25.8.11

Cəsarətin gücü

Bilmirəm, Hüqonun "Səfillər"ini oxuyubsunuz ya yox...
Möhtəşəm əsərdir, əfsanəvi kitabdır. Bu elə kitablardandır ki, insanın içində fırtına yuaradır.
Hüqonu oxuyanda mən özümü mitinq eyforiyasında hiss edirəm, soruşmuşam çoxlarında belədir.
Hüqonun abzaslarını oxuyanda gözüm önündə xitabət kürsüsündə parlaq bir natiq canlanır.
"Səfillər" hər fəsili ayıca bir roman olan, qalın bir kitabdır. Bəlkədə "hər fəsil"i yox, hər abzası yazmalıyım.

Mən sizə "Səfillər"in 2-ci cildindən (III hissə, 11-ci fəsil) cəmi bir abzas təqdim edəcəyəm. O abzası diqqətlə oxuyun, lazımdırsa dönə-dönə oxuyun. Sevdiklərinizlə paylaşın və düşünün...

Məndən olsa Hüqonun təqdim etdiyim qeydlərini bu gün avtoritarizmlə şiddətli mübarizə aparan partiyamızın- AXCP- nin əsasnaməsinə salardım.

"Cəsarət etmək! Tərəqqi cəsarətlə əldə edilir!
Bütün şanlı zərəflər az, ya çox dərəcədə igidliklə qazanılır.
İnqilabın olması üçün Monteskiyonun onu qabaqcadan hiss etməsi,
Didronun təbliğ etməsi,
Bomarşenin elan etməsi,
Kondersenin hesaba alınması, Aruenin hazırlanması,
Russonun əvvəlcədən görməsi kifayət deyildi,
Dantonun cəsarət etməsi lazım idi!
Cürətli olun!
Bu çağırışda “ Fiat lux” (Yaransın dünya!-latınca) kimi bir şeydir. İrəli hərəkət etmək üçün bəşəriyyətin qarşısında həmişə zirvələr başında şanlı qəhrəmanlıq nümunələri olmalıdır.
Qəhrəmanlıq tarixində parlaq işıqlar saçır, bu, insanların parlaq məsələlərindən birirdir.
Şəfəq də söküləndə cəsarət etmiış olur. 
Təşəbbüs etmək, israr etmək, tabe olmamaq, öz özünə sadiq qalmaq, tale ilə tək-təkinə çarpışmaq, təhlükəni qorxmadan tərk- silah etmək, ədalətsiz hakimiyyəti qamçılamaq, məst olmuş qabiliyyəti bədnam etmək, möhkəm durmaq, dönməmək- bax insanlara lazım olan ibrət dərsi budur.
Budur onları ruhlandıran işıq".