17.8.11

Bizi həyatda saxlayan qüvvə

Mən tez-tez düşünürdüm; bizim adamların bu qədər bitməyən dərd-sər var, bəs onların niyə ürəyi partlamır, gülürlər, şənlənirlər, domino oynayırlar, toyda süzürlər....onlar yaşamaq üçün hardan güc alırlar?
Bu günlərdə bu ecazkar sirri özüm kəşf etdim.
Buddizmə görə nə qədər çox həzz mənbəyin varsa iztirabların da o qədərdir. Yəni, həzzin biri yox olanda onu iztirab əvəzləyir.
Mən buddizmin bu ideyasının tərsini düşünürəm; iztirab mənbəyi çoxaldıqca həzz mənbəyi də artır.
Baxın, dünyanın heç bir normal ölkəsində JEK-dən adi arayışı dava-dalaşsız, rüşvətsiz almaq insana həzz, müsbət enerji bəxş edə bilməz. Biz də isə bu realdır. Ona görə də azərbaycanlılar böyük müşkülə dönmüş hər xırda işi həll edəndə əvəzsiz bir kef yaşayırlar və bu onlarda həyat şövqünü yüksəldir. Məsələn, avtobusda basa-bas olmayanda, işıqları sönməyəndə, iki gündən bir evlərinə su gələndə, əsgərlikdəki oğlulunu bit yeməyəndə və s...
Bir çox adi şeylərdən çox böyük miqdarda akkumliyasiya olunuruq. Bu da avtoritarizmin bizə verdiyi avantaj :)