27.8.11

Hakimin cəllada oxşarlığı

Fotoda gördüyünüz şəxs Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənovdur.
Hə, yəqin çoxlarınız onu tanıdı; o, 2 gün əvvəl "2 aprel" məhbuslarına hökm oxuyan adamdır.
Onu məhkəmənin ilk günündən sonunacan diqqətlə dinlədim. İnsafən, özünü xeyli mədəni aparmağa çalışırdı. Türkiyədə təhsil alıb, Elçibəy hakimiyyətinin xaricə göndərdiyi ilk tələbələrdəndi.

Hamıda qeyri-ixtiyarı bir hiss formalaşmışdı ki, bəlkə bu mədəni oğlan hökm verərkən adətdən kənar hərəkət edəcək. Amma olmadı. O, günahsız yerə həbs olunan siyasi fəalları azadlıqdan məhrum etdi.
Elnur kimi adamlara pambıqla baş kəsənlər deyirlər.
Lakin, mən onun haqda daha gözəl bir lətifə bilirəm.

Bir gün cəllad üstündə baş kəsdiyi kötüyü mişarlayıb balacaladır. Ondan niyə belə etdiyini soruçurlar.
Cəllad: Ölkəmiz Avropa Şurasına girib. AŞ-ın tələbidir ki, cəzalar humanistləşdirilməlidir. Mən də kötüyü balacalaşdırıram ki, kəsdiyim başlar çox yuxarıdan yerə bərk dəyib əzilməsin :)
Bax Elnur da bu cəllad kimi humanistdir