20.12.12

İqbal Ağazadə və Aynur Camalqızı qovğası

O yazının müəllifi mən deyiləm, müxbir yazısıdır. Amma əgər bu, mənim mövqeyim kimi qəbul edilibsə, cavab verməyə məcburam”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Publika.az” saytının rəhbəri Aynur Camalqızı millət vəkili İqbal Ağazadənin fikirlərə münasibət bildirərkən deyib. O, keçmiş həmkarına belə cavab verib: “Əvvəla, keçmiş həmkarım İqbal Ağazadənin köhnə yazılarımdan sitat verməsi ingilis atalar sözüylə ifadə etsək, “çirkli paltar eşələməkdən” başqa bir şey deyil. Vaxtilə bunu Əvəz Zeynallı ilə FəraməzNovruzoğlu gen-bol ediblər, cibində mandat gəzdirən birinin onlarla bir sırada dayanması xoş mənzərə deyil. İkincisi, mən müxalifətdə necə səmimiydimsə, bu gün də eləcə səmimiyəm, sizin kimi “müxalifətçilik” oynamıram. Yanıldığımı başa düşən kimi, o düşərgəni tərk etmişəm. 
Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, “Lider” TV-də bütün silahdaşlarını satmadınmı? Əgər bir adam ki, öz hərəkətinə “haqq” qazandırmaq üçün “bacımı ora gətirmişdilər, məcburən düşərgəmi satdım” məzmunlu etirafı edirsə, ailəsinin qadın üzvlərinin arxasında gizlənirsə, deyəcək söz qalmır mənə. Üçüncüsü, biz İsa Qəmbərin dediyindən daha radikal bir şey deməmişik. O, İqbal Ağazadəni “agent” adlandırmışdı və Azərbaycanda hər kəs bilir ki, bu yarlıq tamamilə həqiqəti əks etdirirdi. Əgər İsa Qəmbər onun iştirak etdiyi toplantıya qatılmırsa, deyirsə, ordakı bütün söhbətlər hakimiyyətə ötürüləcək, bu “səmimiyyəti” və “sarsılmaz müxalifliyi” münasibətilə cənab Ağazadəni niyə təbrik etməyək? Bilirsiz, insan bəzən başqalarını ittiham etməmişdən öncə dönüb bir öz keçmişinə nəzər salmalıdır. Ki, mənim bunları deməyə haqqım çatırmı? Mən sadəcə, düşərgəni tərk etmişəm, heç kəsi aldatmadan, heç kəsi satmadan. Siz nələr etmisiz və o etdiklərinizdən sonra dil də çıxara bilirsizsə, vay bizim müxalifətimizin gününə. Və nə yaxşı ki, bu gün sizinlə bir sırada deyiləm. Sosial şəbəkələrdə pafoslu bir çıxışla əsl sifətinizi gizlətdiyinizimi zənn edirsiniz? Yoxsa bu ölkədə bilmirlərmi ki, sizə yaradılan bu şərait, komfort həyat tərzi hardan qaynaqlanır, biznesinizə niyə “yaşıl işıq” yanır? Maskalar bir-bir yırtılır, hələ çox maraqlı hadisələrin şahidi olacağıq”. 
Xatırladaq ki, bu gün İqbal Ağazadə bu gün A.Camalqızına “Mənə sual ünvanlamısınız- niyə radikallaşmışam? Əslində necə varam elə də yoluma davam edirəm. Bəs görəsən sizlər niyə loyallaşdınız? Pardon, düşüncə və düşərgənizi dəyişdiniz?!”, – deyə, öz Facebook statusunda “Gündəlik teleqraf” qəzetinin və publika.az saytının baş redaktoru Aynur Camalqızına sərt mesaj ünvanlamışdı. 
İqbal Ağazadə daha sonra Aynur Camalqızının bir neçə il öncə “Yeni Müsavat” qəzetindəki köşə yazısından bir hissəni də yerləşdirib: “Nə yaxşı İ. Əliyevin yox, İ. Qəmbərin tərəfindəyəm, ruhlanmaq, depressiyadan çıxmaq üçün bu kifayət qədər tutarlı səbəbdir… ən yaxşısı odur ki, düz yolu tut və nə sağa, nə sola baxmadan irəlilə, sənə çamur atanlar da, ayağının altına kötük yumalayanlar da olacaq, amma biz axmaq adamlar üçün yaşamırıq ki. Ağıllı adamlara isə yaxşı ilə pisin, ağla qaranın fərqini göstərməyə, izah etməyə ehtiyac yoxdur…. Maraqlı görünə biləcək yalnız budur ki, sizin deputat həmkarınız Rəbiyyət Aslanova iddia edir ki, ABŞ-ın gözü Azərbaycanı götürmür, ona görə də Dövlət Departamenti o cür hesabat yayır…..Mən arzu edirəm ki siz haqlı olduğunu sübut edə bilənlərdən olasınız və inanıram ki buna gücünüz çatar”. 
“Görəsən bu statların müəllifi indi özünü tanıya bilirmi? Siz o zaman necə də səmimiymişsiniz…” Bu sözləri isə İqbal Ağazadə Aynur Camalqızının “köhnə yazısı”na şərh kimi yazıb. 
MM üzvünü bu statusu paylaşmağa vadar edən publika. az saytında onun haqqında gedən “İqbal Ağazadə niyə radikallaşıb” başlıqlı yazıdır. Yazıda İ.Ağazadə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı son videoda səmimi mövqe göstərməməkdə ittiham olunur.

Mənbələr
1.http://www.mia.az/w39429/Aynur_Camalqızı_İqbal_Ağazadəni_təhqir_elədi:_“Qulağının_dibinə_bir_şillə_dəyən_kimi...“/
2. http://qazeta.com/2012/12/20/aynur-camalqizi-iqbal-agazadəni-təhqir-elədi-qulaginin-dibinə-bir-sillə-dəyən-kimi/

3. http://musavat.com/news/son-xeber/millet-vekili-ile-bash-redaktorun-facebook-atishmasi_139881.html

Alimlərin dələduzlaşması, baş kəsən olması barədə



Əvvəlcə bunu oxuyun: Elşad Abdullayevin videolarından hələlik tanıdığımız Elşad Abdullayev özü, Ramiz Mehdiyev, Gülər Əhmədova, Sevinc Babayeva elm adamıdırlar, alimdirlər.
 Sonra bunu oxuyun, böyük insan Əli Şəriətinin qeydlərindəndir
"Cəmiyyətdə, hər hansı hərəkatda alimin işi yol göstərməkdir. Xalq isə hərəkət mənbəyidir. İstənilən bir hərəkatın beyni alimlərin fəaliyyəti ilə hərəkətə gəlir, xalq isə eşqini izhar edir. Cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər"
PS. Gülər Əhmədovun köməkçisi Hacı Əhməd Şahidov da alimdir


18.12.12

Qiyamətin sorağı


21 dekabrda "Qiyamətin qopacağı" barədə xəbərlər Azərbaycanda da yayqındır. "Qiyamət" hazırlığı üçün evinə şam, konserv alanlar az olmayıb.
Lakin son günlər bir səngimə müşahidə olunur, insanlar dekabrın 21-də "fövqəladə hadisə" baş verəcəyinə inanmadıqlarını deyirlər.
Bakı sakinləri arasında keçirdiyimiz sorğuda bir neçə gündən sonra qiyamətin olmamasına qarşı gətirilən əsk dəlillər əsasən dini inanca söykənib.
Müsəlman inanclı azərbaycanlılar deyir ki, qiyamətin və ya dünyanın sonunun olacağını heç kim bilə, deyə bilməz. BBC üçün hazırladığım sujeti bura - Video tıklayaraq izləyə bilərsiniz

14.12.12

Qadınlar üçün

Bu gün vəhşi kapitalizm mərhələsini yaşayan ölkəmizdə hamımız-xüsusən xanımlar böyük əzab əziyyət çəkir. Müxtəlif sosial problemlərlə yanaşı, qlamurşinanın at oynatması onları əzir.
Onlar bir bölük qudrumuş zənginlərin dəbdəbəsinin təqib və təzyiqi altındadırlar.
Dəblə, süni yaradılan ehtiyaclarla-solyari, silokon, botoks, bahalı avtomobil idarə etmək, marka geymlərlər, filanla ayaqlaşa bilməmək onları depresiyaya salır.
"Çağın tələbləri"nə cavab verməmək onları özlərindən bədgüman edir.

Mən bir xanım tanıyıram, onun adını etika naminə yazmıram- o bərbərə bir, görüşə başqa, səfərə bir başqa, rəsmi tədbirlərə ilə tam başqa avtomobili ilə gedir. Bu zəhmətlə qazanılan sərvətin göstəricisi deyil əlbəttə. Amma buna baxan kimdi, əsas odur ki bu və bunun kimilər heyranlıq yarada bilib.
Belə bir şəraitdə bizim xanımlara qaya, dağ kimi bir istinadgah lazımdır. Düşünürəm ki o Doktor Əli Şəriətinin "Fatimə Fatimədir" əsəri xanımların dadına yetə bilər.

Mən məsləhət verməkdən uzaq bir insanam, amma qadın olsaydım hər gün bu əsəri oxuyar və o qlamurşinanı ayaqqabına yapışan palçıq kimi önəmsiz sayıb, fit çala-çala rahat yaşayardım.
Hörmətli xanımlar, çox istərdim ki dərin məzmunlu o əsəri oxuyub yükünüzü azaldasınız. Oxuyasınzı və sonra gəlib burda fikirinizi də yazasınız.
Bəlkə mən yanılıram...

13.12.12

Mən demişdim axı..

İndilərdə Taleh Məmmədov yazıçı Əli Əkbəri tənqid etdiyim facebook statusumu nəzərdə tutaraq mənə təxminən belə yazdı: aha bax, görürsən mən bunu nə qədər öncədən demişdim.
Sizə bir söz deyim, Taleh tək deyil, bizdə çox adamlar var, onlar lap öncədən adamların zay, xəyanətkar olacağını bilirlər.
Mən bunu xüsusi qabiliyyət saymıram; gəlin eksperment edək, hər insanın gələcəkdə zay olması, keyfiyyətsizləşməs
i daha çox ehtimal olunandı. Axı burda qeyri adı nə qəhrəmanlıq var 50 adam haqqında neqativ fikir deyirsən, onun 15-i reallaşanda deyirsən ki, bax mən demişdim də...Falçılar da belə etmirmi, dostlar.
Təxminən Zərdüşt Əlizadə məktəbi də belədir.
Mən öncəgörən, proqnozçu ona deyərəm ki, desin, bax filankəsin gələcəyi parlaqdır, filənkəs filan yerə qədər kişi kimi mərd qalacaq, sınmayacaq, satılmayacaq.
Elə zəmandəyik ki, dükandan aldığın qəndi belə dadmayınca ona şirin demək olmur, handa qala insan ola. İnsana qiymət vermək bu qədər asan olmamalıdır.
Hə, o da insanlıqdır, dürütlük şərtidir ki sən "zay" olana zaydır desən

12.12.12

Milli Məclisdə fantastika


Ötən gün Milli Məclis 2 saat içində 22 məsələni müzakirə edib, səs vermə ilə qəbul edib.
riyazi hesablama aparırır: 1 saatda 60 dəqiqə, 2 saatda 120 dəqiqə var.
Bir məsələnin müzakirəsinə həsr edilən vaxtı tapmaq üçün 120-ni 22-yə bölürük. Cavab: 5 dəqiqə 45 saniyə!
Bərakəllah! Maşallah! Buna deyərəm, analoqsuz inkişaf.

