6.8.11

Qapı açan igid

Mən avtobusun qapısını qırdığım üçün yox, Azərbaycanda dempokratiyanın qapısını açmaq istədiyimə görə həbs olunmuşam-AXCP sədrinin müşaviri Sahib Kərimovun sözləridir.
İctimai Palatanın 2 aprel aksiyasına görə tutulanlardandır Sahib Bəy. Hər məhkəmə prosesində Sahib bəy iti məntiqi ilə dövlət ittihamını darmadağın edir. O, nikbin əhval ruhiyyəsi ilə proses iştirakçılarına enerji sıçradır.

Sahib bəyi lap uzaqlardan tanıyıram. 1998-ci ildən səhv etmirəmsə. O təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilənlərdəndi. Onun həbsinin də səbəbləri elə də sirli deyil. Arxıvimdən iki foto tapmışam.

Bu birinci fotoda ortada duran Sahib bəydir. Bu tədbiri biz 2000-ci ildə "Azadlıq" qəzetinin köhnə ofisində keçirmişik. Onun sağında oturan gənc sonra dünyagirliyə daldı, indi hansısa dövlət qurumunda qarın otarmaqla məşğuldur. Sağda duran şəxs isə siyasi kimliyini qoruyur, amma daha çox mətbəx-ev təsərrüfatı, külfət işləri ilə məşğuldur

Və biz ikinci fotoya baxırıq. 2000-ci illərin əvvəlində Şəkidə çəkilib. AXCP sədri Əli Kərimlinin şəkililərlə görüşüdü. Sahib bəydən sol tərəfdə iki böyük partiya funksioneri var... Onların hər ikisi ötən müddətdə AXCP-nin ağır və kəskin siyasi kursuna tab gətirməyərək cəbhəsini dəyişənlərdir.

sahib bəyin həbs səbəblərini bu fotolar açıq aşkar izah edir. BU həbsə onu tutduğu dönməz və prinsipil mövqe aparıb. Məncə Sahib bəyin bu həbsi dərkolunandır.