24.1.12

"Facebook"un bir müsbət, bir mənfi cəhəti

 "Facebook" yeni dostlar qazanmağa, itən dostlarımızla əlaqəni bərpa etmək kimi unikal imkanlar verdi.

  "Facebook" imkan yaratdı ki, biz çoxsaylı dostlarımızın nə yediyini, yeni nə geyindiyini, hansı azara düçar olduğunu öyrənək. Bunlar hamısı müsbətdir.

Ancaq dostlara bu sıx əlaqə bizə dəhşətli bir qayğı yaradıb; insanlara lazımı diqqət ayırmaq lazımdır, ancaq gəl bunu çatdır görüm necə bacarırsan.

İnsan diqqəti sevir. Dost istəyir ki, onun yazdığı "bu gün heç halım yoxdur" statusuna sənin heç olmaya bir "niyə" şərhini görsün. Görmür və bu münasibətlərə sərinlik gətitir. Bu səbəbdən möhkəm dostluğun "Facebook"a görə zədələnməsinə şahidəm. Bax bu pisdir.

Ümid edək ki, demokratiya da olduğu kimi "facebook"da da çərə tükənməzdir və bu diqqətsizlik problemi tezliklə öz çarəsini bulacaqdır.