7.12.12

Ramiz Mehdiyev və Kafka

Ramiz Mehdiyev Elşad Abdullayevin onunla bağlı səsləndirdiyi ittihamlara cavabında deyir: "Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən Elşad Abdullayev bu ölkədə populyar bir neçə özəl məktəbdən birinin rektoru olub. Alim olub. YAP-çı olub. İndi düşünün bu cür adam dövlət məmurunun qəbuluna yalvar-yaxarla düşür. Sonra da utanmaz-utanmaz deyirlər ki, Azərbaycan dövləti ilə vətəndaşlar arasında sıx əlaqə var. Ay siz öləsiniz! Ramiz müəllimin dediyindən belə başa düşdüm ki, bizim prezident aparatı əsl Kafka "Qəsri"dir. Ora düşmək hər igidin bacarığı deyil.





Əkrəm Əylisliyə bəslənən nifrətin sirri

Yazıçı Əkrəm Əylisli 2005-2010-cu ildə deputat olub. 
Adaşım Natiq Cavadlı ilə Əkrəm Əylislidən götürdüyümüz müsahibədə o özü etiraf etdi ki, həmin müddətdə az qala küçəyə çıxmağa qorxub. Çünki camaat ona nifrətlə baxırmış.Sitat: Deməli, mən ki, deputat oldum, Ilahi, özümə qarşı bir nifrət gördüm, küçəyə çıxırdım, görürdüm ki, adamlar mənə bir nifrətlə baxır. Deyirdim, Ilahi, mən bu insanlara nə etmişəm?! Mənə də onların sevgisi lazımdır"
Düşünün bir: Əkrəm Əylisi nə zəlmxanyaqublardan deyil, nə fəzailağamalı, heç fazilqəzənfəroğlu kimilərdə də ...Amma bu xalq saxta və yaramaz rejimə azca loyallıq göstərdiyinə görə bu adama hansı münasibəti göstərib: NİFRƏT!
Buna görə gəlin xalqımzıı qınamaq üçün fürsətcil olmayaq. Xalq pisi-yaxşıdan ayıra bilir.
Üstəlik bu etirafdan çıxan nəticə: insanlar Əylisliyə deputatlığı vaxtı susqunluğa görə belə kəskin ictimai niftrət bəsləyibsə, anası ölüsün Əliyevləri yaxasını, boğazını cıra-cıra müdafiə edinlərin...
Onlara nifrətdən üstün bir hiss yaşanır.

30.11.12

Falabaxanlığım

Sizə deyim ki, peygəmbərlik etməmişəm...
Bunu görmək çəkin deyildi.
Təxminən bir il əvvəl istadadlı aktyor İlqar Cahangirin işdən qovulacağını proqnozlaşdırmışdım.
Bu yazımdan sonra ona 10 ay dözə bildilər. İlqarın günahı isə az deyildi. O məbədgahda "baş bütə" qarşı çıxırdı.
Qəzan mübarək igid!

Bu il yanvarında "Azadlıq" qəzetində İlqar haqqında çıxan qeydim


Gənc Tamaşaçılar Teatrının aktyoru Ilqar Cahangirovun “Azadlıq” radiosunda çılpaq həqiqətləri dilə gətirməsi günümüzün ən vacib olaylarındandır. Ilqar bəy əsl ziyalı mövqeyi ilə bizi sevindirdi. O, teatrlarda Ilham Əliyevə pərəstiş kabusunun dolaşdığını, ölkənin mədəni halını gücləndirəcək qurumun daxilən deformasiya etdiyini açıq mətnlə dilə gətirdi. Ilqar bəy 2-3 ildir 3-4 teatrın təmir olunub xalqın gözündə yaradılan “mədəniyyət ocaqlarımız inkişafdadır” görüntüsünün reallıqda “üstü bəzək, altı təzək” olduğunu ifşa etdi. Sağ olsun!

Əlbəttə, yaxın günlər Ilqar müəllimə xoş anlar vəd etmir. Yəqin, onu da “işə səhlənkar münasibətinə görə” qovacaqlar. Olsun, işi həmişə tapmaq olur, ancaq belə nümunələri həmişə yaratmaq mümkün deyil. Ölkənin mədəniyyət sektorundan bu cür etirazçı səsin gəlməsinə çox həsrət idik...
Mən həmişə bir məsələyə təəccüblənirdim: axı bu adamlar zülm-zillət içində yaşarkən, nə üçün bu qədər üzüyola olsunlar?
Elə keçən həftə Gənc Tamaşaçılar Teatrında tamaşadaydım. “Şeyx Sənan”a baxmağa gələnlər heç zalın üçdə ikisini doldurmamışdı. Mənim ürəyim ağrımışdı. Axı, bu əmək sərf olunan tamaşaya insanlarımız necə laqeyd qala bilərdilər, deyə düşünmüşdüm. Amma indi hər şey aydındır. Cəmiyyət sənət adamlarımızı əvvəlcə şəxsiyyət kimi tanımaq istəyir. Mənim sarsılmaz inamım belədir: ictimai dəyəri və mövqeyi olmayan insan səhnədə Qırat kimi kişnəsə də, xeyri yoxdur, o, alqış üzünə həsrət qalacaq. Dörd bir yanında cövlan edən şərə, ədalətsizliyə susub, səhnədə ədalət uğrunda qılınc çalmaq çox gülməlidir.
Ilqar bəy, açdığınız cığır mübarəkdir!

Başsız atlı:"Vaşinqton post" qəzetindən Heydər Əliyevə qarşı təxribat

Məşhur ABŞ qəzeti "Vaşinqton post"  bizim "ulu öndər"ə qarşı səssiz müharibə aparır.
Neçə dəfədir Heydər Əliyev barədə məqalə dərc edir. Lakin, guya texniki səbəb ucbatından qəzetin saytında Heydər Əliyevin "başı kəsik" fotosu qoyulur.
Dünya birliyi isə bu ədalətsizliyə hələ də dözür.

Alman qəzetində “eybəcər Azərbaycan reallıqları”


("Azadlıq" qəzeti 29 NOYABR 2012 )
Əməkdaşımız Natiq Güləhmədoğlu alman qəzetinə nələr dedi?
Almaniyada nəşr edilən, Berlinin ikinci ən böyük qəzeti “Berliner Zeitung" qəzetimizin əməkdaşı və AXCP mətbaut xidmətinin rəhbəri Natiq Ədilovdan ( Güləhmədoğlu) iri həcmli reportaj hazırlayıb.
«Gözəl xarici görkəm, eybəcər reallıqlar» başlıqlı məqalədə Natiq Ədilov Azərbaycanda Əliyev avtoritarizmin yaratdığı fəsadlardan danışıb: neft gəlirlərinin əhalinin yox, bir ailənin marqlarınıa xidmət etdiyini deyib.
Məqalədə Natiqin sözlərinə əsasən Azərbaycanda demokratiyanı təhdid edən məqamlar göstərilirb, jurnalistlərin təqib edildiyi, öldürüldüyü, azad sözün susdurulması üçün tənqidçi jurnalistlərin satın alınması göstərilib.
Azərbaycanda korrupsiyanın yüksək səviyyəsinə toxunan müsahib onun memarı kimi İlham Əliyevin adını çəkib.
Natiq Ədilovun AXCP mətbaut xidmətinə də rəhbərlik etdiyini vurğulayan qəzet “Bir yazara siyasi mənsubiyyəti mane olmur ki?” sualına da cavab axtarıb. Ədlov bildirib ki Azərbaycanda demokratik dəyişikliklər baş verəndən sonra ola bilsin, onun kimi siyasi yönümlü yazarlara ehtiyac qalmayacaq, indilikdə isə avtoritarizmə qarşı mübarizə aparan bir partiyada təmsil olmaq ona tənqidçi yazar kimi mane olmur.

24.11.12

“Eurovision” haqqında Fərəh Pəhləvi nə deyir?


( "azadlıq" qəzeti, 12 fEVRAL 2012) Xalqımız çeşidli problemlər içində vurnuxarkən qibleyi-aləm Ilham müəllim “uf” demədən “Eurovision” yarışması üçün külli miqdarda pulu büdcədən ayırdı. 77 milyon pul 5-6 günlük təbdir üçün göyə sovrulacaq. Şənlik üçün Ilham müəllim insafən daim səxavətli olub, məsələn, iqtisadçıların iddasına görə, hər il o, mərhum atasının ad günü tədbirlərinə 10-12 milyon manat xərcləyir. Ancaq problem ondadır ki, bu böyük xərcli bayram tədbirlərindən vətəndaşlarımız polis zopasından və təhqirlərindən başqa bir zövq-səfa dada bilmir. “Eurovision”da da eyni halların yaşanmayacağına təminat yoxdur. “Eurovision” hələ gəlməyib, ancaq biz onun sitəmini yaşayırıq; camaatın evlərini qısır kompensasiyalarla uçurub dağıdırlar, büdcəni o bəhanə ilə talan edirlər.
“Eurovision”un təşkilat komitəsinin rəhbəri bildiyiniz kimi Ilham müəllimin həyat yoldaşı Mehriban Əliyevadır. Bu fakt məni xeyli dərəcədə təxribata çəkir.
Uzun müddətdir Ilham Əliyev hakimiyyətinin Iran şahı Rza Pəhləvinin yolu ilə getdiyi yazılır, gizli söhbətlərə mövzu olur. Azərbaycanda dini bir hakimiyyətin bərqərar olmasını heç istəməsəm də, nə gizlədim, yuxarıdakı fikirlər tez-tez mənim də beynimə girir. O qədər məsələlərdə Azərbaycan Şah dövrünün Iranını təkrarlayır ki, adamın təəccübdən gözləri bərəlir.
Məsələn, 1971-ci ildə Şah Pers imperatorluğunun yubileyini keçirməyə qərar verir. Persepolisdə düzənlənəcək bu təbdiri dünyada analoqsuz etmək üçün şah hakimiyyəti böyük pullar yatırır. Ən maraqlısı, yubileyin təşkilat komitəsinin sədri şahın zövcəsi Fərəh Pəhləvi olub. Bu gün “Yeni Azərbaycan” qəzetinin “Eurovision”a sərf olunan vəsaiti, bu tədbir üçün xalqa edilən zülmləri tənqid etdiyinə görə müxalifət liderlərini və müstəqil yazarlarını qaralaması, onlara şər-böhtan atması Fərəhin xatirələri ilə olduqca ahəngdardır.
“Lazımsız və ifrat” xərcləmələrlə bağlı çox sərt tənqid yağışı başladı. Jurnalistlər bezmədən, yorulmadan bu təkrarçılıq plovuna qaşıq saldılar. Jurnalistlər kinayəli dillə söz mamaçalığı eləyirdilər, təbii olaraq, Irandakı müxalifət tutuquşu kimi eyni şeyləri təkrarlayır və məsələni böyük ölçüdə istismar edirdilər. Bu mənzərə Persepolis yubileyinin mənasını xeyli dəyişdirdi. Mən də təkidlə xarici müxbirlərə neçə illərdir fağır xalqı dirçəltmək üçün göstərdiyimiz cəhdlərdən sonra bizi belə tənqid atəşinə tutmalarının ədalətli olmadığını, Iranın oyanışını göstərən yubileydən yalnız tənqid mözvularını qabartmalarının haqsızlıq olduğunu izah edirdim...
Göründüyü kimi hər iki avtoritar rejim tənqidi sevmir, onlara elə gəlir ki, müxalifət, azad media ancaq qara rəngləri görür, “fağır xalqı dirçəltmək üçün” xərclənən pullara əbəs yerə əsəbiləşir və s. Əminəm, bizim əlimizdə “ya qibleyi-aləm, bunca pulu bir mahnı yarışı üçün xərcləməyinizə nə hacət” deyə sual vermək fürsət olsa, Ilham müəllim buna elə cavab verər ki, mart qalarıq. Deyər ki, niyə bu qədər alçaq könüllüsünüz, varlığa nə darlıq, o pulun onsuz da siz füqəralara isti-soyuğu yoxdur, daha niyə atlanıb-düşürsüz və s.
Ilham müəllim və onun komandası öz işlərində, öz düşüncələrində qalmaqda olsun, mənə görə müxalifət və azad media “Eurovision” tənqidlərində işlərini ciddi tutmalıdırlar. Gözlərimiz önündə gül kimi tarixi təcrübə var: avtoritar rejim ha büruzə verməyə çalışmasa da təmtəraqlı tədbirlərə yönələn tənqidləri qılınc zərbəsi kimi qəbul edir. Öz cəzalarıdır, bunu da çəkməlidirlər, onları göyə sovurduqları pullara görə alqışlamalı deyilik ki...

