25.10.11

Türkiyə -1

Bizim ellərdə bir xüsusiyyət var. Məsələn. axşam AzTV-nin xəbərlərində ABŞ Mozambik əlaqələri barədə bir xəbəri eşidən adam, bu iki ölkə arasındakı əlaqələrdən doktorluq dissertasiya müdafiə etmişə dərs keçir. Yəni xalqımızın çox kiçik informasiyadan qlobal nəticə çıxarmaq kimi şakəri var.
Mən də bu xalqın oğlu kimi istəyirəm gün yarımlıq Türkiyə müşahidələrimi yarımməqalə kimi dostarımla bölüşüm.
Türkiyədə birinci kontaktım avtobus sürücüləri ilə oldu və onlar məni valeh etdilər.
Avtobusdakı nəzarətçi binəva bizim azərbaycanlılardan daha nə çəkmədi?
Birinci irad- abiler, lütfen bir az yavaş konuşalım
İkinci irad- abiler, lütfen telefonuzu sesiz edermisiniz?
Üç: abi, otobusda bira (pivə) içmenize izn yok!!
Dörd: abiler, otobusun kalkma vaktıdır, durarmısınız (yeməkxandan qalxmaq istəməyən bizimkilərə)
Beş: abiler, tum çırtlamağa (tüma nəsə başqa şey dedilər, unutmuşam) izn yok!

Türkiyədə gördüyüm əksər bağlı məkanlarda siqaret çəkmək yasağına əməl olunur, bu çox gözəldir. Bu yasağı pozana 69 TL( təxminən 35 manat) cərimə var.
Olduğum şəhərdə avtobus və avtomobillər sıx olsa da, mən onların siqnal səsinə həsrətdəm. Deyilənə görə siqnal da qadağandır.
İnsanlar da, gümanımın əksinə çox səssiz küysüzdülər-mən düşünürdüm ki türkiyəlilər hay küyçüdürlər.

p.s kiçik bir müşahidə qətiyyən böyük bir ölkə haqqında ümumiləşdirilmiş xarakteristika sayıla bilməz. Müəllif oxuculardan dönə-dönə bunun nəzərə alınmasını xahiş edir.