13.9.11

İlham Əliyevin siyasi yaddaşsızlığı, yoxsa tarixi bilgisizliyi

İki şeydən biridir; Ya İlham Əliyev siyasi yaddaşsızlıq problemi var, ya da Azərbaycanın ən yeni siyasi tarixi barədə məlumatsızdır.
Lütfən diqqət edin. Açıqlanan "Vikiliks" məxfi teleqramlarına görə  2007-ci il noyabrın 13-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridlə görüşdə Ilham Əliyev bildirib ki, o, 2003-cü il prezident seçkiləri zamanı 76 faiz səs toplayıb. Mixail Saakaşvilinin isə seçkilərdə 96 faiz seçicinin səsini qazandığı elan edilib. Bu isə dünya praktikasında Şimali Koreya lideri Kim Yonq Il istisna edilməklə görünməmiş hadisədir
Məsələ burasındadır ki, dünya ictimaiyyəti belə bir hadisəni görüb, özü də İlham müəllimin mərhum atasının misalında...
Yuxarıdakı fotonu (fotonu yaxşı görmək üçün üzərinə tıklayın) mən Mərkəzi Seçki Komissiyasının saytından əldə etmişəm. Siz orjinala bu linkdən baxa bilərsiniz http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1993.htm
Fotodan və linkdəki materialdan görünür ki, Heydər Əliyevə 1993-cü ilin prezident seçkisində 99 fazi səs yazılıb. Necə deyərlər, Saakaşvilinin ölənlərinə rəhmət.