İlham Əliyevin ucuz hotel reklamı


“Four Seasons” adlı bir hotelin açılışı oldu. Onu “Azneft” dairəsində Içəri şəhərin tarixi binalarını uçurub tikdilər. Deyirlər ki, hotelin əsl sahibi Mehriban Əliyevadır. Olsun. Məni yandıran dövlət başçısı adına iddia edən Ilham Əliyevin o hotelin açılışında etdiyi çıxışdır.

Çıxışı canlı dinləmədim, mətnini oxudum, başımı tutdum, göylərə xitab etdim: “Yer aralansın, yerə girim! Bu nə ölkədir, bu nə rəhbərdir, bu adam bizi dolayırmı?”

Gəlin, məsələyə azad rəqabət tərəfdən baxaq. Qibleyi-aləm deyir: 

“Four Seasons” dünya şöhrətli otellər şəbəkəsidir və bir keyfiyyət rəmzidir.

...Deyə bilərəm ki, Azərbaycanın ən gözəl oteli hazırda məhz “Four Seasons” otelidir".

Dövlət başçısı da özəl müəssisə haqqında belə söz deyərmi? Bu, ayrı-seçkilik deyil, bəs nədir? O biri hotellərə qarşı haqsızlıq, anti-reklam deyilmi? Siz gözəllik meyarlarını necə müəyyən etdiniz, qibleyi-aləm? Məhz sizin ailənin olduğuna görə hər şeyə gözəl demək məcburiyyətindəyikmi? Bir gün belə, xidmət göstərməmiş hoteli göylərə qaldırıb, başqalarını dolayısıyla aşağılamaq nə deməkdir? Ümumiyyətlə, hotelin gözəl, çirkin olması haqda siz niyə danışmalısınız? Mən gözləyirəm ki, bu gedişlə siz bir azdan hansı kolbasanın halal, hansının haram olması haqda da hökm verəsiniz...

Keçək növbəti hissəyə, qibleyi-aləm deyir: “Otelin yeri də çox gözəldir. Bu, şəhərimizin ən mərkəzi yerlərindən biridir - ”Azneft" meydanıdır. Otelin bir tərəfində qədim Içəri şəhər yerləşir. Içərişəhər bizim tarixi sərvətimizdir".

Hitlerin təbliğat naziri Gobbels deyirdi: “Yalanı o qədər ağ danışmaq lazımdır ki, adamlar düşünsünlər ki, daha bu boyda da yalan olmaz”.

Indi mən heyrət içində Ilham müəllimin çıxışına baxıram. Axı kim də unutsa, mənim gözümün önündədir o hotel üçün tarixi Içəri şəhəri necə darmadağın etdilər!

Gözümün önündədir hər şey! Əvvəlcə bir başqa hoteli orada qəzalı vəziyyətə salıb uçurdular, sonra isə camaatı zülmlə, döyə-döyə o yerlərdən çıxardılar.

“Tarixi sərvət” dediyin yeri ver buldozerin qabağına, sonra da onun şəninə çıxış et...

Yox, keçmədi, Ilham müəllim, keçmədi. Məhz sizin qohum-əqrəbanın Içəri şəhərin tarixi abidələrinə divan tutduğunu yaxşı bilirik. Bunu çoxu sizə demir, yazmır, amma insanlar çörəyi qulağına yemir axı, hamı qanır...

Əlahəzrət davam edir: “Ölkəmizdə otellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli otellər şəbəkəsi açılmışdır. Onların sadəcə, sadalanması göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir”.

Ilham müəllimin dediklərini statistika ilə tutuşduraq: Bakıda hələ indi cəmi 79 hotel var. Bu rəqəm Kiyevdə 232, Tbilisidə 88, Dubayda 408, Praqada 710, Istanbulda 1170, Parisdə 1470-dir.

Biri indi mənə izah versin ki, nə üçün 408 hoteli olan Dubay yox, 79 hoteli olan Bakı dünyanın mərkəzi sayılmalıdır? Bu, ictimai rəylə yanaşı, həm də riyaziyyat elminə qarşı hörmətsizlikdir.

Azərbaycanda hotellərin çoxalması yaxşı hadisədir. Ancaq bu hadisəni ucuz təbliğat materialına çevirməklə heç nə əldə etmək olmaz. Hotelin olması hələ işin bir hissəsidir, ən ciddi sual budur: Azərbaycandakı hotellərdə xidmət necədir? Bu hotellərin xidmətindən istifadə etmək əlçatandır, yoxsa yox?

Bir nümunə ilə biz yuxarıda qoyulan suala cavab tapa bilərik: Azərbaycanda bir nəfərin gecələməsi üçün ən ucuz hoteldə qiymət 55 manatdır.

Qonşu Istanbulda, uzaq Praqada isə gecəsi 20-25 manata olan hotel tapmaq olar. Özü də söhbət axurdan yox, gecələmək və normal səhər yeməyi təşkil edən hotellərdən gedir.

Xülasə, pis yerə ilişmişik, dostlar.

23.11.12

Sən beləysənmiş, Gülnar


Dərhal XƏBƏRDARLIQ- müəllif mən deyiləm, adının çəkilməsini istəməyən mənbədir
Bir defe bax bele soyuq payiz gununde kitabxanaya getmishdik.
Bizim sinif yoldashimiz bacisi ucun kitab gotururdu. Kitab Anarin hansisa povesti idi, hansiki onun motivleri esasinda meshhur televiziya tamashasi cekilmishdi ve orada Elcin deyirdi ki, “Sen beleysenmish, Gulnar.” Elcinin “sen beleysenmish Gulnar” dediyi sehnede deyilene gore o qiz yarim vedre goz yashi tokmushdu ve seheri gunu qardashini mexsusi olaraq Anarin kitabinin ardinca yollamishdi.
Sozun duzu bu gune qeder o tamashanin adini bilmirem. Deyesen iki tamashadir, biri “Bagishla” o birisinin adi yadimdan cixib. Ortabab tamasha, ortabab aktyor ishi—bir sozle, orta, eyalet seviyyeli ish. Amma Elcin “sen beleysenmish Gulnar” deyende respublikanin yarisi tir-tir esirdi. Hele de bu tamashalardan evine corekpulu aparan disksatanlar var. Demeli ne ise var idi.
Orasi da yadimdadi, kitabxanaci qadin kitabi vermedi, aciqla dedi ki:”tamashasina baxib da, daha kitabi neyine lazimdi.(!?)”
Gorunur o qiz arzulayirdi ki, ne vaxtsa hansisa oglan ona da “sen beleysenmish, Gulnar” desin. Sonra o qizi ere verdiler, nese xesteliye tutuldu (tebii ki, musteqil hekimler onun xesteliyini neinki mualice ede bildiler, hec diaqnoz da qoya bilmediler) ve oldu. Olum tarixi da yadimdadi, sentyabrin 8-i idi ve hemin gun menim nenem de olmushdu. Hava da bele soyuq, yagishli idi. Men onuncu sinifde oxuyurdum ve bir qiz ucun (xususen de yerli edebiyyatin perestishkari olan qiz ucun) “sen beleysenmish, Gulnar” sozunu eshitmeden olmeyin ne demek oldugunu tesevvur ede bilmezdim.
Xalq bu gun o Yashari defn edirdi---oz xatirelerini, sovetin son illerinin rahatligini, gencliklerini, yeniyetme gulushlerini basdirirdilar. Daha aynesin efirinde peygemberlik eden, piylenmish, xeste namus-qeyret, sevgi, kishilik haqqinda shit-shit danishan qocanin onlara dexli yox idi. Herenin oz ishi var, Yashardan filosof cixmaz qardashim, qoy desin ki “sen beleysenmish Gulnar” ve respublikanin yarisini titretsin. Bu onda pis alinmirdi. Bacarirdi.
Herden mene ele gelir ki, hele de adamlarin sovet dovrunde cekilmish, xeyli hissesi shit, kolxoz xoshbextliyinden behs eden, suni filmlere, tamashalara baxmasinin kokunde ozlerinin de xeberi olmadan itirdikleri heyat ucun darixmaqlari yatir.
Bele-bele ishler qardashim.

