Ana içeriğe atla

Kayıtlar

Ocak, 2012 tarihine ait yayınlar gösteriliyor

MHP-nin Ramiz Mehdiyevə mehr salması

Fransaya qarşı dişsız və qətiyyətsiz mövqeyinə görə türkiyədən bol tənə qəbul edən Əliyev hakimiyyəti heç olmaya daxili auditoriya qarşısında özünü təmizə çıxarmaq üçün bir neçə gündür yorulmaz fəaliyyətdədir. Bu fəaliyyətin ana xəttindəki tezis budur: Azərbaycan Fransanın “İnkar “qanununa görə çox iş görüb sadəcə bu işləri görmək lazımdır. Əliyevçi rejimin ən təsirli tədbiri bu tezisi təkcə fəzail ağamalıların dilindən yox, mahiyyətcə fəzailağamalıdan seçilməyən türk siyasət adamının dilindən səsləndirilməsi oldu. Belə bir adamı tapmaq çətin olmadı, o zatən Əliyevlərin xidmətində durmağa həmişə özünü borclu bilən-İqdırlı millət vəkili Sinan Oğan idi.


2011- ci ilin 12 sentyabrında MHP-dən deputat seçilən Sinan Oğanın formalamağında Azərbaycan hakimiyyətinin, xüsusən onun mehdiyevçi cinahının oynadığı misilsiz rol oynayıb. Siyasi olimpdəkilərdən fərqli olaraq, geniş xalq kütlələri bu həqiqətdən hali olmadığından onun açıqlamaları Azərbaycanda ani da olsa bir çaşqınlıq yarana bildi. 

Xüs…

Leylinin atasından konstruktiv təklif

Mövzu ilə bağlı uyğun yazlar burda
Mən "Leyli və Məcnun"u (Füzuli) bir daha incələdim. Bir daha belə qənaətə gəldim ki, o əsəri qadın hüquqsuzluğu kimi qələmə vermək ədalətsizlikdir. Buna əmin olmaq üçün Məcnunun atasının elçilik səhnəsini təkrar oxuyun.
O, Leylini almaq üçün nə boyda sərvət vəd edir, mən əminən ki indi çox ata bu vədin qarşısında buz kimi əriyərdi. Amma Leylinin atası əsl vətəndaş mövqeyi sərgiləyir. Deyir ki, qızım sənin kənizin, səndən şərəfli adamla qohum olmayacam ki. Ancaq kəniz də həlbət insandır da, onu dəliyə niyə əmanət edək? Get oğlunu müalicə etdir sonra gəl.
Məncə biz bu xüsusa ciddi diqqət verib, Leylinin atasını qadın hüquqlarına hörmət edən şəxs kimi alqışlamalıyıq.

Seymur Baycan haqda yad qadının məktubu

Seymur Baycan sevdiyim yazarlardandır. Nədənsə mənə elə gəlir ki, o, oz əcəli ilə ölməyəcək və bu mənim ölümündən sonra olacaq. Yəni mən onun ölümünü görməyəcəm. Ona gorə də “son borcumu” indidən vermək qərarına gəlib, ona xatirə-mədhiyyə-düşüncələr-elegiya(fason) bir şey yazdım 
*** 2006-cı il idi. “Gündəlik Azərbaycan” qəzetində yazı yazmışdı. O vaxt “səhnəmizin Leylisi” olan bir müğənnini Sumqayıt yolundakı “əxlaqsızlıq yuvası”da saunada DİN-in bir idarə rəisi ilə bir yerdə “tutmuşdular”. Yazı da bu barədə idi. Bir-iki cümlə yadımda qalıb: “Biz şükür edək ki, bu səhnəmizin Leylisidir. Bəs Nigarı, Həcəri olsaydı nə edərdik? İllərlə əlləş-vuruş, bir qəhrəman qadın obrazı yarat, onu da DİN-in idarə rəisi başını aldadıb, aparsın saunaya”. *** İllər öncə bir iş yoldaşından onun necə adam olduğunu soruşduqda belə demişdi: “Deyirlər: “mavi”dir, vecinə almır. Deyirlər: “tərbiyəsizdir”, vecinə almır. Yazı yazır, zəng edib redaksiyaya söyürlər, qorxudurlar vecinə almır. Əhli-kefin biridir”. *** So…

Getdi, bu gözəllik ona da qalmadı

Yan-yana dayanan bu iki foto məni çox təsirləndirdi.
İkisi də eyni adamdır; yəqin ki çoxunuz tanıyır Oskar mükafatına layiq görülən İtaliya aktrisası Sofiya Loren.
Hanı birinci fotodakı əsər-əlamət?

