28.1.12

Leylinin atasından konstruktiv təklif

Mövzu ilə bağlı uyğun yazlar burda
Mən "Leyli və Məcnun"u (Füzuli) bir daha incələdim. Bir daha belə qənaətə gəldim ki, o əsəri qadın hüquqsuzluğu kimi qələmə vermək ədalətsizlikdir. Buna əmin olmaq üçün Məcnunun atasının elçilik səhnəsini təkrar oxuyun.
O, Leylini almaq üçün nə boyda sərvət vəd edir, mən əminən ki indi çox ata bu vədin qarşısında buz kimi əriyərdi. Amma Leylinin atası əsl vətəndaş mövqeyi sərgiləyir. Deyir ki, qızım sənin kənizin, səndən şərəfli adamla qohum olmayacam ki. Ancaq kəniz də həlbət insandır da, onu dəliyə niyə əmanət edək? Get oğlunu müalicə etdir sonra gəl.
Məncə biz bu xüsusa ciddi diqqət verib, Leylinin atasını qadın hüquqlarına hörmət edən şəxs kimi alqışlamalıyıq.