22.11.12

Qəfəsdəki şir


Abgül Süleymanov adlı vicdan məhbusunu niyə tanımırıq?
“Azərbaycanda narkotiki polis rəisləri satdırır. Niyə, bilirsiniz? Istəyirlər ki, siz ”hallanıb" göydə uçasınız, yerin altından (neftdən - N.G.) xəbəriniz olmasın...
...narkotik satanın hökmü ölümdü. Çünki yer üzündə fəsad yaradır, camaatı bədbəxt edir. Hardan yarandı bu fitnə-fəsad, yanalar? Bəziləri deyir, elə bu xalqın canında vardı. Sən bu sözü demə, yaxşı tanıyırıq xalqımızı: iffətli, ismətli, namuslu! Bu fitnə-fəsadın dalında qüvvə, milyonlar durublar ki, xalqımızı pozsunlar!".
Düşüncəsi onu həbsə apardı
Narkomaniya əleyhinə bu təsirli çıxışların müəllifini mən yenicə kəşf etmişəm. Günam edirəm ki, sizin çoxunuz da onu tanımır. Tanışlığa xoş xəbərlə başlamayacam. O sözlərin müəllifi indi heydərizmin soyuq zindanında 11 illik həbs cəzasını çəkir.
Hə, 11 il. Özü də nə üçün: külli miqdarda narkotika saxlamaq və başqa “cinayətlərə” görə.
Bu şəxs hacı Abgül Süleymanovdur. Neçə gündür bu insanın audio-video materiallarını ( VİDEO BURDA) , cinayət işini tədqiq edəndən sonra gəldiyim nəticədir: Abgülün simasında Azərbaycan ruhanilərinin parlaq lideri yetişib. Onun həbsinin səbəbləri də cinayət materiallarında göstərilən maddələrdə yox, beyinində daşıdığı düşüncələrdə və qorxmadan, mərdliklə etdiyi xütbələrdədir.
Əmələ səsləniş
Azərbaycanda maraqlı, ibratamiz xütbə edənlərin sayı kifayət qədərdir. A.Süleymanovun da xütbələri bu baxımdan istisna olmayıb. Amma onu başqalarından fərqləndirən insanları əmələ çağırmaq, zülmə müqavimətə səsləməsi, nəzəri şəri məsələlərlə baş qatmaqdan uzaqlaşdırmasıdır.
Məsələn, o, Bakıda məscid söküləndə biganə mövqe tutan dindarları tənqid edərək deyir: “Baxırsan ki, adam var üç ay yayı oruc tutur, susuzluqdan dodağı partlayır. Gecə-gündüz namaz qılır, ağac kimi qalxır, durur. Amma elə ki, deyirsən, məscid sökülür, tükü də tərpənmir”.
Yağlı bozbaşdan sonra...
Abgül Süleymanovun təlimlərində mən zülmə qarşı barışmazlıq gördüm. Adamı həbsə aparan bu sağlam mövqeyidir. O, xütbələrində din əbasına bürünüb cəmiyyət həyatında baş verən naqisliyi duaların, Allahın cəzasının öhdəsinə buraxanları şiddətlə qamçılayır: “Bəşərin kamalı zülmə baş əyməməkdir, zülmlə mübarizədədir. Zülmün kökün kəsəndən sonra ”əlhəmdullah rəbbil aləmin" (Aləmlərin rəbbinə həmd olsun) demək lazımdır. Daha yağlı bozbaşı yeyəndən sonra yox!".
Mən bu insanın dini baxışların bölüşmürəm! Abgülün xəyalında görmək istədiyi cəmiyyətdə mən yaşamaq istəmərəm. Lakin təpədən-dırnağa qədər sekulyar biri kimi bu insanın günahsız həbsinə sukut edə bilmirəm. Adamı haqq sözü dediyinə, şərlə, zülmlə barışmadığına görə həbs ediblər. Ən pisi isə budur ki, bizim kimi hələ özünü guya ictimia-siyasi fəal sayanlar da “Abgül fenomenin”dən xəbərsizdir.
Müxaliflik
Abgül Süleymanov şərə meydan oxuması, qorxunu insanların canından çıxarması üçün dediklərini mütləq dinləyin. O, riyakarların qənimidir. Bu gün gözümüzün önündə baş verən alçaqlıqlara, yetim malın yeyənlərə, xalqın iffətinə əl uzadanlara etiraz etməyərək “kaş Imam Hüseynin əsgəri olaydım, kaş bu gün bu dəmdə, olaydım Kərbalada” deyənlərə A.Süleymanovun cavabı belədir; sən indi səsini çıxarmağa qorxursan, halbuki indi bunu etməyə nə var ki. Bəs imamın başının nizəyə vurulub aparıldığı vaxt neynəyəcəkdin.
Özündə peyğəmbər, imam keyfiyyətləri formalaşdırmaq istəyənlər üçün o, yol göstərir: bütün imamlar, peyğəmbərlər zamanlarının imperatoruna qarşı durub, onların sifətinə haqq sözü deməkdən qorxmayıblar!
“Zindan bizim üçün məğlubiyyət deyil”
Abgül Süleymanovun həbsi dərk olunmuş əzabdır. Bu onun üçün gözlənilməz olub desək, gülməli olar. Onun həbsdən əvvəl “zindan bizim üçün məğlubiyyət deyil” adlı çıxışı var və orda o deyir ki, özünü din təəssübkeşi sayan adam 10-15 illik həbsdən qorxmamalıdır, mən tutulsam islamiyyət əldən gedəcək, işlərimiz yarımçıq qalacaq təlaşını keçirməməlidir: “biz nəticə dalı ilə getməməliyik, vəzifə dalıyca getməməliyik”. Bəli, Abgül Süleymanov indi 11 il həbs cəzası çəkməsəydi və məhkəmə, məhkəmə prosesindən sonra mətanətli mövqe göstərib şərin qürurunu sındırmasaydı deyə bilərdik ki, o da minlərlə gəlişigözəl sözlər işlədən natiqləri təkrarlayıb.
Lakin, məhkəmədə prokuror ona 12 il istəyəndə dediyi sözləri biləndə barmağınızı dişləyəcəksiniz. Hacı onda prokurora təxminən belə demişdi: 11 il nədi, kişiliyin varsa “14 məsuma” xatir mənə 14 il “iş” verdir. A.Süleymanovun həbsdən yolladığı məktublardan da mövqeyini qoruduğunu görünür.
Xütbələrinin birində hazırkı idarəetməni Fironun idarə etməsi ilə eyniləşdirən Hacı Abgül demişdi ki, indikilər Firon kimi kişilərin başını kəsə bilməsə də, kişiliyi öldürür. Dəqiq təsbitdir. Çox aydın, hamının başa düşəcəyi şəkildə hər gözlər önünə sərilir.
Marginallaşma
A.Süleymanovun səhvi yoxdurmu? Var, əlbəttə. Mən bunu onun marginallaşmağında görürəm. Çox təəssüfedici haldır ki, bu cür müqavimət qalası, qorxmaz, mübariz insan “tənha canavar” (o özünü “Əsədullah” (Allahın şirinin davamçısı) sayır) kimi aparıb. Azərbaycanda şərə qarşı sistemli və ardıcıl mübarizə aparan milli-demokratik düşərgə ilə aralarında daşdan hasar hörüb. Buna görədir ki, 2-3 sutka həbsə düşən müxalif fəallardan dünya xəbər tutsa da, quru şər-böhtanla 11 il iş almasına baxmayaraq A.Süleymanovdan nəinki Kürdəmirdəkilərin, Bakıdakıların çoxusu xəbərsizdir.
Eyni iradı müxalifətə də demək olar: Abgül Süleymanovla kimsə maraqlanmışdımı?
Siz alver edəndə Abgülün qardaşı şəhid olmuşdu
Iki məqamı da qeyd edib yekunlaşdıraq: A.Süleymanovun həbsinin saxta ittihamlara söykənməsi və sifarişli olması buradan açıq-aydın görünür: Onu həbsini MTN həyata keçirib və guya onun üstündə 23 qram həşiş qətranı olması barədə MTN-ə məlumat gəlib. MTN isə bu işi balaca qurumlara tapşırmaq yerinə, 23 qram həşişdən ötəri Antiterror Mərkəzində əməliyyat qrupunu yaradıb və gedib Ismayıllıda - qayınatasıgildə olan A.Süleymanovu tutublar.
Mən bəzi yerlərdə A.Süleymanov haqqında danışarkən adamların gizli açıq şəkildə onun Iran agenti olduğunu dediklərini də eşidirəm. Bizdə dindarlara qarşı belə bir önyarqının olması çoxdan adiləşib. Mən Abüglün “Iranın adamı” olub olmaması barədə, vətənimizin maraqlarını əcnəbi ölkələrə satması barədə deyilənlərə bir məqam haqqında düşünməyə dəvət edirəm: “Onun bütün xütbələrində ”Vətəni sevmək imandandır" kəlamı başda gedir.
Bundan başqa, A.Süleymanovun qardaşı Süleyman Qarabağda döyüşüb şəhid olanda bugünkü rəhbərlərin çoxu Moskvada və başqa yerlərdə eyş-işrətdəydilər...

Həci Abgülü burdan dinlə SƏS BURDA

Ramil Usubov bu barədə düşünsə də olar, düşünməsə də

Dünən "Azadlıq" qəzetində bir xəbər getmişdi.
İlham Əliyevin baş cangüdəni Bəylər Əyyubovun qardaşı oğlu Robert şəhərin mərkəzində 4-5 polisi təpikləmişdi, yazmışdılar.
Yada salım, Robert təxminən ilyarım əvvəl general Usubovun yeznəsini də ağzından güllələmişdi. O zaman DİN rəsmi açıqlama verdi ki, guya güllə yeznənin öz əlində açılıb-filan. Əlbəttə buna heç kim inanmadı.
Nəsə, mözvu başqadır. Mən xəbərin altınayazılan şərhləri oxudum. Allah, Allah.
İnsanlar polisə "itin sözü" yazılmışdı.
Düşünürsünüzmü? Polis vətəndaşı qoruyan bir qurumdur. Onu döyüblər. Özü də kim döyüb? Xalq arasında reputasiyası mənfi olan bir insanın qardaşı oğlu. Sirr deyil ki, Bəylər Əyyubov və onun qohumuna insanlar sayğı bəsləmir.
Amma iş görün hansı həddə çatıb ki, insanlar hətta Roberti də polisi döydüyünə görə alqışlayır. Ona qurban kəsməyə hazırdır.
Mən Ramil müəllimin yerinə olsan düşünərəm: Əcaba, insanlar bu qədər mənfi reputasiyalı birinin polisi əzişdirməsinə sevinirsə işdir bir gün elə bu xalqın bağırından çıxan, bu xalqın dərdi ilə kədərlənən, sevinci ilə şadlanan biri hər şeyə tüpürüb "cinəətkar dəstə" yaratsa və hüquq mühafizə orqanlarına qarşı mübarizəyə başlasa necə olacaq? Xalq o adamı milli qəhrəman etməyəcəkmi?

16.11.12

Elmlər (Ölümlər) Akademiyası və ya alimi biəməllər


İlham Əliyevə yazılan bir məktubu oxudum və bir daha əmin oldum: Azərbaycanda nə elm var, nə də alim. İstisnaları kənara qoyun.
Oxuyaq: "AMEA-nın çoxminli alimlər ordusu Sizin yüksək səviyyəli idarəetmə bacarığınıza inanaraq ümidvar olduqlarını bildirirlər ki, tezliklə Qarabağ problemi öz müsbət həllini tapacaq, doğma torpaqlarımız düşməndən azad ediləcəkdir".
Bir alim ki İlham Əliyevdə yüksək idarəetmə bacarığı olduğuna inanır, o zaman o alimə arpa vermək lazımdır.


13.11.12

Balta və qadın


Ana vətənimizdə dünən ağır qətl hadisəsi baş verdi.
Bir kişi övrətini və qızını  baltalayıb öldürdü. Bəli, ürəyimiz ağırıdı. Dəhşət idi.

Hadisədən təsirlənərək bir qrup xanım ictimai fəal təsirlənərək İlham müəllimə məktub yazdılar ki, əlahəzrət vəziyyət kötüdür axı, məişət zorakılığı artır, tədbir qıl!

Bəli. Baxırsan ki, nə var, xoşməramlı bir hadisədir.
Lakin, mən hər şeyin arxasında siyasət görən biri kimi düşündüm: Bu mötərəm xanımlar məişətdəki zorakılığa qarşı olduqları kimi məişətdən kənardakı zorakılığa da əsəbidirlərmi? Məsələn, onlar Azərbaycan polisinin aksiyalarada xanımlara qarşı vəhşi davranışına. zorakılığına neyçün susqundular?
Yoxsa gözləyirlər ki, polislər aksiyaçı xanımları baltalasın sonra səslərini ucaltsınılar?
Kişinin qızını, arvadını, sevgilisini döyməsi pisdir, lənətləyirik.
Bəs kişi cinsindən olan yad bir polisin azadlıq və dempkratiya istəyən qadınları döyməsi, söyməsi, sürüməsi gözəl və məqbuldurmu?
Ey iman gətirənlər, siz nə düşünürsünüz?

12.11.12

Azərbaycanı biabır etmək (foto+video)

ATƏT xarici təşkilatdır, bunu bilirsiniz.
Azərbaycan hökumətinin də tez-tez müxalifət ölkəmizi xaricilərin yanında biabır edir dediyini də bilirsiniz.
"Azərbaycan Mətbuat Evi"nin (AME) necə, Prezident Aparatının sözçüsü Əli Həsənovun olduğunu bilirsinizmi? Mənim əlimdə sənəd yoxdur, amma oranın Əli müəllimə aid olduğuna çox az adam şübhə edir.
ATƏT çox mötəbər tədbirini bu gün (12.11.2012) AME-də keçirdi. Tədbirin davamı sabah olacaq. Bu günkü tədbirdə kimlər yox idi...
Sanballı xarici ekspertlər, jurnalistlər, ölkədəki nazirlik və komitələrn mətbuat xidməti rəhbərləri...
Birinci kabinə
Bu gün o tədbirin gedişi zamanı bir xanım mənə yaxınlaşaraq, yazılarımı izlədiyini, onları bəyəndiyini dedi, təşəkkür etdi və bir xahişdə bulundu: "Natiq bəy, siz buranın ayaqyolusu barədə yaza bilərsinizmi?"
Dedim, əlbəttə, amma problem nədir?
İkinci kabinə
Nə problem deyil?-söylədi. Su yox, sabun yox, tualetin qapıları bağlanmır və s.
Maraq məni bürüdü. Dərhal kişilər üçün tualetə qalxdım. İnanılmaz idi.
Bilmirəm bu rüsvayçılığın izahı varmı?
xanımın dediyin vəziyyətdən daha betəri kililərin tualetində idi. Tualetdə sabun yox, əl qurulamağaq safetka yox. Tualet kabinələri isə, üzr istəyirəm ancaq pəşov üşün yaralıdır. Burda təmizlənmək üçün heç nə yoxdur. Təkrar edirəm-HEÇ NƏ.
Mən ordakı mənzərəni çəkmişəm. Buyurub qısa videoya baxa bilərsiniz. Baxın və qiymət verin.

