17.1.12

Unutmaq

Son zamanlar çox unutqan olmuşam.
Demək olar hər gün nəsə itirirəm. Bu halımdan təngə gəlmişəm.

Ən pis nədir? Unutduğum şeyi sonradan yada düşməsi. Bir şeyi tam unutmaq heç də iztirab filan vermir. Amma elə ki o yada düşür, dad-aman onda qopur. Məsələn, bu günlərdə evdə təmir üçün bir açara ehtiyac yarandı. Belə bir keyfiyyətli açarımın olması onda yadıma düşmürdü.
Xeyli axtardım tapmadım, yəqin etdim ki, onu köçhaköçlərin birində itirmişəm. Olsun ki, köçdüyüm evdə unutmuşam.
Ehtiyac yaranmasaydı bu unutqanlığım heç vaxt məni rahatsız etməyəcəkdi.

Elə yaşayaq unutduqlarımıza heç zaman möhtac olmayaq. Və ya unutduqlarımızı keyfiyyətli unudaq, onların refresh olma ehtimalı qalmasın.