19.8.11

İyrənirəm

Ola bilər ki, siyasət sizlik deyil.

Ola bilər ki, sizin Azərbaycan müxalifətindən, onun liderlərindən lap zəhləniz də gedir.

Ola bilər ki, siz İlham Əliyev irticasına heyransınız, hətta ömürünüzdən kəsib onunkuna calamaq da istəyirsiniz. Mümkündür.

Ancaq siz hələ də özünüzü insan sayırsınızsa, ürəyinizin bir guşəsində ədalət, haqq, insanlıq deyilən dəyərlərə hörmətiniz zərrə qədər qalıbsa soruşmaq istəyirəm: 2 aprel aksiyasına görə bu gün həbs olunanlara prokurorun istədiyi ağla gəlməz həbs müdddəti sizi heçmi əsəbiləşdir?

Biz hansı cəhənnəmdə yaşayırıq? "İstefa" "Azadlıq" deməyə görə də adama 4 il iş istəyərlər? "İstefa", "Azadlıq" bu rejimin zatını söyməkdir, nədir?
Niyə imkan vermişik ki, hakimiyyət onun qulqaravaşı olan prokurorlar, hakimlər bu qədər qudurublar?

Bu gün müxalifət fəallarını şərləyirlər; qoy bu heç sizin vecinizə də olmasın. Axı bu şər bir gün sizi də yaxalayacaq.
Axı başımızı kola soxmaqla şərdən gizlənmək mümkün deyil...
Mən artıq bu hakimiyyət siyasi opponet kimi baxa bilmirəm, mən İlham Əliyev idarəetməsindən sadəcə iyrənirəm. İyrənirəm. Ürəyim bərk sıxılır.