Ana içeriğe atla

Kayıtlar

Eylül, 2011 tarihine ait yayınlar gösteriliyor

Bir azca gülümsəmək üçün yazıram

Keçən il bu vaxt olan hadisə

Fuad Qəhrəmanlı: Nuru Paşanın familiyası Əliyev olsaydı, yəqin Bakıda ona heykəl qoyaradılar.

Raşad Babalı: Sizin məntiqlə onda indi daha yekə heykəl qoymalıdırlar. Çünki onun adında Paşa var ;)

Zəruri qeyd ( Hazırda Mehriban Əliyevin ata tərəfi _Paşayevlər hakimiyyətdə üstün güc sayılırlar)

Azərbaycan sual altında

Bu gün İctimai Palatanın türk əsgərlərinin abidəsini ziyarəti üçün təşkil etdiyi tədbirdəydim. Sağ olsun İctimai Palata, nə yaxşı ki var...
Düşünürəm ki, əks halda böyük bir rüsvayçılıq içində olardıq.Niyəsini yazıram.
Mən bilirəm ki, bizim camaatımız özünü əziyyətə verməyi sevmir; biz xoşlayırıq ki, kimsə bizim yerimizə döyüşsün, söyüşsün və s.
15 sentyabr Qafqaz-İslam ordusunun Bakını azad etdiyi gündür. Faktiki olaraq, o ordunun əsgərləri bizim yerimizə döyüşüb şəhid olub.
Bəs niyə o fədakar insanların, sözün əsl mənasında "ağ atlı oğlanların" ziyarətində biz minləri görmədik?
Birdən heç bəyənmədiyiniz bu müxalifət də olmayadı, necə olacaqdı halımız hə?
Bu nə deməkdir dostlar, yoldaşlar? Özünüz heç nə etmirsiniz, tamam başa düşürəm, can şirin şeydir, onu itirmək, əziyyətə salmaq istəmirsiniz. Bəs sizin üçün canını qıyan insanlar üçün yarım saatınızı niyə xərcləmirsiniz?
Bu gün Şəhidlər Xiyabanına gəlməyən dostum, əzizim...Əminəm ki, sən bulvarda Baloğlanan konserti olsaydı…

İlham Əliyevin siyasi yaddaşsızlığı, yoxsa tarixi bilgisizliyi

İki şeydən biridir; Ya İlham Əliyev siyasi yaddaşsızlıq problemi var, ya da Azərbaycanın ən yeni siyasi tarixi barədə məlumatsızdır.
Lütfən diqqət edin. Açıqlanan "Vikiliks" məxfi teleqramlarına görə  2007-ci il noyabrın 13-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridlə görüşdə Ilham Əliyev bildirib ki, o, 2003-cü il prezident seçkiləri zamanı 76 faiz səs toplayıb. Mixail Saakaşvilinin isə seçkilərdə 96 faiz seçicinin səsini qazandığı elan edilib. Bu isə dünya praktikasında Şimali Koreya lideri Kim Yonq Il istisna edilməklə görünməmiş hadisədir
Məsələ burasındadır ki, dünya ictimaiyyəti belə bir hadisəni görüb, özü də İlham müəllimin mərhum atasının misalında...
Yuxarıdakı fotonu (fotonu yaxşı görmək üçün üzərinə tıklayın) mən Mərkəzi Seçki Komissiyasının saytından əldə etmişəm. Siz orjinala bu linkdən baxa bilərsiniz http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1993.htm
Fotodan və linkdəki materialdan görünür ki, Heydər Əliyevə 1993-cü ilin…

Fikrimi dəyişdim

Deyirlər ki, fikrini dəyişməyən bir ölülərdir, bir də dəlilər..
Onların heç birindən olmadığımdandır ki, "Vikiliks" teleqramları mənim Qərb barədə fikirlərimi dəyişdi. Əlbəttə, kino hələ davam edir, ola bilər ki, fikrim yenə dəyişsin.
Özləlliklə 2005-ci ilin saxtalaşdıran seçkilərində sonra bir çox vətəndaşımız kimi mən də ABŞ və başqa Qərb ölkələrinin demokratiya ilə bağlı bəyanatlarına ikrahla yanaşırdım. Bunu ikiüzlülük sayırdım. Üzdə demopkratiyadan danışırlar, bağlı qapılar arxasına keçən kimi Əliyevlərlə neft bazarlığı edirlər, deyirdim. İfşa olan "Vikiliks" teleqramlarından isə gördük ki, Qərb diplomatları İlham Əliyevlə demokratiya, insan haqları mövzusunda üzdə olduğundan daha qətiyyətli və daha sərt danışıblar. Bu sevindirici haldır. Demək, Qərb dəyərlərə sayqısını itirməyib. ABŞ diplomatları ilə İlham Əliyevin sərt dialoqları isə məni bir məsələdə hələ də düşündürür: Yəni, İLham Əliyev özünü o qədər qüdrətli və güclü bilir ki, ABŞ meydan oxuyur? Axı sənə…

