8.10.11

Ədib vəkillər

"2 aprel" məhbuslarının məhkəmə prosesində özün üçün aşkara çıxardığım faktı siz də bilin.
Bu proseslərdə biz yeni və gənc vəkil heyəti ilə tanış olduq; Yalçın İmanov, Elçin Namazov, Xalid Bağırov.
Bunların arasında ilk tanıdığım Yalçın bəydir. 90-ci illərin ikinci yarısında o "Azadlıq" qəzetində "Ədəbi Azadlıq" səhifəsi hazırlayırdı, ədəbiyyatdan, incəsənətdən maraqlı yazıları olurdu. Hələ ki, dəqiqləşdirməmişəm, amma böyük əminliyim var ki, Yalçın bəy bu aralarda hekayə, şeir filan yazmır.
Xalid Bağırovun hekayə yazması isə ədəbi mühitdə çoxdanın hadisəsidir.
Qaldı, Elçin Namazov...Onun da bu günlərdə roman yazdığını bilmişəm.
Bunları yaxşı əlamət sayıram.