30.8.11

Müsəlmançılıq

Ağlım kəsəndən müsəlmanların əlamətdar günlərinin vaxtı ilə bağlı mübahisələr içində olmuşam. Hər belə gün gələndə müsəlman bacı-qardaşların mübahisə üçün bol materialı yaranır.

Bu gün orucluqdur... Yox, yox sabahdır

Bu gün Aşuradır... Yox nə danışırsan, dünən idi

Bu gün əhya gecəsidir... Ola bilməz, iki gün sonradır.

Hərdən fikirləşirəm ki, bəlkə biz müsəlman ümmətinin ürəkparçalayan dərəcədə qeyri-dəqiq olmasının səbəbi də bu dolaşıq müsəlman təqvimindən qidalanır

Azərbaycanın görkəmli bir alimi vardı, cavanlar onu çətin tanıya: Azad Mirzəcanzadə. Bir dəfə ondan müsahibədə soruşmuşdular ki, sizin əlinizdə imkan olsaydı xalqımızın hansı xasiyyətinin üstündən xətt çəkərdiniz. O, "qeyr-dəqiqliyin" demişdi və aşağıdakı müqayisə etmişdi.

Təsəvvür edin ki, bir azərbaycanlı çörək yeyir və biri ordan keçəndə onu da yeməyə dəvət edir.

Həmin adamın cavabı belə olur: "sağ olun". İndi gəl baş aç bu sağ olun, acam deməkdir, toxam deməkdir, ya başqa nədir :)