Boş-boş ittiham etmək deyil. Ölkəni təkcə böyük mövzularda biabır etmirlər ki, bax elə bu günkü tədbirdəki qonaqlara göstərilən "xidmət"ə də böyük biabırçı qiymət düşür.
Videonu görmək üçün bu yazının üzərindən vur

11.11.12

Tağı Əhmədovdan ilhamlanan İlham Əliyev

İndi bilmirəm, mən orduda xidmət edəndə nizamnamədə belə bir müddəa vardı.
Hərbi qulluqçuların kollektiv şikayət vermək hüquq yoxdur!
Yəni, məsələn bir bölük, tağım eyni bir problemdən əzab çəkirsə belə onlar toplu halda yuxarı komandanlığa bu dərddən şikayət verə bilməzlər! Hər kəs fərdi qaydada gedib şikayətini etməlidir!
Bu gün İlham Əliyev kütləvi aksiyalar barədə yeni qanunu imzaladı. Bu aksiyalara çıxmağa qoyulmaq istənilən yeni əngəldir.
İlham müəllim ölkədə hərbi-polis rejimini daha da rəsmiləşdirir. Aksiya, mitinq nədir? İnsanların toplu halında etirazını bildirməsi! İlham müəllim bunu istəmir. O Tağı Əhmədovun təbirincə yazsaq, belə istəyir: əəəə, bir-bir!
Nizamnamə kimi qanun da kağız üzərinə yazılır. "Oğurluq qadağandır, cinayətdir"i qanunlara yazmaqla oğurluğu önləmək olmadığı kimi, bir-bir etiraz edəcəksiniz diqtəsi də keçməyəcəkdir.
Bu qanun İlham Əliyev səltənətini qürub etməkdən qurtara bilməyəcək. Qoca, taqətdən düşən rejimin qulağının dibindən halva iyi gəlir. Tezliklə onun yasına oturacağıq, darıxmayın


9.11.12

KFC rəzaləti


Bakıda yeni əlüstü yeməkxana açılıb. 28 maydakı bu şəbəkənin adı KFC-dir
Mən ilk dəfə dünən ora girəsi oldum. Qələt etdim, bir də belə səhvi təkrarlamaram.
Bir:Heç bir özünə hörmət edən insan bir stəkan kofe üçün 15 dəqiqə növbədə durmazdı.
Mən durdum. Sanki inadıma düşmüşdü.
Deyim ki, müştəri çox idi...Yox, çox deyildi, sadəcə satıcılar mal kimi idilər, yaxud bizi adam yerinə qoymurdular.
İki:Növbədə dura-dura vitrinlə üzbəüz stollara baxırdım. Yeməklər yeyilmiş zibillər qalanqanıb stolun üstündə qalmışdı. Onları sadəcə götürən yox idi.
Kofeni alıb gəlib bu zibillərin yanında əyləşdim. Hə, mən ofisiyantı çağırıb "buranı niyə yığmırsız" deyə bilərdim. Amma rədd olsunlar, "KFC"kimilərin müştərilərin gözündən düşməsində də vətənimiz üçün xeyir var.
Qısası, getsin KFCli anlarım gəlməsin. Rəzalət səhnələrini telefonla qeydə də aldım. İstəsəniz baxın
Videonu görmək üçün bu linkə vur

6.11.12

Ölüm saçan Ramiz Rövşən


Ramiz Rövşən yaxşı şairdimi? Yox, demək çətindir.
Yüzlərlə azərbaycanlı gənc onu sevir. Sevə-sevə oxuyur.
Ramiz Rövşənin bu günkü populyarlığının arxasında siyasət dayanır.
Ramiz bəy məhz bir zamanlar kəskin və barışmaz anti-sestem mövqeyinə görə kütlələrə tanındı və sonra onlardan üz döndərib hücrəsinə çəkildi. Bununla işim yox.
Ramiz müəllimin şeirlərini mən də oxumuşam. Heç kim mübahisə edə bilməz ki, onun şeirlərində səmavi kitanlardan da çox ölüm, kəfən, o dünya, qəbir, baş-daşı, sidr-kafir var.
Ən qəribə budur ki, Ramiz Rövşən buna görə sevilir.
Ən dəhşətlisi odur ki, özünü inqilabçı sayan, inqilab eşqi ilə yatıb duranlar da belə ürəklərinin üstündə Ramiz Rövşən şeirini gəzdirirlər.
Ramiz Rövşən oxucuları çox qorxuludur; ölümün dalıyca sürünən insanlardan mən qorxmaya bilmərəm. Qara paltarlı qaramat olan bu insanları dindirirəm; niyə bu ölüm saçan mətnə aşiqsiniz soruşuram, fəlsəfidir deyirlər.
Əminəm ki, fəlsəfənin f-na bəələd olmayanlardır bunu deyənlər.
Mən Ramiz Röşvənin ölümdolu şeirlərinə bənd olan "inqilabçı"ların 5-10 dəqiqə vaxtını almaq istəyirəm.
Əzizlərim, buyurun Nitşenin Ramiz müəllimə cavablanı oxuyun, bilmək olmaz bəlkə onda uca yaradan özü sizə yari-kar oldu

ÖLÜM Məddahları HAQQINDA   
"Ölüm məddahları var; hər yandan ölümü mədh edənlərin səsi gəlir, və yer üzü ölümü mədh olunası kəslərlə doludur.
Yer üzü artıq adamlarla doludur, həyat insanların ifart çox olmasıylə korlanıb. Kaş “əbədi həyat” adıyla
onları bu həyatdan tovlayıb qoparmaq olaydı!
 
   “Sarılar” ya da ki, “qaralar” – ölüm vaizlərinə belə deyirlər. Amma istərdim onları sizə başqa rənglərdə
göstərəm.

Onlar, bu qorxunclar bətnlərində vəhşi heyvan gəzdiririlər; onların şəhvətdən və ya öz həyatlarına qəst etməkdən başqa seçimləri qalmayıb. Amma onların şəfqəti də öz həyatlarına qəstdir.
   Onlar, bu qorxunclar hələ heç adam da olmayıbdır; qoy onlar həyata nifrəti təbliğ etsinlər və özləri də getsinlər!
Qəlbi vərəmlidir onların: doğulcaq ölməyə başlayır və yorğunluq, tərki-dünyalıq təliminə susayırlar.
   Onlar həvəslə ölü olmaq istəyirlər, gəlin onların bu istəyini alqışlayaq! Amandır, bu ölüləri xortlatmayaq, bu canlı tabutları tərpətməyək!
Qarşılarına çıxan istər xəstə olsun, istər qoca, istər ölü, o saat deyəcəklər ki, “həyat təkzib olundu!»
Halbuki təkzib olunan onlar özləri və varlığın tək bircə üzünü görən gözlərdir.
Ağır dərd pərdəsinə bürünüb ölüm gətirən kiçik təsadüflərə susayaraq, beləcə dişlərini bir-birinə sıxıb gözləyirlər.
   Ya da onlar şirniyyat qapışdırır və eyni zamanda öz uşaq hərəkətlərinə gülürlər: onlar həyatdan saman
çöpü kimi yapışır və saman çöpündən yapışmalarına lağ edirlər.
   Onların müdrikliyi budur: “Yaşayan axmaqdır, biz də beləcə axmaqıq! Dünyada bundan axmaq şey ola
bilməz!»
   “Yaşamaq yalnız əzab çəkməkdir”! – özgələr belə deyir, yalan da demirlər: onda çalışın ki, qurtarasınız!
Çalışın ki, büsbütün iztirab olan bu həyat qurtarsın!
   Fəzilətinizin qaydası belə səslənməlidir: “sən özün özünü öldürməlisən! Sən özünü özündən oğurlamalısan! –
   “Şəhvət günahdır, – ölüm vaizləri belə deyir – gəlin bir kənara çəkilək, uşaq törətməyək!»
   “Doğmaq əzablıdır, – başqaları isə belə deyir – niyə də doğasan? Onsuz da doğulanlar hamısı bədbəxt olur!” Elə onlar da ölüm vaizləridir.
   “Rəhm edin – üçüncülər deyir. – Nəyim varsa götürün! Özümü də alın məndən! Onda həyatla ilişkim azalar”!
   Onlar doğrudan mərhəmətli olsaydılar, öz yaxın adamlarında həyat eşqini öldürərdilər. Qəddarlıq –onların ən böyük yaxşılığı.
   Amma onlar həyatdan yaxa qurtarmaq istəyirlər: öz zənçir və bəxşişləri ilə başqalarını həyata daha möhkəm bağladıqları veclərinə də deyil.
   Ey sizlər – sərt əmək, sürət, yenilik, qeyri-müəyyənlik sevənlər, –  siz özünüzü pis hiss edirsiniz; sizin bütün fəaliyyətiniz özündənqaçma və özünü unutma istəyidir.
   Həyata bir azacıq inamınız olsaydı, anın təsirinə az qapılardınız. Gəl ki, nəinki gözləmək, heç tənbəllik etmək üçün qəlbinizdə məna çatmır!
Hər yandan ölümü mədh edənlərin səsi gəlir, və yer üzü ölümü mədh olunası kəslərlə doludur.
Yaxud “əbədi həyat"

3.11.12

Nərimanov nümunəsi


Bizim ölkədə çox dəyər, anlayış hörmətdən salınıb. Onlardan biri də tolerantlıqdır, xoşgörüdür.
Indi bir az yaxşıdır; 3-4 il əvvələ qədər Bakıda “qandilərin”, “lüter kinqlərin”, “mandelaların” əlindən tərpənmək olmurdu.
Bu adamlar çox səbrli görükər, qanımızı sovuran hökumətə qarşı uca səslə yox, həlim, bir az da təbəssümlə davranmağı vacib bilirdilər.
Onlara görə, Əliyevlərin müxaliflərə, tənqidçi mediaya qaba, kobud davranışında elə ikincilər günahkarmış. Guya hökuməti sərt üslubda tənqid etmək qıcıq, aqressiya yaradır, problemlərin həllinə təşəbbüsü öldürür.
Çox şükür, qısa müddət ərzində hökumət bu düşüncədə olanları peşiman etdi. Dilindən Ilham Əliyev sözünün “I”-si çıxmayanları hətta ezop dilində tənqidlərinə, narazılığına görə türməyə saldı, işdən çıxardı, qara PR-a tuş etdi. Kim ki, səmimi olaraq müxalifətin üslubunda xəta görürdülər, bu hadisələrdən sonra yanıldıqlarını dərk etdilər; onlar ya öz üslublarını dəyişdilər, ya da sadəcə olaraq əvvəlki bayatılarını uca səslə daha təkrarlamadılar.
Amma susmayanlar da var. Məsələn, Fazil Mustafa.
Adı böyük bir partiyaya sədrlik edən Fazil Mustafa səlahiyyətli şəxslərdən, məmurlardan danışanda dizləri əsir; onlara qarşı yumşaq ifadələr, tikansız cümlələr qurur. Əsaslandırması da var: xoşgörü-filan.
Bu üslub müxalifətdən söz gedincə elə unudulur ki. Fazil Mustafanın son günlər yazdıqlarını görürük, sözün əsl mənasında gözünü yumub, ağzını açır. Təhqirin biri bir qəpik, şər, böhtan...
Bu ikiləşmənin adı nədir, mən riyakarlıq deyərdim, ancaq bu çox yumşaq ifadə olar.
Fazil Mustafa hələ nə boyda xətalara yol verdiyini anlamır.
Elçibəy adına xəyanət etdiyinə görə ana təbiətin belə lənətlədiyi bu adam düşünür ki, sağa-sola söyüş yağdırmaqla hörmətini artıracaq.
Fazil indi hamı ilə söz güləşdirməyə hazırdır, bircə rejimin özü ilə yox. Adam müxalifətdir, amma işi gücü müxalif yazarlar, etirazçı insanlardır. Hökumətin bir məmurunun adını çəkib tənqid etmək qorxusu yaşayan F.Mustafa artıq gənc müxalif etirazçılar səviyyəsində davaya başlayıb.
Indi də o gənc fəal Rəşadət Axundovu şərləmək, gözdən salmaq istəyib.
Fazil Qəzənfəroğlu yazır ki guya Rəşadətə onun dostlarından biri köməklik edib Macarıstana oxumağa göndərib. Amma Rəşadət oxuyub geri dönəndən sonra o adama salam da verməyib, deyib ki, iqtidara yaxınsan.
Rəşadət bu hadisəni təkzib edir və biz, əlbəttə, saxta deputata yox, vicdanlı Rəşadətə inanırıq.
Nəriman Nərimanov
Lakin olay Fazil Mustafanın yazdığı kimidirsə belə, Rəşadətin əlini sıxmaq lazımdır. Bu hadisə mənim yadıma Nəriman Nərimanovu salır.
N.Nərimanov milyonçu Tağıyevin pulu ilə Odessada oxuyur. 15 avqust 1906-cı il tarixində Bakıda Qafqaz müsəlman müəllimlərinin I-ci qurultayına qatılır. Qurultayda o, Hacının müdafiə etdiyi üsul-idarəni inqilabı tezislərlə tənqid edir. Qurultayın növbəti günündə Hacı, onun qul qaravaşları Nərimanova qarşı kampaniya başlayır. Müəllimlərə tənə edirlər ki, siz nə səviyyədəsiniz ki, cibində qara qəpiyi olmayan Nərimanovaun sözü ilə oturub durursunuz.
Kürsüyə qalxan Nərimanov fazillərin hələ indi də başa düşmədiyi fikirləri səsləndirir: “Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmaması üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”.
Hər şeyi pulla ölçmək, pulla qiymətləndirmək: Fazil Mustafa da Ilham Əliyevin bu metodunu, bərakallah, yaxşı məimsəyir. Bunlar elə bilir ki, hamını pulla alıb, istədikləri kimi istifadə edə bilərlər. Yanılırlar, yanılacaqlar da.

