4.8.11

Ruslan Bəşirli haqda nə düşünürsünüz?

Bu gün Ruslan Bəşirlinin həbsindən 6 il ötür. Ruslan "Yeni Fikir" gənclər hərakatının lideri idi. 2005-ci ildə o ən parlaq və ən populiyar gənclər hərakatına rəhbərlik edirdi.

Onu gözəl təşkilatçı və cəsur mübariz kimi lap tələbəliyindən tanıyıram. Ruslanla eyni vaxtda BDU-da oxuduq, eyni vaxtda siyasi həyata qədəm qoyduq, həyat elə gətirdi ki, Ruslanla bir vaxtda (1998) "Avrasiya" qəzetində jurnalist işlədim.
Ruslan heydərizmin ən güclü şəri ilə üzləşib. Baxın, Azərbaycan hakimiyyəti ən ağır cinayətlərdə ittiham edib tuttuqlarını əfv edib buraxır, amma Ruslana qarşı münasibət hələ də aqressiv olaraq qalır.

Ruslan haqda ən ajiotajlı şayə kampaniyası aparılıb. Bu gün də çoxları elə bilir ki, Ruslanı ermənilərə işlədiyinə görə tutublar. Uydurma şeylərdir, məhkəmə hökmündə Ruslanı dövlət çeviriliçinə cəhddə günahlandıraraq 7 il azadlıqdan məhrum edib.
İstintaq müddətində, elə zindanda da Ruslana olmazın işgəncələri verilib. Ondan bir peşəmançılıq, müxalifətə qarşı izahat, müsahibə vermək üçün elə alçaqlıqlar ediblər ki... Ruslan onların hamısına dözə bilib.

Ruslan öz həbsinin motivini məhkəməsində belə ifadə etmişdi: "Mən barlarda beyni yuyulan Azərbaycan gəncliyini zülümdən qurtarmaq üçün meydana səslədiyimə çağırdığıma görə həbs olunmuşam"

Azadlıq Ruslana yaraşır. Ən pis halda bir ildən sonra onu bayırda görəcəyəm