9.8.11

Üzəduranlar

Bu gün İctimai Palatanın 2 aprel mitinqinə görə zindanda yatanların sayından xəbəriniz var? 15 nəfərdilər. Mən dəqiqləşdirmişəm, onların 13-ü Azərbaycanın ən nüfuzlu təhsil ocaqlarında oxuyublar.

Mən dünən onların 11-nə qarşı qaldırılan cinayət işini-daha dəqiq desəm ittihamnaməni oxudum.
İttiham başdan ayağa cəfəngiyyatdır, buna söz ola bilməz.
Məni dəhşətə gətirən nədir?
Şahid kimi göstərilənlərin mütləq əksəriyyəti (50-ə yaxın) polis serjantıdır.
Burda başqa adam olmadığında öz aramızda yaza bilərik; biz hamımız bu serjantların nə tiplər olduğunu bilirik...
Harda əlindən iş gəlməyən, başında bir şey olmayan, xülasə, iki eşşəyin arpasını bölə bilməyənlər bizim şanlı ölkədə 2-3 min manat verib serjanta çevirilirlər.
...və bu adını yazmağı cəhənnəm əzabi kimi çətin bilən serjantlar ali təhsilli insanları, cəmiyyətin bu gününü və gələcəyini düşünə bilən insanları zindana yola salırlar.
Gəl, bu faktdan sonra Azərbaycanda elmə, təhsilə diqqətdən danışılanlara gülmə.
Azərbaycan hökumətinə düşünən başlar yox, əyilən başlar lazımdır.