Ramiz Mehdiyevin ölümü

"Facebook"da ildırım kimi çaxan bir dezinformasiya oldu, onun ölüm xəbəri.
Həmin dəqiqə mən də status yazdım. 

Yazdım ki: "Açığı bilmirəm, Ramiz müəllim İlahi dərgaha qovuşub ya yox, amma...
Mən onun yerinə olsaydım və facebooka girib bir ölüm xəbərimə Respublika ictimaiyyətinin bu qədər sevindiyini görsəydim,  Əzrayıldan cəld tərpənər, başıma bir güllə çaxıb "good bye" deyərdim".

R. Taqorun bir hekayəsi var, Mehdiyevin "Ölüm xəbəri" o hekayəni yadıma salır.
Hekayənin qəhrəmanı olan qadın bacısıgildə qalır. Ondan bu evdə hər kəs bezir, hamı ondan canını qurtarmaq istəyir. Bir gün yüngülcə bayılan kimi onu aparıb qəbiristanlığa tullayırlar (meyitləri yandırılan yerə).
Qadın ayılır və geri dönür. Onu heç kim qəbul etmir, `sən ölüsən, pis ruhsan` deyib dışlayır.
Qadın axırda bezib başına daş vurub, özünü öldürür.

Hekayə super bir cümlə ilə bitir: "qadın öz ölümü ilə nəhayət diri olduğunu sübut etdi".
Mən Ramiz müəllimdən o qadının etdiyi fədakarlığı gözləyirəm ;)

27.10.12

Mehriban Əliyeva haqqnda yazmaq


Nə qədər Gülər Əhmədova mövzusu gündəmdədir, xüsusən müxalifətçilər ehtiyatlı olmalıdır. Gündəm elə sıxdır, öldün, qanın batdı, bir nəfər səninlə maraqlanan deyil.
“Gülərgeyt” gözümüz önündə iki əhəmiyyətli xəbəri ört-basdır etdi.
Birincisi, Kanadada Əliyevlərin büstünün götürülməsi idi.
Ikincisi də Xəzər TV-nin “Həyata baxış” verilişinin bağlanması və onun aparıcısı Ramal Hüseynova “davay dosvidaniya” deyilməsi.
Ramalın telefəaliyyətinə və verilişinə son nöqtəni proqramda dəvət etdiyi qonaqların azad fikirləri qoyub. Qonaqlardan biri - Mirvari Qəhrəmanlı canlı efirdə deyib ki, Neft Şirkəti (SOCAR) Ceniffer Lopezə milyonları xərcləyib bura gətirincə, o pulu kasıb füqəraya xərcləyəydi. Yalan deyibmi? Yox. Azərbaycan həyatına real baxış və qiymətləndirmə isə “Həyata baxış”ı bitirib. Dərhal veriliş bağlanıb. Ramala isə necə hədə gəliblərsə, adam bir kəlmə də danışmır. “Facebook”da ünvanladığım sualları kədərli və romantik mahnılarla cavablayır.
Pozulan hüququnu balıq kimi susqun qarşılayan adamı müdafiə etmək fikrində deyiləm. Baxmayaraq ki, təkrar edirəm: Ramalın proqramı sosial əhəmiyyəti olan yeganələrdən idi.
Ramaldan çox məni məyus edən ölkəmizdə azad sözün ifadəsinin necə təhlükəyə çevirilməsidir. 
Ramal misalında SOCAR-zad boş şeydir. Onu SOCAR-ın yox, Heydər Əliyev Fondunun diqtəsi ilə işdən qovublar. Buna görə də Ramalın dili quruyub. Niyə Fond? 
Birincisi, Cenifer “Kristal Zal”dan mənim dayım oğlumla yox, Əliyevlərin kürəkəni ilə konsert verməyə gəlmişdi. Ikincisi, Elton Conndan tutmuş, elə Ceniferə qədər populyar ulduzların Azərbaycana gəlişini təşkil edən rəsmi, qeyri-rəsmi fondun işidir. Onlar bu yolla özlərinin çağdaş, Azərbaycanın da modern dövlət olduğunu təbliğ etmək istəyirlər. Ay etdiniz haaa... Mənim çağdaşıma baxın, canlı yayımda, aparıcının iradəsindən asılı olmayan adi bir tənqidə görə jurnalisti küçəyə atırsan; ona danışmağı belə qadağan edirsən. Bunun adı çağdaşlıq deyil, olsa-olsa, çağdaş feodalizmdir.
Ramal qəzası hüquq müdafiəçisi Hilal Məmmədovun həbsinin motivlərini yadıma saldı. Hilal Məmmədovun şərləndiyi aydındır, ancaq o hansı əməli ilə hakimiyyəti qıcıqlandırmışdı, bilmirdim. Şübhəmsə vardı, artıq bu şübhə deyil, əminlikdir. Hilal müəllim bu sözlərin badına gedib: “Azərbaycan hökuməti ”Eurovison"a milyonlar xərcləsə də, bizim bir qəpik xəcləmədən ölkə mədəniyyətini dünyada tanıtdığımız işi görə bilməyib". Sirr oxuduğunuz sözlərdəydi. “Eurovison”un yiyəsi Fond, konkertləşdirsək Mehriban Əliyevaydı. Deməli, vəziyyət bu qədər faciəvidir. Mehriban xanım ən xəfif tənqidə dözmür. 
Gedişatı dayandırmasaq, bizi Türkəmənistan-zad boş şeydir, Şimali Koreya gözləyir. Ilham Əliyevin ölənlərinə rəhmət, deməli, Mehriban xanım, iraq olsun, hakimiyyəti ələ keçirsə, bir dənə balaca səhv kifayət edəcək ki, türmələr bizi salamlasın, iş yerlərimizdə dalımıza təpik vurub qovsunlar...
Hə, mən Ərəstun Oruclu sayağı yaza bilərəm ki, əslində Mehriban Əliyeva mediaya, azad sözə hörmət bəsləyən biridir. Onun adının bu sahələrdə neqativ fonda çəkilməyində hakimiyyətdəki rusiyameyilli qüvvələr maraqlıdır.
Ancaq, bağışlayacaqsınız mən belə düşünmürəm. Hətta 
belədirsə, bəs hanı Mehriban xanımın özünü təşəbbüsləri?
Niyə o bir dəfə azad mətbuatın önününə çıxmır? Niyə iştirakçısı olduğu təbdirlər müxalif qəzetlərin üzünə bağlıdır?
Bəyəm Mehriban xanım bilmir ki, onun adını hətta müxalif nəşrlərdə çəkənlər qorxudan üç-dörd gün adalara-zada qaçıb gizlənirlər? Necə olacaq bu işlərin axırı, arkadaşlar?
Adamı ən çox məyus edən bilirsinizmi nədir? Demirdilərmi, zərin qədrin zərgər bilər, deyirdilər. Mehriban xanımın indiki mərtəbəyə ucalmasında babası yazar Mir Cəlal Paşayevin rolu inkaredilməzdir. Indisə taleyin ironiyasına bax, yazarın nəvəsi yazarlar üçün tabu olmuş. Fikir vermişəm, siyasət nədir, indi heç ədəbiyyatçılar hünər göstərib Mir Cəlalın əsərlərini ələşdirmir.
Xüsalə, pis yerdə axşamladıq.
"Azadlıq" qəzeti, 30 sentyabr 2012

23.10.12

Elçibəyin son şahidi yazır


              
                     Övrəş qaş alan  həlmə gözü qaşdan ayırmış
                     Cəllad qəməsiylə bədəni başdan ayırmış
                      Candan ciyəri, qardaşı qardaşdan ayırmış
                              Bir millətə tarix boyu bir faciə doğmuş
                              Biz ellərin o qəhrəman ehsasını boğmuş

                                        Məhəmmədhüseyn Şəhriyar


                        1. “Prostat xərçəngi”