Əminəm, 1-ci fotoda olan çağda Sofiyaya 2-ci fotonu göstərib bu sənin qocalığındır desəydilər, o ya ələ salındığına gülər, ya da işi ciddiyə alıb bayılardı.

Dünya doğrudan da çox hiyləgərdir; adamı elə rahatlıqla eybəcər hala salır ki, nə ruhun inciyir, nə xəbərin olur.

"Facebook"un bir müsbət, bir mənfi cəhəti

 "Facebook" yeni dostlar qazanmağa, itən dostlarımızla əlaqəni bərpa etmək kimi unikal imkanlar verdi.

  "Facebook" imkan yaratdı ki, biz çoxsaylı dostlarımızın nə yediyini, yeni nə geyindiyini, hansı azara düçar olduğunu öyrənək. Bunlar hamısı müsbətdir.

Ancaq dostlara bu sıx əlaqə bizə dəhşətli bir qayğı yaradıb; insanlara lazımı diqqət ayırmaq lazımdır, ancaq gəl bunu çatdır görüm necə bacarırsan.

İnsan diqqəti sevir. Dost istəyir ki, onun yazdığı "bu gün heç halım yoxdur" statusuna sənin heç olmaya bir "niyə" şərhini görsün. Görmür və bu münasibətlərə sərinlik gətitir. Bu səbəbdən möhkəm dostluğun "Facebook"a görə zədələnməsinə şahidəm. Bax bu pisdir.

Ümid edək ki, demokratiya da olduğu kimi "facebook"da da çərə tükənməzdir və bu diqqətsizlik problemi tezliklə öz çarəsini bulacaqdır.

Unutmaq

Son zamanlar çox unutqan olmuşam.
Demək olar hər gün nəsə itirirəm. Bu halımdan təngə gəlmişəm.

Ən pis nədir? Unutduğum şeyi sonradan yada düşməsi. Bir şeyi tam unutmaq heç də iztirab filan vermir. Amma elə ki o yada düşür, dad-aman onda qopur. Məsələn, bu günlərdə evdə təmir üçün bir açara ehtiyac yarandı. Belə bir keyfiyyətli açarımın olması onda yadıma düşmürdü.
Xeyli axtardım tapmadım, yəqin etdim ki, onu köçhaköçlərin birində itirmişəm. Olsun ki, köçdüyüm evdə unutmuşam.
Ehtiyac yaranmasaydı bu unutqanlığım heç vaxt məni rahatsız etməyəcəkdi.

Elə yaşayaq unutduqlarımıza heç zaman möhtac olmayaq. Və ya unutduqlarımızı keyfiyyətli unudaq, onların refresh olma ehtimalı qalmasın.

Ölüdən qazanc güdən

İlham Əliyevin dünya siyasətçilərindən fərqləndirən bir cəhəti var. Heç bir siyasətçi onun kimi o canı çıxmış adamlardan siyasi xal toplamaq bacarıq və istedadında deyil.
Etik olmadığına görə onun atasının vəfatı ilə bağlı məqamlara toxunmuram. Yadınızda olar, Heydər Əliyevin vəfat etməsindən bütün dünya danışdığı vaxt Bakıda rəsmi təbliğat onun hər gün yeni bir fərman verdiyini vurğulayırdı. İndi diqqət edin.
İlham Əliyev Qənimət Zahid və onun qardaşı Mirzə sakiti şərlətdirərək həbsə atdırır. Az keçmir bu insanların ataları vəfat edir. İlham Əliyev göstəriş verib onları 56 günlük hüzrə burxır. Məddahlar ordusu əl çalır: Bravo Əliyev, necə də mərhəmətlisən!!
Rəfael Allahverdiyev, keçmiş Bakı meri...Pulunu və canını Əliyevlərin yolunda xərcləmiş insan. 2000-ci illərin əvvəlində nəyə görəsə Əliyevlərin nəzərindən düşdü. Onu düz İsveçə qədər qovdular. Səhv etmirəmsə. 2007-də ona geri dönməyə İlham əliyev göstəriş verdi. Geri dönən isə keçmiş merin nəşi idi, o ölmüşdü. Amma nolsun, məddahlar …