22.8.11

Elçibəy ölən gün

2000-ci ildə artıq BDU-i bitirib kəndimə dönmüşdüm.

Avqustun 20-də təzə ayaqqabı almışdım. Bütün təzə ayaqqabılar kimi mənimkidə ayağımı bərk sıxırdı.

Həmin ayaqqabımı geyib Bakıya gəldim, konkret nə məqsədlə unutmuşam..

Ayaqqabı məni məhv edirdi. Başımı isti deşirdi, ayağımı da o.

Bakıda biz cəbhəçilərin ata evindən də doğma "Xaqani 33"i vardı (AXCP və "Azadlıq" qəzetinin ofisi). Bu cəbhəçilər üçün yazılmamış qayda-qanun idi, Bakıya çatan kimi Xaqani 33-ü ziyarət etməliydin.

Saat 12-i filan olardı, qərargaha çatdım. Ordakı məşhur çayxanada Ruslan Bəşirli, indi hansısa nurçu icmasında olan Nicat adlı müxbirlər oturub çay içə-içə söhbətə başladım.Mövzu Elçibəy idi.

Əbülfəz bəy uzun vaxt idi xəstəxanada idi, ondan xoş xəbərlər gəlmirdi, üstəlik partiyada bir qrup aləmi qarışdırmaqdaydı.

Birdən birə üçümuzdə "Əbülfəz bəy vəfat etsə nə olacaq" söhbətinə daldıq.

Nicat Güney Azərbaycan mövzusunun Əbülfəz bəylə birgə torpağa gömüləcəyindən ahu zar etdi...

Mən də çətin proseslər başlayacağı haqqında danışdım

Bircə Ruslan hamı öləcək, heç kim əvəz olunmaz deyil janrında çılğın bir çıxış yapdı...

Ruslanın sözü hələ ağzında bitməmiş kimsə çayxanadan içəri girib "Bəy öldü" deyib haray çəkdi.

Bir düz qapının yanında oturmuşduq. "Bəy öldü" nədi? Elə indicə bu ehtimalı bölüşən
Kimsə bir daha xəbəri yaydı " hardansa faks gəldi, fakt təsdiq olunur, Bəy vəfat edib".

Mən buz kimi olmuşdum. Nicat başını tutdu. Səhərdən Elçibəyin ölüm ehtimalını soyuq başla təhlil edən Ruslansa...

Ruslan Bəşirli balaca uşaq kimi hönkürüb ağlayırdı...

Həmin günü yox, səhər dəfn zamanı mən də ağladım.

Ayaqqabı ağırlarını elə həmin gün ilim-ilim itdi.

(2010, 22 avqustda Facebook qeydim)