8.10.11

Ilham Əliyev heç TQDK-nı da adam yerinə qoymur


İlham Əliyev ötən gün Sabirabadın qondarma 80 illiyi ilə əlaqədar rayondan 15 nəfərə Tərəqqi medalı verib.
Onlardan 2-i məktəb direktorudur. Həmin məktəblərin hər ikisi TQDK-nın rəsmi arayışına görə reytinqi sıfırın həndəvərində fırlanır. 10 ildir bu məktəblərdən cəmi 5-6 nəfər ali məktəbə girib.

TQDK-nın hesabatına görə 2010-cu ildə ümumiyyətlə Sabirabadın ümumtəhsil məktəblərini 1998 şagird bitirib və onların ...cəmi 145-i tələbə adını qazanıb. TQDK qeyd edir: “Rayonun abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən 13.5% aşağıdır”. 

Bu rəsmi hesabatları və "Tərəqqi" medallarını tutuşdurub soruşuram; ey qibleyi aləm, madam ki, TQDK-nın göstəriciləri sizin üçün bu qədər önəmsiz və mənasızdırsa, o zaman biz təhsilin keyfiyyətini öyrənmək üçün hara üz tutaq? Yoxsa, siz bu medalları "prikola" paylayırsınız?