2.9.11

Tərkibində narkotik olan adamlar

Uzun ayların ayrılığından sonra bu gün səhər təsadüfən tanınmış və istedadlı jurnalist Natiq Cavadlı ilə görüşdüm.
Natiqlə həmişəki kimi boş-boş danışdıq. Görüşdən əvvəl başım qazan kimi qaynayırdı. Elə bilridim ki, bəşəri problemlərinin 92 faizi çiynimdədir.
Cavadlı mənə təbii ki, heç bir məsləhət-filan, pul vermədi. Sadəcə danışdıq. Hətta yuxarıda göstərdiyim kimi bu danışığın "boş' olduğunu da utanmadan yazmaq olar.
 Buna baxmayaraq, mən ondan ayrılanda bizim el dilində desək, quş kimi yüngül oldum. Sizin ətrafınızda da belə adamlar varsa xoşbəxtsiniz.
Bu gün mənə elə gəldi ki, Natiq kimi adamların tərkibində narkotik var :)