29.1.12

MHP-nin Ramiz Mehdiyevə mehr salması

Mehdiyev sahib-əz-zəmanə
Fransaya qarşı dişsız və qətiyyətsiz mövqeyinə görə türkiyədən bol tənə qəbul edən Əliyev hakimiyyəti heç olmaya daxili auditoriya qarşısında özünü təmizə çıxarmaq üçün bir neçə gündür yorulmaz fəaliyyətdədir. Bu fəaliyyətin ana xəttindəki tezis budur: Azərbaycan Fransanın “İnkar “qanununa görə çox iş görüb sadəcə bu işləri görmək lazımdır. Əliyevçi rejimin ən təsirli tədbiri bu tezisi təkcə fəzail ağamalıların dilindən yox, mahiyyətcə fəzailağamalıdan seçilməyən türk siyasət adamının dilindən səsləndirilməsi oldu. Belə bir adamı tapmaq çətin olmadı, o zatən Əliyevlərin xidmətində durmağa həmişə özünü borclu bilən- İqdırlı millət vəkili Sinan Oğan idi.


Sinan Oğan
2011- ci ilin 12 sentyabrında MHP-dən deputat seçilən Sinan Oğanın formalamağında Azərbaycan hakimiyyətinin, xüsusən onun mehdiyevçi cinahının oynadığı misilsiz rol oynayıb. Siyasi olimpdəkilərdən fərqli olaraq, geniş xalq kütlələri bu həqiqətdən hali olmadığından onun açıqlamaları Azərbaycanda ani da olsa bir çaşqınlıq yarana bildi. 

Xüsusən ona görə ki, Sinan Oğanın adı MHP ilə birgə çəkilir və  bu partiya öz məzmunundan kifayət qədər aralansa da hələ də Azərbaycan cəmiyyətində milli-demokratik düşərgəyə yaxın sayılır; azərbaycanlıların bir çoxu hələ də elə düşünür ki, MHP ən azı ADP qədər anti-demokratik və avtoritar Əliyevçi hakimiyyətə qarşı antipatiya duyur. Nə yazıqlar ki belə deyil və sanki Azərbaycan müxalifəti bu barədə danışmağı özünə ar sayır, ancaq həqiqəti pərdələməyin də sonu yoxdur.


Bir gün ortaya çıxıb Kəmaləddin Heydərovun, Ramiz Mehdiyevin kimlərin millətçi adı ilə Böyük Millət Məclisində oturmas üçün əmək və para xərclədiyini açıqlamaq mütləq lazımdır. Bu günlük mövzu ilə başqadır.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan hələ ki, öz xeyrinə Sinan Oğan adlı iqdırlı deputatı danışdırır. Bu adam isə bizim idarəedicilərin mövqeyini təqdir edir, bundan daha artığını yapmaq olmaz deyir. Onun bu fikiri müxtəlif rakusdan iqtidar mediasında tirajlanır. Biz bu yazıda o yazılara yox, Sinan Oğanın sağ əli sayılacaq adamın yazına istinad edib onun qeyri-obyektivliyini saxta millətsevərliyini göstərəcəyik.


Ümit Özdağ
Ümit Özdağ- bu ismə diqqət yetirək, sağ əl dediyimiz adam bu.
Onun kimliyi barədə qısa bilgi: 1961-ci ildən doğulub. 2005-ci ildə MHP Başkanlığına namizəd olub, amma namizədliyi qeydə alınmayıb və elə həmin il də partiyadan xaric olunub. 2010 –cı ildə təkrar MHP-yə yazılıb, 12 sentyabr 2011 tarixindən parlament seçkilərində namizdə olub, seçilməyib. “Yeni Çağ” qəzetindən onun köşələri dərc olunur. Azərbaycan hakimiyyətinə Sinan Oğanın dili ilə dəstək verən yazı da bu qəzetin 25 yanvar sayında dərc olunub. Məqaləsinin adını “Azərbaycan yalanları” qoyan müəllif özü də bilmədən dostu, qardaşı Sinan bəyin yalanlarını elin gözü önünə sərib.
Müəllif yazır ki, Türkiyədə bəzi mərkəzlər hər fürsətdən Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq istəyənlər var. Bu adamlar üçün Fransanın “inkar “qanunu yağllı əppək kimi bir şey olub. Ümit Özdağ ad çəkməsə də “Azadlıq” qəzetinin oxucuları ilə paylaşdıığı “Yeni Şafak”, “Türkiyə” qəzetlərini vurğuladığı fürsətcillər siyahısına salıb və qətiyyətlə deyib ki, vəziyyət heç də onların anlatdığı kimi deyil əslinə Azərbaycan “İnkara” etiraz olaraq böyük işlər görüb. Bu işlər hansılardır o, Sinan Oğandan öyrənib.

Sinan bəy də, gözünə döndüyüm aləmi avam bilərək Azərbaycanın “inkar” əleyhinə atdığı 16 addımı sadalayıb. Onların elə ilk 2-ni gözdən keçirək qalanlarına dostluq qardaşlıq naminə göz yumaq.

1.“Azerbaycan Cumhurbaşkanlığı Fransa’nın bu girişiminin yanlış olduğu ve Azerbaycan-Fransa ilişkilerini olumsuz etkileyeceğini bildiren bir açıklama yapmıştır”. Bəli, Azərbaycan Prezident Administrasiyasının çinovnikləri səviyyəsində “İnkar”a cavab verilib. Lakin, nə Administrasiyasın rəhbəri nə də oranın birnci şəxsi-İlham Əliyev qərar barədə bir cümlə belə işlətməyib.


2. “Azerbaycan Parlamentosu iki gün süren özel bir oturum yapmış ve 125 milletvekilinin tamamının imzasıyla Fransız Senatosu’na bir mektup ile müracaat edilmiştir”. Bu bəndi oxuyanda isə adam deyir, qız evində toydur oğlan evinin xəbəri yoxdur. Görəsən Milli Məclis nə vaxt “inkar” üçün özəl olaraq yığılıb? Həm də bu özəl toplantı iki gün çəkib? Niyə görə bu toplantıdan 9 milyonluq azərbaycanlı yox, amma Sinan bəy xəbər tuta bilib?

Ümit Özdağ Sinan hocasından ilhamlanaraq yazdığı məqaləsini bu sözlərlə bitirir: “Şükür Allaha, Bakını hələ ki, türklər idarə edir”. Bu cümləni MHP-ni idarə etməyə iddialı biri yazır. O MHP-nı ki onun üzvləri bir zaman özlərini Əblüfəz Elçibəyin əsgərləri sayırdılar. 19 ildir Azərbaycanı, Bakını idarəedənlər dəyişməyib və təəccüb doğuran da budur. Bu idarəedənləri bir zaman PKK ilə yandaşlıq etməkdə suçladığına görə Elçibəyi məhkəməyə verənlər də indi ümidli sinanların qibləgahlarıdır.

Və sonda: Sinan Oğanla Ramiz Mehdiyevi qardaşlaşdıran daha bir ortaq cəhət: onların hər ikisi naraıncı inqlablar əleyhinə kitab müəllifləridir.