    Ənənəyə görə, ən  az 10 metr o tərəfdən əllərini havada  oynadar,  Ərzurum ağzını xatırladan ləhcəsi  ilə nə isə deyərək mənə doğru gələrdi. Qucaqlaşanda ya Azərbaycan televiziyasında gördüyü  proqramlardan bir neçə kəlmə deyərdi, ya da Bakıdan gələn qəzetlərdən oxuduğu yazılardan. “Azərbaycan” adı gələndə onun qədər həyəcanlanan başqa  bir adam görmədim.
Yanvar ayının alatoranında aeroportun çıxış salonunun qapısı açılanda gömrük sahəsindən keçdiyini gördüm; anlaya bilmədim: başını niyə qaldırmırdı?
 10 gün qabaq demişdi ki, Qurban xəstədir; Bakıya gedib onu görməliyəm. Bir yerdə böyüdük, müharibəyə  bir yerdə getdik; mütləq getməliyəm. Kim bilir- Qurbanla bir daha görüşməyimiz qismət olacaqmı?
“Hər halda, Qurbana bir şey oldu”- bundan başqa nə düşünə bilərdim ki?
Çantasını mənə verəndə də ağzını bıçaq açmırdı. Maşının qapısını açıb ayağını içəri qoyar-qoymaz “Əbülfəz bəy xəstədir. Prostat xərçəngi”- bunları deyə bildi.
Evinin qabağında maşından enəndə də heç nə demədi. Xəbər Əlirza əmini möhkəm sarsmışdı. Müharibədə əsir düşüb, hər cür cəfaya tab gətirəsən, savaşın  bitdiyi günlərdə sovetlərin əlinə keçməmək üçün İtaliya-İsveçrə sərhəddində 1 həftə zibil bidonunda gizlənəsən; “Mən olmasaydım, bunların  hamısı qırılardı; Kəngərli  o qədər tənbəl idi ki, acından günorta dururdu”- bir naxır adamı qabağına qatıb güllələnməkdən xilas edəsən; Türkiyəyə gəlib burda iş-güc sahibi olasan; 1968-də Bakıya gedib ananı görmək cəsarətini göstərəsən; Azərbaycan müstəqil olan kimi Bakıda ofis açasan ; “Əfəndim, ilk illərdə Türkiyənin əksər işləri mənim üzərimdən koordinasiya edilirdi”-  özünü bu qədər önəmli görməkdən qürur duyasan; sonra da bir “prostat xərçəngi” xəbərindən bu qədər sarsılasan.
Hey gidi dünya; Əlirza Turanın da  üzündə  sevinc-nəş”ədən əsər-əlamət qalmazmış. Kim bilir hələ nələr görəcəkdik?
Ofisə gəlib Ankaraya- illərdən bəri böyük qardaş-kiçik qardaş ahəngini qoruduğum Səlçuk Alkına zəng edirəm. Səlçuk ağabəylə 1988-də Bakıda tanış olub dostlaşmışdılar.
“Əbülfəz bəy prostat xərçəngidir”
“Bu hardan çıxdı? Kim dedi? Dəqiq xəbərdirmi?”
“Əlirza əmi bir az əvvəl Bakıdan gəldi- o dedi”
Telefonun hər iki ucuna susqunluq çökdü. Səlçuk ağabəy də Əlirza Turanın boş söz danışmayacağını yaxşı bilirdi...
Bülent Ecevitin baş nazir olduğu koalisiyanın ikinci ortağı Milliyyətçi Hərəkat Partiyası idi. Baş nazirin müavini  postu, səhiyyə və kommunikasiya nazirlikləri MHP-də idi. Milliyyətçilərin ən güclü olduğu vaxtda müayinə və müalicə üçün Ankaraya gətirilməsinə təxminən 3 ay vaxt xərcləndi. Bunu Bakının gec icazə verməsi ilə izah edənlər də oldu, gecikməyə görə Ankaranı günahlandıranlar da. Uzun məşvərətlərdən sonra MHP-nin Uşak millət vəkili Armağan Yıldızı da yanına alıb xüsusi təyyarə ilə Bakıya uçan  Sivas millət vəkili Məhmət Ceylan durumun xülaseyi-kəlamını bu şəkildə verirdi:
“ Dedim ki, Armağan, Bakıya gedəcəyik. Nə üçün gedəcəyimizi soruşma. Ancaq həyatımızın 100%-lik risk altında olacağını da unutma”. Məhmət Ceylan daha sonra barmaqlarını gicgahına apararaq Armağan Yıldızın verdiyi əsgər salamını təqlid edirdi: Uşak millət vəkili Yıldız  “riskli səfər”ə razılığını təzim edərək vermişdi...
Səhiyyə naziri Osman Durmuş Türkiyənin ən çox polemika yaradan siyasətçilərindən biridir. Bunun əsas səbəbi- Durmuşun “hər əhval və şərait içində”  ən  sərt  üslubda danışmaqdan qaçınmamasıdır. Türkiyədə 12 sentyabrda keçiriləcək referendum ərəfəsində xalqı niyə AKP-nin Konstitusiya dəyişikliklərinin əleyhinə səs verməyə çağırdı- bilirsinizmi?
“ Bir əkinçi baş nazirə deyəndə ki, artıq anamız ağladı. Baş nazir ona “Ananı da al,  get”-cavabını verdi. Əgər Konstitusiya paketinə “hə”-desəniz, baş nazir sizə bunu deyəcək: Ananı da al,  gətir” . Başqaları sözün başına ip atıb o tərəfə-bu tərəfə çevirər; MHP Kırıkkale millət vəkili Osman  Durmuş isə birbaşa adamdır.
Ankarada müayinəyə girməzdən əvvəl Osman Durmuşla bir araya gəlibmiş; onun rəng-ruhuna baxan səhiyyə naziri yaxın bir adama  “Əbülfəz bəyi buraya öldürüb göndəriblər”-deyib. Xəstəxanaya yatızdırmadan müalicəsinə başlamışdılar. Qaldığı yer hər kəsə bildirilmirdi. Mən də “Hürriyət”in baş redaktoru Ertuğrul Özkökün məqaləsindən öyrənmişdim. Səhər İstanbuldakı “Richmond” otelinin lobbisində AXCP sədrinin bir müavini  “Ertuğrul Özkökün məqaləsini oxudunmu?”- deyə soruşmuş, hələ oxumadığımı görəndə məni mətbuatı vaxtında izləməməkdə “günahlandırmışdı”. Məqalənin məzmunu barədə danışmağa ehtiyac yoxdur...

                                2. İstanbul

Aprelin əvvəlində İstanbula gələcəyini demişdilər. Tərəfdarları  aeroportun  VİP salonundan çıxacağını xəbər alaraq oraya axın etmişdi. Salonun müdiri Abdurrahman bəylə yaxın münasibətimiz vardı. Oradakı tünlük və səs-küyün narahatlıq yaratdığını görüb Abdurrahman ağabəydən xahiş etdim ki, kənar adamların hamısını qırağa çıxartdırsın. VİP salonunda vaxtında həyata keçirilən bu “deportasıya”dan   sonra Türk dünyası araşdırmaları vəqfinin başqanı professor Turan Yazganla Ankaradan 30 saniyə qabaq enən təyyarənin pilləkənlərinə doğru irəliləyirdik. Bakı aeroportundan çıxanda  nəyisə səbəb göstərərək ölkədən çıxmasını əngəlləmək istəmişdilər. İstanbulda isə VİP salonundan qarşılanırdı. Təyyarənin sərnişinləri onun hamıdan qabaq enməsi üçün yolu açmışdılar. Keçmiş daxili işlər naziri Məhmət Ağar onun arxasınca enirdi. Prof. Yazganla qucaqlaşandan sonra mənə tərəf döndü. İlk gənclik çağlarımdan başqalarına etdiyi umu- küsünün bu dəfəki adresi mən olmuşdum :
 “ Necəsən? Sorağın yaxşı gəlir. Bəs özün niyə görünmürsən?”
“Siz yaxşı olun”.
Sağollaşmaq üçün gözləyən Məhmət Ağar:
“Sayın Cumhurbaşkanım, bizə tapşıracağınız nə iş olsa, həmişə hazırıq”
VİP salonunda azacıq nəfəs dərib  qırağa çıxdı. Orada gözləyən təxminən 200 adamın əksəriyyəti ilə tək-tək əl sıxışıb əvvəlcədən proqramlanmış mükafat mərasiminə yola düşdü. Cənubi Azərbaycanlı iki doktorla ən arxa sırada güc- bəla ilə özümüzə yer edə bildik.
Mərasim İstiklal caddəsindəki Muammer Karaca adına teatrda təşkil edilmişdi. “Türklüyə xidmət mükafatı”na layiq görülənlər arasında keçmiş Ankara cümhuriyyət baş prokuroru Nüsrət Dəmiral və Kiprdəki Türk qoşunlarının keçmiş komandanı, istefada olan general-polkovnik Həsən Kundakçı  da vardı. Kürsüyə çıxaraq Türklərin dünyaya baxışını izah etdi: boz rəngin Türklər üçün niyə müqəddəs olduğunu anladarkən salondan yüksələn alqışlar sözünə bir neçə dəfə ara verməsinə səbəb oldu. Mərasim bitdi: foyedə Cənubi Azərbaycanlı doktorları ona təqdim etdim:
“Bunlar Təbrizli dostlarımızdır”
Sanki diksindi:
“Nə? Təbrizli? Sabah Süleymaniyyəyə gəlin. Orda sizinlə söhbət etmək istəyirəm. Çox adam gətirin”.
Kamal Çapraz  fotomuzu  çəkdi. Sonralar “Ufuk ötesi” adlı qəzet çıxaran  Çaprazı 2 il əvvəl yolu keçəndə maşın vurdu. Fotoları  dəfələrlə istəsək  də, Kamal bəy onları  tapıb bizə  verə bilmədi...
Ertəsi gün nahar vaxtı Türk dünyası araşdırmaları mərkəzinin başqanı professor Turan Yazgan ilə Süleymaniyyəyə gəldi. Maşından enərkən professor Yazgan “Əfəndim, burası bizim toplantılarımızı keçirdiyimiz tarixi bir yerdir. Sizi dinləmək üçün məmləkətin bir çox yerindən gələn var”-dedi.
Cənubi Azərbaycanlılar “çox” gəlmədilər. Yenə Yadulla ilə Yaqub vardı. Oturduğu otağın qapısı açıq idi. Əlindəki jurnaldan müavini Asim Mollazadəyə nəyi isə göstərir, Türkiyədə nəşr işinin yüksək səviyyədə olduğunu vurğulayırdı.
Yadulla ilə Yaqub çox danışmaq istəmirdilər, onu dinləmək arzusu üstün gəlirdi. Üzünü onlara tutub dedi:
“Ürəyinizdə vətən sevgisi varsa, xalqı oyandırmağın  yollarını axtarmalısınız. Əgər bunu etmirsinizsə, ömür boyu vicdan əzabı ilə yaşayacaq və heç vaxt rahat ola bilməyəcəksiniz. Yox, əgər vətənin müstəqilliyi və xoşbəxtliyi üçün səsinizi yüksəldəcəksinizsə, onda bu dünyadan çox rahat gedəcəksiniz. Bunun üçün sizin  təşkilatlanmağınız  lazımdır”
Üzünü Arif Acaloğluna tutdu:
“Sizlərin də dəstək verməyinizi istəyirəm. Hansı təşkilat forması təklif edə bilərsən?”
Arif:
“Məncə, mərkəzi İstanbulda olan Təbriz araşdırmalar mərkəzi yaradıb onun çatısı  altında elmi  fəaliyyət göstərmək məqsədə uyğun olardı”.
Asim Mollazadə heç danışmırdı.
“Təşkilatla bağlı sənin fikrin nədir?”- məndən soruşdu.
“Məncə, yeni təşkilata gərək yoxdur. Ankaradakı Azərbaycan Kültür Dərnəyinin İstanbul şöbəsini fəallaşdırıb orada işləmək daha yaxşı olar”
“Ortaya iki fikir çıxdı. Səlçuk bəyi çağır gəlsin”.
Səlçuk bəy də Azərbaycan Kültür Dərnəyi  İstanbul şöbəsinin çətiri altında çalışmağın daha faydalı olacağını deyəndən sonra üzünü Yadullaya və Yaquba tutub dedi:
“Mən Ankara ilə lazımi şeyləri danışacağam. Siz isə başlayın. Ancaq könülsüz işləyəcəksinizsə, heç başlamayın”.
Yenidən mənə  dönərək “Səndən işlərin gedişi barədə tez-tez məlumat alacağam”-dedi.
Mötərizə içində deyim ki, iki cənublu dostumuz  o işə heç başlamadılar.
İstanbulda qaldığı müddətdə Əli bəy Hüseynzadənin və Mirzəbala Məmmədzadənin məzarlarını ziyarət etdi, tələbələrlə görüşdü, xeyirdə-şərdə iştirak etdi.  Türk TV-lərindəki  çıxışlarında yorğunluğu hiss edilirdi.
Ankarada müalicəsini bir qədər davam etdirəndən sonra aprelin ortalarında Bakıya qayıtdığı xəbəri gəldi...

                                 3.   İstanbul üzərindən Amerikaya

Mayın axırında  Konqresin Azərbaycanla bağlı dinləmələrində iştirak etmək üçün Vaşinqtondan dəvət alıbmış.
Türkiyədən tranzit keçsə belə, dövlət səviyyəsində  qarşılanması, qorunması və ölkədən yola salınması üçün təlimat verilməsindən xəbərdar idim.
VİP salonunun avtobusunda yenə Abdurrahman ağabəy, İstanbul qubernatorunun müavini, Ankara universitetinin müəllimi Xanım Xəlilova və  mən vardıq.
Gözlədiyimizin əksinə, təyyarədən son dərəcə gümrah çıxdı. Avtobusa minəndə Xəlilova dedi ki, kökəlmisiniz. Bu yeməkdəndir, yoxsa narahatlığınız var?
Narahatlığının olmadığını dedi.
Xəlilova ölkədən rahat çıxıb-çıxa bilmədiyini soruşanda verdiyi cavab  bundan ibarət oldu:
“ Yox, bu dəfə heç nə demədilər. Əksinə, hörmətlə yanaşdılar. Yəqin ki, bundan sonrakı  giriş-çıxışlarda hər hansı problem yaranmayacaq”.
Tərəfdarlar VİP salonunun qapısını yaman bəyənmişdilər: bu dəfə də tam tərkiblə orada idilər. Qapıdan çıxarkən tərəfdarların hərarətli alqışları da ənənəyə çevrilmişdi. Onlara 1-2 kəlməylə müraciət etdi : “Sizinlə görüşmək istəmədiyimi iddia etmisiniz. Bu, düz deyil. Bu axşam görüşəcəyik”.
Növbəti gün ABŞ-a uçmuş, bir neçə gündən sonra Bakıda mitinq keçirilərkən telefonla Türkiyənin Flash TV kanalına bağlanıb mitinqlər barədə danışmış və Vaşinqtondakı  görüşləri barədə ətraflı məlumat vermişdi. Deyəsən, Vaşinqtonun “demokratiya doktrinaları”na inanmağa davam edirdi...

