21.8.11

"Qəribə adam"ın ölümü

22 avqust Azərbaycan Milli Azadlıq hərakatının lideri, AXCP sədri Əbülfəz Elçibəyin vəfat günüdür. O, qəribə insan idi.


Bu qəribə adamdı
Oxşarı yox heç kimə;
əli,saçi,gözləri,
dil açib danişanda-
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdi.




Nə qəribə adamdi-
deyirəm, yer firlanir.
Piçildayir astadan:
-yurd yerində binəmiz
yox olub çadir-çadir.
Yəqin mənim göz yaşim
axib yeri firladir.

Nə qəribə adamdi-
deyirəm,külək əsir,
yaxin dur bu ocağa,
gəl qoruyaq bu odu.
Piçildayir astadan:
-bu əsən külək deyil,
yurd boyunca dolaşan
xətainin ruhudu.

Bu adam nə qeribə,
nə qəribə adamdi.

Nə qeribə adamdi;
dərdine bax,ay allah,-
niyə,niyə babasi
astiyaq min il əvvəl
vaxtinda öldürməyib
xəyanetkar harpaği?

Dərdine bax,ay allah,-
hansi uzaq dağdasa
susuzluqdan saralib
cir armudun yarpaği...

Nə qəribə adamdi-
dərdinə bax,ay allah!

Nə qəribə adamdi,
dedim,-sənin bəd günün,
dedi,-o gün ki,özüm,
özümə tələ quran
-gülsüz qoyan gülüstan,
sivas,şuşa,çaldiran;-
birmi,üçmü,ya beşmi?
Dedim:-qardaş,neyləyək,
bizimki bunsuz keçmir.



Dedim:-sənin oxşarin:
-bir ləçəkdim nə vaxtsa
solmayan bir çiçəkdə.

Dedim:-ən gözəl günün?
Dedi ki,gələcəkdə.

Bu adam nə qəribə,
nə qeribə adamdi.

Dedim:-arzun,istəyin?!
Bir ah çəkdi dərindən:
-təzə-təzə doğulan
qurd ağizli körpələr
görən nə vaxt bu yurdu
tanri kimi görk elər?!

Bu adam nə qəribə,
nə qəribə adamdi!

Nə qəribə adamdi-
bu adamin sevinci,
bu adamin dərdi də
tamam özgə biçimdə.

Bu qeribə adamdi-
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazib qəbrini
basdiracaq özünü
ürəyinin içində!

Rüstəm Behrudi