14.1.12

Ölüdən qazanc güdən

İlham Əliyevin dünya siyasətçilərindən fərqləndirən bir cəhəti var. Heç bir siyasətçi onun kimi o canı çıxmış adamlardan siyasi xal toplamaq bacarıq və istedadında deyil.
Etik olmadığına görə onun atasının vəfatı ilə bağlı məqamlara toxunmuram. Yadınızda olar, Heydər Əliyevin vəfat etməsindən bütün dünya danışdığı vaxt Bakıda rəsmi təbliğat onun hər gün yeni bir fərman verdiyini vurğulayırdı.
İndi diqqət edin.

İlham Əliyev Qənimət Zahid və onun qardaşı Mirzə sakiti şərlətdirərək həbsə atdırır. Az keçmir bu insanların ataları vəfat edir. İlham Əliyev göstəriş verib onları 56 günlük hüzrə burxır. Məddahlar ordusu əl çalır: Bravo Əliyev, necə də mərhəmətlisən!!

Rəfael Allahverdiyev, keçmiş Bakı meri...Pulunu və canını Əliyevlərin yolunda xərcləmiş insan. 2000-ci illərin əvvəlində nəyə görəsə Əliyevlərin nəzərindən düşdü. Onu düz İsveçə qədər qovdular. Səhv etmirəmsə. 2007-də ona geri dönməyə İlham əliyev göstəriş verdi. Geri dönən isə keçmiş merin nəşi idi, o ölmüşdü. Amma nolsun, məddahlar yenə ölüdən siyasət yapdılar, bravo Əliyev, sədaları hər yeri bürüdü.

Bloqçu Emin Milli həbsə atılır, işin arxasında yenə də İlham Əliyevin iradəsi yatır. Millinin atası o həbsdəykən vəfat edir. Əliyev yenə "mərhəmət" göstərir, onu hüzrdə iştirak üçün 5-6 günlük buraxır. Alqışlar yenə də var, zarafat deyil, hökmdar humanizm göstəribdir.

Bir həftə əvvəl vicdan məhbusu Arif Alışlının atası dünyasın dəyişdi. Qibleyi-aləm sağ olsun, o mərhəmətini yenə kəm etmədi, Arifi 5 günlük evlərinə buraxdıkı oğul yası yol versin.

Baho, tamam unutmuşduq, kemiş preizdent Ayaz Mütəllibovun oğlu faciəvi formada həlak olur. Sizcə İlham müəllimin ürəyi buna dözərdimi? Haşa!! O Mütəllibova Azərbaycana, oğlunun yasına gəlməyə izin verir. Hüzrdəkindən çox göz yaşı əlahəzrətin humanist addımı üçün axıdılır. Bravo, İlham müəllim, siz necə də insansevər imişsiniz, sloqanları mətbuatı, kluarları bürüyür.

Və bu gün şərlənərək həbsə atılan Nemət Pənahlının atası vəfat edib.

İlham Əliyev üçün növbəti dəfə ölüdən xal yığmaq şansı...