                                        4. İstanbul üzərindən Ankaraya  

O vaxtlar tez-tez İstanbula gələn Asim Mollazadə iyunun əvvəlində bir neçə nəfərin iştirakı ilə keçirilən axşam ziyafətində dərindən nəfəs alaraq bunu deyirdi :” İndi bizi ən çox narahat edən məsələ- bəyin səhhətidir”. Gözünü uzaq bir nöqtəyə zilləyirdi.
Elə iyulun əvvəlindəki gəliş xəbərini də Asimə verdilər : İstiklal caddəsində Asim və Ariflə yanaşı gedərkən ona  zəng gəldi. Taksim tərəfə gedirdik; Asim telefonu qapadan kimi “Əli zəng etdi, Bakıdan bəyi göndəriblər. Aeroporta onu qarşılamağa gedirik”.  Evdən gələn bir xəbər Arifin də aeroporta gəlməsini əngəllədi. Maşından enəndə Abdurrahman ağabəy uzaqdan məni görüb geri döndü.
“Xeyir ola?”
“Əbülfəz bəy gəlir”
“Bizə təlimat gəlib. Siz içəri keçin, mən də gəlirəm”
VİP-in avtobusunda İstanbul qubernatorunun müavini, Abdurrahman ağabəy, Asim Mollazadə, VİP-in 2 qadın işçisi və mən vardım. Abdurrahman ağabəy:
“Azərbaycanda Türkiyəyə Əbülfəz Elçibəy qədər yaxın olan başqa bir lider varmı?”
“Yoxdur və bundan sonra olub-olmayacağı da şübhəlidir”
Asimlə təyyarənin qapısına uzanan pilləkəndən  yuxarı çıxdıq. Qapı açılıb bizi qarşısında görəndə “Siz hardan xəbər tutdunuz? Burda nə gəzirsiniz?”-dedi. Türkiyənin dövlət məmurları onu hərarətlə qarşıladılar. Ayağını VİP avtobusunun  pilləkəninə qoyanda sürüşdü, ancaq özünü toplayıb ayaqda dura bildi. Bu, ona çox pis təsir etdi. Oturandan sonra başını əlinin arasına alıb təxminən 2 dəqiqə o şəkildə qaldı. Başını qaldıranda avtobusdan enmək vaxtı gəlmişdi. Ayağının sürüşməsini unuda bilmirdi. VİP-in əməkdaşlarından üzr istədi.
Şərəf salonunu açdılar. Bir neçə dəqiqədən sonra gələn professor Turan Yazgan da onu qanı qara vəziyyətdə görəndə mən dizimi yerə atıb deyirdim:
“ Bunun xəstəliklə heç bir əlaqaəsi yoxdur. Ayağınız sürüşdü. Özalın o qədər ayağı sürüşüb yıxılmışdı ki?  Dəmirəl neçə dəfə kəllə- mayallaq olub”.
Nəhayət, başını qaldırdı.
“Kim?”
“Süleyman Dəmirəl. Tribunada danışıb enəndə neçə dəfə yıxılmışdı. Cangüdəni onu yerdən qaldırmaqdan yorulmuşdu. Çay, qəhvə- bir şey gətirisnlər, için”
Dərindən nəfəs aldı.
“De, bir kofe gətirsinlər”.
Professor Yazgan kommunikasiya naziri Enis Öksüzlə danışırdı.
“Enis, sayın cumhurbaşkanımızı Ankaraya göndəririk. Maşını  aeroportun içinə göndər, sayın cumhurbaşkanımızın hansı qapıdan çıxdığı məlum  olmasın”.
Yaxın dostu Rəşid Şaşıhüseyinoğlu salona girəndə  artıq qəhvəsini içib özünə gəlmişdi. Sonradan məlum olmuşdu ki, vəsiyyətini Rəşid bəyə edib: “ Anamın goruna and verirəm ki, öləndə məni özün yuyub kəfənə sarı, məzara qoy”
Rəşid bəy telefonu uzadır: Əfəndim, Vəli paşamdır.
 General-mayor Vəli Kiçik o vaxt Jandarma qüvvələrinin Giresun vilayətindəki bölgə komandanı idi.
“Əmrinizdəyik,  sayın cumhurbaşkanım”
“Əmr sahibi olasınız, sayın paşam. Türk dünyası öz yoluyla gedir və gedəcək. Bizim işimiz arabir bəzi şeylərə düzəliş verməkdir”.
Doktorunun salondan çıxdığını görən kimi onun dalınca getdim:
“Mənə işin düzünü deyə bilərsinizmi? Burdakıların arasında onu hamıdan qabaq mən tanımışam”
Ümidsizliyi gözlərindən oxunan doktor:
“Yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”-dedi.
Keçmiş daxili işlər naziri İsmət Sezgin gəldi. “Nasılsın, oğlum?”-deyə kefimi xəbər alar-almaz “Əbülfəz bəy burda”-dedim. Şərəf salonuna girib səmimi şəkildə görüşdü.
Doktorla danışandan sonra VİP salonunun giriş  qapısına tərəf getmiş  və gəlişindən mətbuatın xəbər tutduğunu görmüşdüm. Ancaq Abdurrahman ağabəylə anlaşmamıza görə, heç bir müxbiri VİP salonuna yaxınlaşmağa qoymurdular.
İçəri qayıdanda kefinin xeyli düzəldiyini gördüm:  professor Yazganla danışarkən Rəşid bəyin tez-tez  uzatdığı mobil telefonuyla dost-tanışlarıyla hal-əhval tuturdu.
Medianın onun gəlişindən xəbərdar  olmasından narahat olmuşdum. Əyilib qulağına dedim:
“Mətbuat gəlişinizdən xəbər tutub. Müxbirlər bu işi səhv şərh edə bilərlər. Sizi arxa qapıdan çıxaracağıq. Əgər mətbuat sizi görüb sual versə, bir cümlə ilə cavab verib maşına minəcəksiniz ki, tez təyyarəyə gedək : “4 ay əvvəl müalicə olunduğum Ankaraya müayinəyə   gəlmişəm”
Müxbirlər də  xəbər tutdu, arxa qapıdan çıxarmağımıza baxmayaraq, “Əfəndim, Türkiyəyə niyə gəldiniz? Xəstəsinizmi?” –sualını da verdilər. O isə  bir neçə dəqiqə əvvəl razılaşdığımız  cavabı olduğu kimi verib maşına mindi. Pilləkənlərin yanında enib  təyyarəyə özü çıxdı. Vidalaşmaq üçün əlini havaya qaldıranda  hamını hüzn dolu bir sevinc sarmışdı...
Can Dündarın Atatürkün son 300 gününü  yazdığı  “Sarı zeybək” kitabından və eyni adlı sənədli filmdən bir epizod gözümün qabağından getmirdi: Mustafa Kamal Paşanın son günlərində Baş katibi Hasan Rıza Soyak yavəri Altemür Kılıca demişdi:” Bax, Kılıç, qocaman bir tarix köçür”.  Kitabı və sənədli filmin video-kasetini  ona  göndərmiş, buna çox sevindiyini ifadə edən cavab mesajını almışdım.
1979-dan yanındaydım. Barmaqla sayıla biləcək bir qrup  insan üçün həm müəllim, həm də vəfalı  dost idi.
1991-in sentyabrında  Bodrumda beynəlxalq konfransda iştirak edəndən sonra mərhum Əhməd Karaca məni Ankaraya dəvət etmiş, paytaxtda 15 gün qalıb seçki qabağı təbliğat kampaniyasını izləmişdim.
Bakıya qayıdan kimi yanına getdim.
“Qabaqdan qış gəlir. Ölkədə vəziyyət pisləşə bilər. Qarabağa hər an yardım lazımdır. Türkiyəyə getsəniz, çox böyük miqdarda yardım toplanar və bu qış   sıxıntı olmadan keçər”
“Yaxşı bilirsən ki, mənim  Azərbaycandan çıxanda  gedəcəyim  ilk  yer Təbriz olacaq. Bəs bu əhdimi pozmarammı?”
“Əhd öz yerində, ancaq mən qısa müddətdə Türkiyəyə getməyinizin ölkəyə çox faydalı olacağına inanıram. Təbrizə də o qədər gedəcəyik ki?”
“Məntiqli danışırsan. Bu barədə fikirləşək və məncə, Türkiyəyə gedək”
91-də Ankaraya  yardım toplamaq üçün getmək  qismət olmamıdşdı.
9 il sonra Ankaraya həyatını xilas etmək ümidiylə gedirdi....
Xəstəxanada yanında qalanlar həqiqəti bizdən gizlədilər.
Elə isə biz onu həmişə bir müəllim və dost kimi görmüşdük. Ondan heç vaxt heç bir gözləntimiz olmamışdı və olmayacaqdı. Ona görə də bir vaxtlar bir əlin  barmaqları qədər az olan, ancaq onun ideallarına sıx bağlı olan insanların- İsfəndiyarın, dədə Aydının, Arif Acaloğlunun, Cabbarın.... mənim  də   onunla vidalaşmaq ən təbii haqqımız idi. Bu haqqımızı əlimizdən alanlara bizim də haqqımız heç vaxt halal olmayacaq...

                                                 5. Son

                                    Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa
                                    Ol zamandan kim onu mlki-Süleyman bilmişiz

                                                               Məhəmməd Füzuli

Həmişəki kimi, ofisimə erkən gəlsəm də, Arif ilk dəfə  səhər 8.30-da  mənə  zəng edirdi.
“Başımız  sağ olsun. Bəy artıq yoxdur”.
Ofisdən çıxıb axşama qədər İstanbulun küçələrində sərsəri kimi veyilləndim. Axşamüstü Əlirza əmi zəng etdi.
“Oğlum, başınız sağ olsun. Milliyyətçilər yetim qaldı”.
TV kanalları an FOTOa xəbər bülletenlərinin birinci sırasına onun ölüm xəbərini qoymuşdular. Star TV-nin məşhur diktoru Gülgün Feymanın “Ankaradan gələn ölüm xəbəri hamımızı sarsıtdı”-deyərkən necə ağladığını  heç vaxt unutmayacağam.
Ertəsi  günkü  qəzetlərin ortaq manşeti “Türk övladı öldü”-idi.
“Milliyet”in Moskva müxbiri Cenk Başlamış ona bütöv bir səhifə həsr etmişdi.. Kələkiyə görüşünə  gedəndə  məşhur göy rəngli kostyumunu geyib  onu gözlədiyini yazarkən necə təmiz bir adam olduğunu vurğulamışdı.
“Ergenekon” adlanan prosesin  18 aydan bəri haqsız şəkildə  həbsdə saxladığı  Mustafa Balbayın “Cümhuriyet”dəki “Əbülfəz Elçibəy” yazısı onu o qədər düzgün xarakterizə edirdi ki?
Onun haqqında yazanların heç biri təmənna güdmədən yazmışdılar. Hamı onun ardından öz səmimi düşüncəsini ifadə etmişdi.
Ən təsirli yazı isə Cengiz Çandarın “Sabah”dakı məqaləsi idi:
“BƏY”

                         
Mayis Əlizadə (Türkiyə)