10.9.11

Faciəyə gülmək

Məni bağışlayacaqsınız, "11 sentyabr: ABŞ-da faciə" deyiləndə gic bir gülməyim tutur.
Buna görə özümü günahkar saymıram, necə deyərlər "kader utansın".
11 sentyabr 2001-ci ildə mən N saylı döyüş briqadasında zabit idim. Qəflətən bizi zabitlərin sıra duruşuna çağırdılar.
Hərbi hissənin komandiri "nu, vott, görürsünüzmü" deyə, deyə "lotuluq eləyən Amerikanın" başına gətirələn müsubətdən danışdı. Mən onun danışığını heç cürə başa düşmürdüm. Çünki komandir özü dayaz adam idi, baş verən hadisəyə aydın yanaşması yox idi. Gah Amerkanın cəzalanmasına sevindiyini deyirdi, gah da dinc insanları qıranları lənətləyirdi.
Xülasə, komandir danışdı, yoruldu və axırda bizə son tapşırığı belə oldu: "Znaçit tak! Amerika bizə hər an hücüm edə bilər, gedin hazırlaşın :) "
O bunu çox ciddi dedi, ancaq bizim heç birimiz ABŞ-la müharibə etməyə nə cür, necə hazırlaşacağımızı bilmədik.