Əsgərlik haqqında 2 dəqiqəlik söhbət

Dünyada bir çox şey var ki tükənməzdir. Onların sırasına əsgərlik xatirələri də daxildir.
Biri sizə desə ki, gəl 2 dəqiqə əsgərlikdəki filan hadisədən danışım, əmin olun, rahat bir saatınızı o "2 dəqiqəlik" hadisəyə sərf edəcəksiniz.
Bu nə hikmətdir, elm bunu izah etməyib, yaxud edib mən xəbərsizəm.

Əsəgrlik haqqında hamı şövqlə danışır. Hamı bilsə də ki, bu söhbətlər başqası üşün yorucudur yenə də danışır-danışr, elə hey danışır. Elm bu sirri-xudanı çözməyib hələ, yaxud çözüb mən xəbərsizəm.

Çərənçi kimi görsənməyimin qorxusundan neçə ildir şəxsən gördüyüm, şahidlik etdiyim əsgər, zabit ölümləri haqqında beynimi deşən hadisələri yaza bilmirəm.
Sizcə onları yazmağa dəyərmi?



Faciəyə gülmək

Məni bağışlayacaqsınız, "11 sentyabr: ABŞ-da faciə" deyiləndə gic bir gülməyim tutur.
Buna görə özümü günahkar saymıram, necə deyərlər "kader utansın".
11 sentyabr 2001-ci ildə mən N saylı döyüş briqadasında zabit idim. Qəflətən bizi zabitlərin sıra duruşuna çağırdılar.
Hərbi hissənin komandiri "nu, vott, görürsünüzmü" deyə, deyə "lotuluq eləyən Amerikanın" başına gətirələn müsubətdən danışdı. Mən onun danışığını heç cürə başa düşmürdüm. Çünki komandir özü dayaz adam idi, baş verən hadisəyə aydın yanaşması yox idi. Gah Amerkanın cəzalanmasına sevindiyini deyirdi, gah da dinc insanları qıranları lənətləyirdi.
Xülasə, komandir danışdı, yoruldu və axırda bizə son tapşırığı belə oldu: "Znaçit tak! Amerika bizə hər an hücüm edə bilər, gedin hazırlaşın :) "
O bunu çox ciddi dedi, ancaq bizim heç birimiz ABŞ-la müharibə etməyə nə cür, necə hazırlaşacağımızı bilmədik.



Hakimiyyət başını itirib

Misirdə inqilab olanda, bütün dünya Misir prezidenti Hüsnü Mübarəkin var yoxun söyəndə Bakıda o debil diktatorun heykəlini polislə qoyurdular.
Bu hala biz əvvəl hirsləndik, sonra yaparteyt rejiminin düşüdüyü vəziyyətə doya-doya güldük. Axmaqlar həyatdan öz nəsiblərini almalıdırlar...
Bu gün avrotitarizmin daha bir eybəcər durumunu görüb güldüm. Siz də gülün. Fotoya diqqət edin, bu gün çəkmişəm; Bayıl yamacıdır.
Deməli, 10 il əvvəl YAPçılar burda sürüşmənin qarşısını almaq üçün acağ əkmişdilər. İndi həmin yerdəki ağacları kamali ədəblə qırıb töküb yerində nələrsə tikirlər.
Ağacları qırıblar, amma YAP-ın adı yazılan daş lövhəni götürməyə tərəddüd edirlər. Guya bununla siyasi ehtiyatsızlıq etdiyini düşünürlər-əhvəh adamlar əlində qalmışıq valla

Tərkibində narkotik olan adamlar

Uzun ayların ayrılığından sonra bu gün səhər təsadüfən tanınmış və istedadlı jurnalist Natiq Cavadlı ilə görüşdüm.
Natiqlə həmişəki kimi boş-boş danışdıq. Görüşdən əvvəl başım qazan kimi qaynayırdı. Elə bilridim ki, bəşəri problemlərinin 92 faizi çiynimdədir.
Cavadlı mənə təbii ki, heç bir məsləhət-filan, pul vermədi. Sadəcə danışdıq. Hətta yuxarıda göstərdiyim kimi bu danışığın "boş' olduğunu da utanmadan yazmaq olar.
 Buna baxmayaraq, mən ondan ayrılanda bizim el dilində desək, quş kimi yüngül oldum. Sizin ətrafınızda da belə adamlar varsa xoşbəxtsiniz.
Bu gün mənə elə gəldi ki, Natiq kimi adamların tərkibində narkotik var :)