraları həm zəhmətə öyrədirdi, həm də aqressiv enerjilərini çəkib çıxarırdı.

İndi avtobusları, avtomobilləri eşşək kimi idarə edənləri görəndə o "ALTAY"lar yadıma düşür və heyf sənə SSRİ deyirəm.
Bu məxluqları ancaq sən  "ALTAY" larla adama çevirməyi bacarırdın

28.2.12

Bayraq dəhşəti

Ən uca bayraq altında ən böyük yaramazlıq 
Bu gün bəlkə də həyatımda ən təsirli səhnəni gördüm. "Bayraq meydanı" ətrafında yaşayan 30 il Azərbaycan silahlı qüvvələrinə xidmət edən insanların evlərini başlarına uçurdular.
Onların əllərində evlərinin sökülməməsi-təkrar edirəm. sökülməməsi haqda məhkəmə qərarları vardı. Amma polis və lom o qərarlardan çox güclü çıxdı.
Körpə uşaqların, yaşı qadınların evdə nalələrinə baxmayaraq evlər onların sözün əsl mənasında başlarına uçuruldu.

Göz önündə vandalizm

Onlar lom qarşısında acızdırlər
"pəncərədən lom gəlir!"
"Ağbirçək anaya hörmət"
onu ermənilər evindən necə çıxarardı?
Üç rəngli bayrağınla məsud yaşa, görüm necə yaşayırsan


25.2.12

Üzeyir Hacıbəyli Leylinin günahını necə yuyub?

(Mövzu ilə bağlı başqa yazılarım burda)
“Leyli və Məcnun” da Leylinin iki yalanına rast gəlirik. Bunların hər ikisini o ay üzlü xanım, düşdüyü ağır psixoloji durumdan qurtulmaqçün istifadə edir. Necə deyərlər, “müqəddəs yalan” danışıb. Lakin, yalan, yalandı-adı üstündə.
 Dərhal yazaq ki, əsərdə dərdli Məcununun para yalana da şahidlik etmirik.

Leylinin birinci yalanı

Onun məktəbdəki məcarasından xəbər tutan anası qızı evin bir küncünə çəkir və abrını ətəyinə bükərək deyir:    

                              
                               Derlər səni eşqə mübtəlasan,
                               Biganələr ilə aşinasən.
                               Oğlan əcəb olmaz olsa aşiq,
                               Aşiqlik işi qıza nə layiq!?
Zənnimcə, anlamağa çətinlik çəkmədiniz? Anası deyir ki, a bala, oğlan aşiq olsa təəccüblü deyil,  qıza heç aşiqlık yaraşarmı?
Anasının tənələri qarşısında Leyli çevik beynini işə salaraq bir fəndgirlik edir ki, fələk də çaş-baş qalır. Məsələn, o özünü bilməzliyə vuraraq anasına deyir ki, ilk dəfədir, aşina, eşq, aşiq sözlərini eşidir, onların mənasını bilmədiyindən anasının sözlərinə məəttəl qalıbdır.
 Leyli aktyorluğunun dozasını qaldıraraq anasından hətta xahiş edir ki, ona müəllimlik edərək səsləndirdiyi yeni anlayışları başa salsın.

Leylinin ikinci yalanı
Bu hadisə Leylinin İbn Salamla zifaf gecəsində baş verir. İnb Səlam muradına çatmaq istəyəndə Leyli ona ikinci yalanını söyləyir. Deyir ki, bəy, məsələ belədir ki, mən məktəbə gedəndən gözümə bir pəri görünür, o həmişə yanımda durub deyir ki insan övladına ərə getmə; işdir getsən səni də onu da öldürəcəyəm. “Budur indi də o sənlə mənim aramda əlində qılınc durub və bizim ikimizi də məhv etməyə hazırdır, gəl bu vəsldən bir müddətə əl çəkib səbr edək bəlkə Allah özü bizə kömək etdi”-deyir Leyli və İnb Səlamı bədbəxti aldadır.
***
Yeri gəlmişkən, bir vacib xatırlatma da edim ki, böyük Üzeyir bəy “Leyli və Məcnun “operasında Leylinin günahlarınan ikincisi “yuyub”. Üzeyir bəy poemaya düzəliş edib, guya Leyli İbn Səlama əsl həqiqəti –Məcnuna sevdalı olduğunu deyir, başa salır ki, İbn qardaş, ruslar demiş üçüncü şəxs həmişə artıqdır.

17.2.12

Polis məni şok etdi, sizi də edəcək

Bir saat əvvəl “102” Polis xidmətinə zəng etdim. “102” təcili yardım kimi bir şeydir, amma məni düz 2 dəqiqə xəttə saxladılar. Elə bildim ki, “narmobil”in müştəri xidmətinə zəng etmişəm. Özü də gözlədə gözəldə mənə Qara Qarayevin simfoniyasını dinlədirdilər. Nəhayət telefonu bir xanım qaldırır.
Mən (M): Xanım, allah sizi saxlasın, niyə belə gecikirsiniz. Bəlkə məni terroristlər məhv edirdi, harayımız çatdırmağa bir dəqiqəm var idi?
Polis (P): Vətəndaş, nəzərə alın ki sizin kimi milyonlar bura zəng edir.
M: Nə?! Milyonlar?!
P: Bəli, bəli...
M: Demək, ölkədə kriminal vəziyyət o qədər dəhşətlidir ki, siz hətta onları qeydə almağa çatdıra bilmirsiniz?
P: Bəli.
M: Bunu qəzetimizdə yaza bilərikmi?
P: Yazın
Mənə elə gəlir ki, çox qısa dialoq zamanı biz ölkədəıki real durumu əks etdirən vəziyyət haqqında heç vaxt eşitmədiyimiz etirafı dinlədik.