11.10.11

Bəy, baxma e, ürəyimiz sizlədi

Belə söhbətləri çox eşitmişəm...

Müxtəlif dövlət, biznes strukturlarında işləyən dostlar, tanışlarla görüşəndə elə ki siyasətdən danışıram, həmsöhbətlərim: -baxma, burdayam (bəziləri bu zaman hətta əli ilə otağındakı ata-oğul Əliyevlərin fotosunu göstərir) ürəyim sizlədir.


Keçən həftə X rayonunda olarkən bu "ürək söhbəti" absrudluğun pikinə çatdı. Orda köhnə bir tanışımla rastlaşdım, "haralardasan" sordum.
O, "Heydər Əliyev mərkəzi"ndə dedi və dərhal əlavə etdi: Orda olmağıma baxma bəy, ürəyim sizlədir.


Köhnə tanışımın bu sözlərindən sonra bilmədim, əliyevçi rejimin halına gülüm, yoxsa özümün?
Bir şey dəqiqdir, bu ürəyindən ayrı düşmüş adamlarımızın halına ağlayan gərəkdir. Onlar əsl 2-ci qrup əlillərdir. Zarafat deyil, bədənləri öz həyatı orqanından-ürəkdən məhrumdur. Buna görə əlbəttə, tək günahkar insanları ikiləşməyə düçar edən avtoritar rejimdir.
İnsanı ürəyindən ayrı salanlar utansın!