15.9.11

Azərbaycan sual altında

Bu gün İctimai Palatanın türk əsgərlərinin abidəsini ziyarəti üçün təşkil etdiyi tədbirdəydim. Sağ olsun İctimai Palata, nə yaxşı ki var...
Düşünürəm ki, əks halda böyük bir rüsvayçılıq içində olardıq.Niyəsini yazıram.
Mən bilirəm ki, bizim camaatımız özünü əziyyətə verməyi sevmir; biz xoşlayırıq ki, kimsə bizim yerimizə döyüşsün, söyüşsün və s.
15 sentyabr Qafqaz-İslam ordusunun Bakını azad etdiyi gündür. Faktiki olaraq, o ordunun əsgərləri bizim yerimizə döyüşüb şəhid olub.
Bəs niyə o fədakar insanların, sözün əsl mənasında "ağ atlı oğlanların" ziyarətində biz minləri görmədik?
Birdən heç bəyənmədiyiniz bu müxalifət də olmayadı, necə olacaqdı halımız hə?
Bu nə deməkdir dostlar, yoldaşlar? Özünüz heç nə etmirsiniz, tamam başa düşürəm, can şirin şeydir, onu itirmək, əziyyətə salmaq istəmirsiniz. Bəs sizin üçün canını qıyan insanlar üçün yarım saatınızı niyə xərcləmirsiniz?
Bu gün Şəhidlər Xiyabanına gəlməyən dostum, əzizim...Əminəm ki, sən bulvarda Baloğlanan konserti olsaydı qaça-qaça ora gedərdin. Bəlkə də sevgilini də qoluna vurub ora aparardın.
Yəni, Şəhidlər Xiyabanına getmək beləmi çətin idi? Axı razılaşın ki, bu qədər etinasızlıq çox pis haldır. Özünüzü fədakarlıq etmirsiniz, heç olmaya belələrinin etiramını saxlayın. İnsanlar bilməlidir ki, onların əməyi, itmir, unudulmur. Yox, heç kimin fədakarlığı vecimizə olmayacaqca, görərsiniz tezliklə yer üzündə Azərbaycan adlı dövlətin varlığı sual altına düşəcək. Məndən bu qədər...