13.9.11

Fikrimi dəyişdim

Deyirlər ki, fikrini dəyişməyən bir ölülərdir, bir də dəlilər..
Onların heç birindən olmadığımdandır ki, "Vikiliks" teleqramları mənim Qərb barədə fikirlərimi dəyişdi.
Əlbəttə, kino hələ davam edir, ola bilər ki, fikrim yenə dəyişsin.
Özləlliklə 2005-ci ilin saxtalaşdıran seçkilərində sonra bir çox vətəndaşımız kimi mən də ABŞ və başqa Qərb ölkələrinin demokratiya ilə bağlı bəyanatlarına ikrahla yanaşırdım. Bunu ikiüzlülük sayırdım. Üzdə demopkratiyadan danışırlar, bağlı qapılar arxasına keçən kimi Əliyevlərlə neft bazarlığı edirlər, deyirdim.
İfşa olan "Vikiliks" teleqramlarından isə gördük ki, Qərb diplomatları İlham Əliyevlə demokratiya, insan haqları mövzusunda üzdə olduğundan daha qətiyyətli və daha sərt danışıblar. Bu sevindirici haldır. Demək, Qərb dəyərlərə sayqısını itirməyib.
ABŞ diplomatları ilə İlham Əliyevin sərt dialoqları isə məni bir məsələdə hələ də düşündürür: Yəni, İLham Əliyev özünü o qədər qüdrətli və güclü bilir ki, ABŞ meydan oxuyur?
Axı sənədlərdən görünür ki, ən azı 4 ildir ABŞ ondan insan hüquqlarına hörmət etməyi tələb edir, məbtuatı əzməməyi xahiş edir... İlham Əliyev isə onların heç birinə məhəl qoumur. 
O, nəyə arxayındır görəsən? Arxasında nə xalq var, nə də ABŞ-la döyüşəcək ordu? Bəs bu özündənarxayınlıqın əsası nədədir? Hə, nədədir?